Herpes xəstəliyinin tam müalicəsi varmı? Herpes virusu müalicəsi, herpes üçün maz və tabletka, dodaqda uçuq müalicəsi

Herpes xəstəliyinin tam müalicəsi

Giriş 

Herpes xəstəliyinin tam müalicəsi əlbəttə mümkündür! Herpes xəstəliyinin kəskin vaxtında müvafiq həb, kremlər istifadə etməklə çox qısa zamanda şikayətləri söndürmək və fəsadların qarşısını almaq olur. İmmun sistemini çökdürən hallarla mübarizə də herpesin müalicəsi üçün faydalıdır Hətta ay ərzində bir neçə dəfə təkrarlayan genital herpes həmlələrini də uzun müddətliyinə yox etmək olur. Ümumiyyətlə bu xəstəlik dərinin ən adi, ən çox öyrənilmiş və müalicəyə çox qısa zamanda müsbət cavab verən bir virus xəstəliyidir.

 

Qısa xəbərdarlıq: Herpes xəstəliyinin tam müalicəsi ilə əlaqəli olan bu yazı maarifləndirmə məqsədi daşıyır. Xüsusilə tablet müalicələrini, antibiotikisteroid tərkibli kremləri həkimsiz başlamaq təhlükəli ola bilər.

 

Sürətli cavab (1 dəqiqəlik xülasə)

  • Herpes xəstəliyinin tam müalicəsi” çox vaxt “virusun bədəndən tam silinməsi” kimi başa düşülür. HSV (herpes simplex virus) sinir düyünlərində gizli (latent) qala bildiyi üçün bu mənada tam silinmə adətən mümkün olmur.
  • Ancaq “tam müalicə”ni şikayətlərin tam nəzarət altına alınması, alovlanmaların uzun müddət olmaması kimi başa düşsək, bu məqsədə çox pasiyentdə çatmaq mümkündür.
  • Herpes virusu müalicəsi (herpes virusu mualicesi) iki xətt üzrə aparılır: alovlanma zamanı qısa kurs və ya tez-tez təkrarlayanda uzunmüddətli (suppressiv) nəzarət.
  • Herpes üçün maz (herpes ucun maz) erkən mərhələdə faydalı ola bilər, lakin hər zaman təkbaşına kifayət etmir.
  • Herpes üçün tabletka (antiviral) ilk epizod, ağır gediş, tez-tez təkrarlama, immun zəiflik, hamiləlik planı kimi hallarda daha effektiv strategiya ola bilər.
  • Dodaqda uçuq (HSV-1) və dodaq uçuqlaması üçün də əsas prinsip: erkən başlama + düzgün yanaşma.

 

Mündəricat

  1. Herpes nədir? (herpes nedir / HSV nədir)
  2. “Herpes xəstəliyinin tam müalicəsi” nə deməkdir?
  3. Herpes virusu (herpes virüsü) necə yoluxur və niyə təkrarlanır?
  4. Herpes virusu müalicəsi: ümumi strategiya
  5. Herpes üçün maz: nə işləyir, nə işləmir?
  6. Herpes üçün tabletka: nə vaxt lazımdır?
  7. Dodaqda uçuq müalicəsi: dodaqda herpesin müalicəsi (dodaq uçuqlaması)
  8. Qanda herpes virusu: analizlər nə deməkdir?
  9. Herpesin ziyanı: hansı fəsadlar ola bilər?
  10. Evdə dəstək və “təbii” yanaşma
  11. Nə vaxt dermatoloqa müraciət etməli?
  12. Tez-tez verilən suallar (FAQ)

 

1) Herpes nədir / HSV nədir ?


Herpes herpes simplex virusunun (HSV) törətdiyi virus infeksiyasıdır. İki əsas tipi var:

  • HSV-1: daha çox dodaqda uçuq, ağız ətrafı və ağız boşluğunda səpgilər; bəzən genital nahiyədə də ola bilər.
  • HSV-2: daha çox genital herpes ilə əlaqəlidir və bəzi insanlarda təkrarlanma daha tez ola bilər.

Bəzilər “gerpes xesteliyi nedir” deyə həkimdən soruşurlar. Əslində bu ifadə xətalıdır. Bu xəstəliyin adı herpes kimi yazılır və ifadə olunur. 

 

2) “Herpes xəstəliyinin tam müalicəsi” nə deməkdir?


Pasiyentlərin çoxu “tam müalicə” deyəndə virusun bədəndən tam yox olmasını nəzərdə tutur. HSV isə sinir düyünlərində gizli qala bildiyi üçün, hazırkı biliklərə görə, virusun bədəndən “tam silinməsi” adətən mümkün olmur.

Ancaq klinik praktikada “tam müalicə”ni belə hədəfləyirik:

  • alovlanmaların tezliyinin ciddi azalması,
  • yaraların daha sürətli sağalması,
  • uzun müddət şikayətsiz dövr,
  • yoluxduruculuğun (riskin) azaldılması.

“Herpesin mualicesi nedir” deyə dermatoloqa sosial media üzərindən suallar yazırlar. Bunun qısa cavabı vardır. Məqsəd: herpesin müalicəsi  ilə xəstəliyi idarə etməkdir.   


3) Herpes virusu necə yoluxur və niyə təkrarlanır?

Herpes virusu  aşağıdakı yollarla ötürülə bilər:

  • dəri–dəri təmas, selikli qişa təması,
  • öpüş, oral-genital təmas,
  • genital təmas.

 

Niyə təkrarlanır?

Tetikləyicilər fərqli ola bilər:

  • stress və yuxusuzluq
  • günəş/UV (xüsusilə dodaq uçuğunda)
  • qızdırmalı xəstəliklər
  • immun zəifləmə
  • travma, sürtünmə

 

Herpes xəstəliyi nədən yaranır ?

Bu bir herpes virusu tərəfindən törədilən dəri xəstəliyidir. Törədicisi HSV-1HSV-2 daha dəqiq desək herpes simplex virus 1 və herpes simplex virusu 2 hesab edilir. HSV 1 əsasən ağız ətrafında daha dəqiq desək üzdə, yanaqlarda,  ağız boşluğunda və dodaqlarda herpetik səpgilər yaradır. Hətta gözətrafı herpes səpgiləri yarana bilər. HSV 2 isə cinsiyyət orqanlarına yayılaraq genital bölgədə əsasən penis başı, penis şaftı, bud, qasıq və yanlarda herpetik səpgilər yaradır. Qadınlarda isə vagina ətrafında böyük və kiçik dodaqlarda, bud və yanlarda su toplayan qabarcıqlar, suluqlara səbəb ola bilər. 

 

Herpesə kimlər yoluxur

Əksər insanlar HSV 1 virusuna yoluxurlar. Ömründə bir dəfə olsa da hər kəsin dodağında uçuq dediyimiz su qabarcığı şəklində şikayətləri ola bilər. Cinsi aktivliyi yüksək olan şəxslərin əksəriyyəti isə HSV 2 virusuna yoluxurlar. Yəni cinsi yolla keçən zöhrəvi xəstəlik olaraq özünü göstərir. Əksər hallarda bu viruslara insanlar səssiz yoluxurlar. Amma bəzilərində ilk yoluxma epizodu çox şiddətli keçir. Selikli qişalarda o cümlədən ağız içərisində yaralar, cinsiyyət bölgəsində (genital) yaralar, qızdırma, ağrı, şişkinlik, halsızlıq ola bilər. Bundn əlavə doğuş zamanı anadan körpəyə də keçə bilir.

 

Herpes viruslarından qurtulmaq 

Xeyir! Herpes virusundan qurtulmaq olmur, amma xəstəlikdən yəni herpetik səpgilərdən uzun müddətliyinə qurtulmaq olar. Ümumiyyətlə istənilən virusa bir dəfə yoluxan insanlar bir daha ondan qurtula bilmir əksər hallarda. Onlar ömür boyu hüceyrələrimizdə gizli şəkildə qalır. Herpes virusları da o cümlədən.

 

Genital herpesin qan analizləri

Bəli var. Amma əksər hallarda dermatoloq və ya dəri həkimi bu analizləri istəmir. Yalnız xüsusi hallarda HSV 1 və HSV 2 analizləri istəniləndə qanda müsbət nəticələr aşkarlana bilər. Bu nəticələr xəstənin ömrünün sonuna qədər müsbət qalır. Heç bir müalicə ilə onu neqativləşdirmək olmur. Sağlam bir insan da HSV 1 və HSV 2 analizlərini verərəsə onlarda müsbət nəticələr çıxar. Lakin bu o demək deyil ki, onlar mütləq müalicə ediləməlidir. Genital herpes müalicəsi yalnız suluqlanma, qızartı, şişkinlik, ağrı, göynəmə və s. əlamətlər verdiyi təqdirdə peşəkar dermatoloq və ya dəri həkimi tərəfindən təyin edilir.

 

Genital herpes və sonsuzluq problemi 

Əsla! Bu xəstəlik müsbət proqnoza malikdir. Nə qadında, nə də kişilərdə herpes sonsuzluq səbəbi ola bilməz.

 

4) Herpes virusu müalicəsi: ümumi strategiya


Herpes virusu mualicesi adətən iki yanaşma ilə planlanır:

 

A) Episodik müalicə (alovlanma zamanı)

Alovlanma başlayanda qısa kurs müalicə. Ən yaxşı nəticə üçün ilk əlamətdə (yanma, qaşınma, “tingling”) başlamaq vacibdir.

 

B) Suppressiv müalicə (profilaktik nəzarət)

Tez-tez təkrarlayan, həyat keyfiyyətini pozan və ya xüsusi risk qruplarında həkim nəzarəti ilə uzunmüddətli yanaşma seçilə bilər.

 

Qısa qərar prinsipi

  • Yüngül, lokal uçuq → çox vaxt yerli yanaşma + dəstək tədbirləri
  • Ağır/tez-tez təkrarlayan/geniş yayılan → sistemik (tablet) yanaşma daha rasional olur

 

5) Herpes üçün maz: nə işləyir, nə işləmir? 


Herpesin müalicəsində istfadə edilən müxtəlif məlhəmlər və kremlər vardır. Daha ətraflı məlumat verək

Maz nə vaxt daha faydalıdır?

  • Ən yaxşı effekt: ilk 24 saat və ya ilk “xəbərdaredici” hisslər başlayanda.
  • Dodaq uçuğunda (HSV-1) bəzi antiviral kremlər yaraların müddətini qısalda bilər.

 

Mazla bağlı real gözlənti

  • Maz “tam sağaltma vədi” deyil; alovlanmanı qısalda bilər.
  • Xüsusilə genital herpesdə təkcə mazla müalicə hər zaman kifayət etmir.

 

Hansı “mazlar” zərərlidir?

  • Steroid tərkibli kremlər (özbaşına): səpkini maskalaya və gedişi ağırlaşdıra bilər.
  • Spirt, limon, diş məcunu kimi qıcıqlandırıcılar: yaraları uzada, ikincil infeksiya riskini artıra bilər.

 

6) Herpes üçün tablet: nə vaxt lazımdır?


Herpes üçün həblər (sistemik antiviral) daha çox aşağıdakı hallarda tətbiq edilir:

  • İlk epizod (ilk dəfə yaranıbsa)
  • geniş yayılma, güclü ağrı və ya qızdırma
  • tez-tez təkrarlanma və həyat keyfiyyətinin pozulması
  • immun sistemi zəif olan pasiyentlər
  • hamiləlik və ya hamiləlik planı (mütləq həkimlə)

Vacib: Hər yara herpes deyil. Özbaşına tablet qəbul etmək gecikmiş diaqnoz və yan təsir riskini artıra bilər.

 

7) Dodaqda uçuq müalicəsi: tövsiyyələr


Dodaqda yara verən xəstəliklər arasında herpes önəmli yerə sahibdir. Dodaqda herpes yarası olanlar üçün vacib məlumatlar

 

Dodaqda uçuq (uçuqlama) zamanı praktik addımlar

  • Erkən başlama: ilk yanma/qaşınma hissində tədbir görmək
  • Yaraları qoparmamaq, sıxmamaq
  • Kosmetika/dodaq balzamını paylaşmamaq
  • UV tetikdirsə: SPF və fiziki qorunma

 

Nə vaxt “gözləmək olmaz”?

  • gözə yaxın səpgilər
  • sürətli yayılma
  • 10–14 günə keçməməsi
  • güclü ağrı, qızdırma, ağır vəziyyət

 

8) Qanda herpes virusu: analizlər nə deməkdir?


Qanda herpes virusu analizləri (seroloji testlər) bəzi hallarda istifadə oluna bilər, amma hər pasiyent üçün rutin deyil.

  • Qanda anticisim pozitivliyi çox zaman sadəcə “keçmişdə yoluxma olub” mənasına gələ bilər.
  • Nəticə uzun müddət pozitiv qala bilər və bu, avtomatik olaraq “mütləq müalicə” demək deyil.
  • Klinika (şikayət, səpgi tipi) və həkim qiymətləndirməsi əsasdır.

 

9) Herpesin ziyanı: hansı fəsadlar ola bilər? 


Herpesin ziyanı adətən aşağıdakı risklərlə bağlı olur:

  • ağrılı yaralar, ikincil bakterial infeksiya
  • gözə yaxın lokalizasiya → ciddi problem yarada bilər
  • hamiləlikdə və doğuş ətrafında xüsusi yanaşma tələb edən hallar
  • immun zəiflikdə daha ağır gediş

Bu səbəbdən “özbaşına müalicə” yox, düzgün diaqnoz və plan daha vacibdir.

 

10) Evdə dəstək və “təbii” müalicələr


 

Evdə təhlükəsiz dəstək

  • istirahət, maye qəbulu, stressin idarəsi
  • yaraya mexaniki qıcıq verməmək
  • tetikləri izləmək (UV, yuxusuzluq və s.)

 

Riskli “xalq üsulları”

  • yandırıcı/iritant maddələr (spirt, sirkə, limon və s.)
  • nəzarətsiz “immunitet artıran” əlavələr

11) Nə vaxt dermatoloqa müraciət etməli?

  • ilk dəfə yaranıbsa və diaqnoz dəqiq deyilsə
  • ildə bir neçə dəfə təkrarlanırsa
  • gözə yaxın yara varsa
  • immun zəiflik, hamiləlik/hamiləlik planı varsa
  • 10–14 günə sağalmırsa və ya sürətlə yayılırsa

 

12) Tez-tez verilən suallar (TVS)


 

Herpes xəstəliyinin tam müalicəsi varmı?

Virusun bədəndən tam silinməsi adətən mümkün olmur. Amma herpes virusu müalicəsi ilə alovlanmaları uzun müddət dayandırmaq və təkrarlanmanı azaltmaq çox vaxt mümkündür.

 

Herpes üçün maz nə vaxt çəkilməlidir ?

Ən yaxşı nəticə ilk əlamətdə başlananda olur. Genital herpesdə təkcə maz çox vaxt kifayət etmir.

 

Dodaqda uçuq və ya dodaq uçuqlaması neçə günə keçir? 

Çox vaxt bir neçə gün–1 həftə aralığında yaxşılaşır. 10–14 günə keçmirsə və ya gözə yaxındırsa həkimə müraciət edin.

 

Qanda herpes virusu pozitiv çıxsa, mütləq müalicə lazımdır?

Həmişə yox. Klinika və şikayət yoxdursa təkcə analizə görə müalicə qərarı düzgün olmaya bilər.

 

HSV nədir ?

HSV herpes simplex virusudur; HSV-1 daha çox dodaq uçuğu, HSV-2 daha çox genital herpeslə əlaqələndirilir.

 

Herpes üçün tabletka hər kəsə lazımdır?

Yox. Tez-tez təkrarlama, ağır gediş, immun zəiflik, ilk epizod kimi hallarda daha çox düşünülür və həkim seçimi vacibdir.

 

Genital herpes neçə günə keçir?

Çox vaxt bir neçə gün–1 həftə aralığında yaxşılaşma olur. 10–14 günə sağalmırsa və ya gözə yaxınsa, dermatoloq həkimə müraciət edin.

 

Herpes üçün “ən yaxşı dərman” hansıdır?

“Ən yaxşı” dərman hamı üçün eyni deyil. Dərmanın seçimi (episodik vs suppressiv) təkrarlanma tezliyindən və klinik vəziyyətdən asılıdır. Sistemik antiviral dərmanlar əsas müalicə istiqamətidir.

Herpes xəstəliyinin tam müalicəsi

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

13 Responses

        1. Salam. Qəbula düşmək üçün randevu ala bilərsiz. Ünvan: Kutanoz Klinika. Atatürk prospekti. Ayna Sultanova parkının yanı. Bazar xaric hər gün 10:00-15:00 arası, sadəcə 4-cü gün 17.00-21.00 arası xəstə qəbul edilir. Canlı növbə ilə xəstələr qəbul edilsə də randevu verilir. Uzaqda olub gələ bilməyənlər üçün ödənişli onlayn telesəhiyyə xidməti də vardır. Qeyd edilən vatsap nömrəsi ilə əlaqə saxlayaraq əlavə suallarınızı verə bilərsiz. ☎️: (051) 444 66 44, 🌐: https://mehdiiskandarli.com 🍃🌺☘️a

  1. Salam bu gün həkimdə oldum yanımda yara var dedi herpisdi yeriməyimə problem yaradıb əgər bu xəstəlik cinsi yola kecirsə məndə bu necə yarana bilər 10ildi gec bir əlaqə yoxdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir