Hamiləliyin dəri xəstəlikləri

hamiləliyin dəri xəstəlikləri

Dermatoloq Mehdi İskəndərli qeyd etmişdir ki, hamiləlik hər bir qadının həyatında normal bir fizioloji mərhələdir. Lakin bu mərhələdə bir çox orqan və sistemlərdə o cümlədən dəridə bir çox həm fizioloji, həm də patoloji dəyişiklər yarana bilər. Hamiləlik zamanı hormonal balansın dəyişməsi və qanda yeni ifraz olunan proteinlərin təsirindən gestasional dəri xəstəlikləri yarana bilər. Hamiləliyin dəri xəstəlikləri müxtəlifdir. Hər birinin özünəməxsus klinik əlamətləri və müvafiq müalicələri vardır. Dermatoloq qarşısında duran əsas məsələ hamiləlikdə yaranan səpgilər və şikayətləri düzgün identifikasiya etmək və doğru diaqnoz qoymaqdır. Hamiləliyin dəri xəstəlikləri müalicə sırasında isə dermatoloq dölə zərəri olmayan dərmanların təyin etməyi özünə hədəf bilir. Ona görə hamiləlikdə dəri xəstəlikləri olan qadınlar peşəkar dermatoloqa müraciət edərək etibarlı bir şəkildə müalicələr qəbul edə bilər. Cünki müasir təbabət “ana uşaqdan irəlidədir” prinsipini əsas tutur. Hamilələrdə dəri xəstəlikləri bütün trimestirdə yarana bilər. Hətta hamiləliyin bəzi dəri problemləri doğuşdan sonra da yarana bilir.

Hamiləlikdə dəri səpgiləri müxtəlif xarakterdə ola bilər. Hamilələrdə qarında qaşıntılı köpəşmələr tez-tez görülür. Bunda başqa hamilələrin ovuçlarında qaşınma şikayəti ciddi daxili orqan xəstəliklərindən xəbər verə bilər. Dərinin səpgisiz qaşınması da hamiləlikdə görülən dəri xəstəlikləri içərisində baxılır. Xüsusən hamiləlikdə allergik xəstəliklər sıx görülür. Anamnezində allergik dəri xəstəlikləri olan qadınlarda hamiləlikdə allergik dəri problemləri yenidən kəskinləşə bilər. Belə olan halda ginekoloq hamiləni dermatoloq həkimə diaqnoz, müalicə və profilaktika üçün yönləndirə bilər. Hamiləlikdə yaranan dəri səpgiləri bir birinə bənzədiyi üçün və əlamətlər eyni olduğu üçün ginekoloq düzgün müalicə üçün adətən hamiləni dermatoloq həkimə yönləndirir. Dermatoloveneroloq isə əlavə müayinələr hesabına diaqnozu dəqiqləşdirir və həm döl üçün, həm də ana üçün təhlükəsiz müalicələr təyin edir. Hamilə qadınlar dəridə yaranan problemlərə görə narahat olmamalıdırlar və zamanında dermatoloq həkimə müraciət etməlidirlər. Bundan başqa hamiləlik zamanı hamiləliklə bir başa əlaqəsi olmayan dəri xəstəlikləri də meydana gələ bilər. Həm də bu baxımdan ginekoloqlar tərəfindən hamilə qadınlar dəri həkimlərinə yönləndirilir.

 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər