Acıdır, amma gerçəkdir. Bunun sadə izahı vardır. Yenə da başı bəlalı Çarlz Darvinin ərsəyə gətirdiyi təkamül nəzəriyyəsinə müraciət etməli oluruq. Əslində qadıların bit “xırçıldatmaq” sevdası primatlardan onlara miras qalmış bir rudument davranış formasıdır. Primatlar arasında da nəsil qayğısına qalmaq məqsədiylə bit axtarmaq davranışı yayqındır. Onlar hətta bitləri tum çırtlarcasına yeyirlər. Görünür bu həm də onlar üçün əyləncəlidir. Statistika göstərir ki, qadınlar arasında da bit təmizləmə həvəsi və istəyi çox yüksəkdir. Bu davranış formasının niyə qadınlar arasında əyləncəli qəbul edildiyi hələ də müəmmalıdır.
Ehtimal edirik ki, bəzi heyvanlar xüsusən primatlar arasında yayqına olan “sosial təmizlik” davranışı qadınlar arasında rudument formada qorunub saxlanılmışdır. Bitləri yemək davranışı unudulsa da, işin təmizlik və əyləncəli tərəfi görünür genetik olaraq ötürülmüşdür. Hətta məşhur holland rəssamı Gerard Terborx öz əsərlərinin birində ananın öz qızının başında bit axtarmasını təsvir etmişdir. Rəssam bu əsərdə ananın öz övladına qarşı şəfqətini və qayğısını təsvir etmişdir. Ümumiyyətlə holland və belçikalı rəssamların bu mövzuda əsərləri çoxdur. Onlardan bir qismini aşağıda görə bilərsiniz.