Ət xalı nədir ?

ət xalı

Ət xalı nədən yaranır sualına cavab vermədən öncə xal nədir sualına cavab vermək lazımdır. Xal dedikdə bəzən dəridən qabarıq, bəzən dəri səviyyəsində olan qara-qəhvəyi və dəri rəngindəki dəri törəmələri nəzərdə tutulur. Fəqət dermatoloqun gözündə xallar veya elmi dildə desək nevuslar histopatoloji xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır. Nevuslar epitelden, birləşdirici toxumadan, damarlardan və dərinin rəngini təyin edən melanosit hüceyrələrindən əmələ gələ bilər. Dəri xərçəngi olan melanoma məhz melanosit xallardan vəya melanositik nevuslardan əmələ gəlir. Dəridə papilloma tərzində törəmələr isə növlərinə görə çoxsaylıdır. HPV papillomaları daha çox həm kişidə, həm qadında cinsi ziyillər şəklində özünü göstərir. Lakin, boyunda papillomalar, eləcədə qoltuqaltında papillomalar virus mənşəli olmayan dərinin xoşxassəli törəmələrdir. Bunlar əksərən et xali şəkində özünü göstərir və bir çox həkimlər eləcə də pasientlər tərəfindən ziyillərlə qarışdırlır. Adətən ət xalları boyunda qaralma zəminində yaranır. Bu qaralmaya akantozis niqrikans deyilir. Qoltuqaltı qaralma da əksərən qoltuqaltı papillomalar ilə müşayət olunur. 

Ət xalı dedikdə isə dəri rəngində yəni dəri rəngində olan dəri törəmələri nəzərdə tutulur ki, bunlardan heç bir zaman dəri xərçəngi törəyə bilməz. Bunlar əsasən boyunda, qoltuq altında, qasıqlarda və göz qapaqlarında ortaya çıxır. Ət xalı genetik, endokrin xəstəliklər və daxili orqanların bədxassəli şişləri fonunda da əmələ gələ bilər. Bundan əlavə dəridə dəri rəngində olan başqa dəri törəmələri də vardir ki, ət xalı xəstəliyinə bənzəyir. Bu səbədən ət xalları diaqnozu mütəxəsis tərəfindən qoyulmalıdır və daxili xəstəliklərdən qaynaqlanmadığına əmin olmaq üçün verilən analizlərdən sonra müalicə edilməlidir. Ət xalları müxtəlif müalicə üsulları ilə ləğv edilir. Hər biri də ağrısız və təhlükəsis şəraitdə aparılır. Ən çox istifadə edilən metod isə maye azot vəya krioterapiya üsuludur. Lakin bəzi hallarda ət xalları qiqant ölçülərə gəlib çıxa bilir. Belə olan halda törəmənin cərrahi üsulla aradanq qaldırılması mümkün ola bilər. Ət xalı problemi kiçik ölçülərdə ikən müalicə edilsə həm maliyyə, həm də fəsadlar baxımından xəstələr uduşlu olar.

ət xalı

 

 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

44 Responses

  1. Salam mənim uşaqın beş yaşındadır körpə olarkən uzune səpgi çıxmışdı onu qopardim onnan sora böyüyüb dərinin altında və üsdündə iri bir xal kimi oldu gedmedi indide qalıb üzündə əl vuranda elə bil iceridede yekə yumru nəsə var nə etmey olar uşaqlıqda həkimlər maz yazdılar qoydum keçmədi indi deyilər kəsib goturmey lazdimdir hansı. Hekime müraciət etməliyəm plastik əməliyyat etmey lazımdır izi qalmazki bir ziyanı olmaz ki
    ?

    1. Salam. Dəridə yaranan xallar və törəmələr öncə dermatoloq tərəfindən müayinə edilir və mənşəyi təyin edilir. Sonra onun götürülmə şəklinə və formasına qərar verilir. Cünki, elə xal və törəmə ola bilər ki, götürülməsi məsləhət olmaz. Bütün bu suallara cavab almaq üçün biz sizə yardım edə bilərik. Hörmətlə

  2. Salam, qoltuğumun altında kiçik ət xalı var idi, səhvliklə maşınkayla ona toxundum və qanadı. Nə edə bilərəm? Qanaxma yüngüldü

    1. Salam. Yod məhlulu vurun. 10 dəqiqə sıxın. Qanama dayanacaq. Münasib zamanda müraciət edə bilərsiz ət xalını tamamiylə ləğv edə bilərik.

      Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

      Klinikaya gələ bilməyənlərə ödənişli onlayn konsultasiya fürsəti vardır. Onlayn qəbula düşmək üçün yenə (051) 444 66 44 ilə randevu almaq və ya
      səhifəsində qeydiyyatdan keçməniz lazımdır.

  3. Salam.25 yaşım var.Qarin nahiyəsinin sol və sağ tərəflərdə ət xalları yaranıb.evvel az idi indi yayılaraq çoxalır .neye görə yayılır nə kimi tehlukesi var Problem nə ola bilər ?

    1. Salam. Ət xallarının yaranm səbəbləri məqalədə yazılıb. Konkret olaraq sizdə hansı səbəbədən yaranır onu ancaq əyani müayinələrdən sonra cavab vermək olar. Ət xalları yandırılaraq ləğv edilməlidir ki, böyüyüb sizi narahat etməsin. Müraciət edə bilərsiz sizə yardım edərik.
      Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

  4. Salam Hekim zehmet olmasa mene meslehet verin yağlı seboreyadan əziyyət çəkirəm saçlarım dəhşət yumuşalıb pis gunə düşüb seyrəkləşmə gedir həddindən artıq yağlanır . Hansı həkimə getdim məni aldatdı . Çox xahiş edirəm mənə məsləhət verin saçlarımı necə müalicə edə bilərəm?

  5. Salam hekim. Bağışlayın narahat edirəm. Anam şəkər xəstəsidir. Belinde et xali yaranıb və böyüyür. Ölçüsü 5-6 mm olar. Elnen terpedende biraz ağrı verir .Bilmek isterdim ki bu xal təhlükəlidirmi?

    1. Salam. Bu suala ancaq əyani müayinədən sonra cavab vermək olar. Ola bilər ət xalı infeksiyalaşıb. Vaxtında törəməni ləğv etmək və infeksiyanı müalicə etmək lazımdır. Şəkər olduğu üçün immuniteti zəyifliyinə bağlı fəsadlar yarana bilər. Hörmətlə.

    2. Salam doktor men seker xestesiyem bedenimde ve sac diblerimde şiddetli qasinmalar var derimde dd qaralmalar bu neye bagli ola biler isti su ile cimende daha guclu qasinir

  6. Salam. Mənim kürəyimdə ət xal əmələ gəlib amma dəridən sallanmır. Kökü var və getdikcə artır bəzən kiçilir bəzən bir az böyük olur. Beş altı dənə olub artıq. Bu nə ola bilər

  7. Salam doktor. İllər öncə boğazımda ət xal yaranıb Mən sapla bağladım ki quruyub düşsün. İndi isə həmin nayihədə qaşınma var.

    1. Salam. Ət xallarının sapla müalicəsini tövsiyyə etmirik. Cünki infeksiya düşə bilər və qaşıntı, qızartı və qanama kimi fəsadlar verə bilər. Görünür sizdə də fsadlaşma yaranmışdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə

  8. Salam hekim.menim burnumun yuxari sag hissesiyle gozumun ucu arasinda yumsag et xalina benzer xirda noxud boyda sis yaranib.2 heftedir ki, kecmir terkibi piy yigilmasidimi ya nedi bilmirem.incitmir sadece yumsag xirda sisdir.Bilmirem ne edim ki kecsin.Mene komek edin zehmet olmasa

  9. Salam həkim bağışlayın narahat edirem oğlum 5 aylıqdir qaşların her iki yuxarı hissəsində qırmızı ət xalları əmələ gəlir o nədən ola bilər və onun müalicəsi varmi getməsi üçün

  10. Salam hekim zehmet olmasa deye bilersiz mende sine nahiyyemde xal kimi karicnivi birweyler var baxanda xal bilerler amma ust qati var bu neden olar? Yaranir sonra biri qalib bugun baxiram ikiside olub bu neden ola biler melumat versez cox sevinerem

  11. Bir tanışım da Penis də sonradan qaşınma nəticəsində yaranan qabarıq kiçik ət xalı kimi yaranma halı var. Onu da deyim ki, masturbasya da edir, bu nədən ola bilər ? Zəhmət olmasa cavablandırardınız

  12. Salam həkim bağışlayın narahat edirəm sizdən bir söZ soruşum mən ət xalı təzəlikcə yaranıb üzürlü hesab edin cinsiyyətin orqanında və onun ətrafında müalicəsi varmı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər