Dermatoonkologiya: dəri xərçəngi (melanoma, BCC, SCC) – erkən diaqnoz, xal müayinəsi, müalicə və qorunma
Dermatoonkologiya (dəri onkologiyası) dermatologiyanın istiqamətlərindən biridir və dəri xərçəngi ilə yanaşı, şübhəli dəri törəmələri, xallar (nevuslar), piqment ləkələri və xərçəngönü dəyişikliklərin erkən diaqnostikası, müalicəsi və profilaktikasını əhatə edir.
Əsas məqsəd: Dəri xərçənginin (xüsusən melanoma) erkən aşkarlanması. Erkən diaqnoz həm müalicə uğurunu artırır, həm də daha böyük cərrahi müdaxilələrin qarşısını ala bilir.
Qeyd: Bu məlumatlar maarifləndiricidir və həkim müayinəsini əvəz etmir.
Mündəricat
- Dermatoonkologiya nədir?
- Dəri xərçəngi nə qədər yayğındır?
- Dermatoonkoloq kimdir?
- Nə vaxt dermatoonkoloqa müraciət etməli?
- Dəri xərçənginin əsas növləri (melanoma, BCC, SCC)
- Risk faktorları: kimlər daha çox risk altındadır?
- Melanoma və dəri xərçənginin əlamətləri (ABCDE)
- Diaqnoz necə qoyulur? Dermatoskopiya və biopsiya
- Müalicə: cərrahiyyə, Mohs, krioterapiya, topikal və digər üsullar
- Qorunma: günəş, UV şüaları, SPF və izləm planı
- Tez-tez verilən suallar (TVS)
- Qəbul və əlaqə
Dermatoonkologiya nədir?
Dermatoonkologiya dəri xəstəlikləri içində ən ciddi risk qrupuna daxil olan dəri xərçəngi və xərçəngönü lezyonların (məs., “günəş zədələnməsi” fonunda yaranan dəyişikliklər) qiymətləndirilməsi ilə məşğuldur. Bu sahənin əsas sütunları:
- Erkən diaqnoz: şübhəli törəmənin vaxtında aşkarlanması
- Dəqiq diaqnostika: dermatoskopiya və lazım olduqda dəri biopsiyası + histopatoloji müayinə
- Müalicə və izləm: törəmənin tipinə görə fərdi plan
Dərinin bədxassəli törəmələri necə yaranır ?
Dəri xərçəngi əksər hallarda sağlam dəridən meydana gəlir. Amma uşaqlıqdan mövcüd olan anadangəlmə xalların və törəmələrin üzərində də dəri xərçəngi yarana bilər. Əgər uşaqlarda anadangəlmə xallar varsa valideynlər bilməlidilər ki, övladları dəri xərçəngi riski daşıyırlar. Bu səbəbdən zamanında dermatoonkoloq müayinəsi vacibdir.
Dəri xərçəngi nə qədər yayğındır?
Bazal hüceyrəli karsinoma (BCC) və yastı hüceyrəli karsinoma (SCC) ümumilikdə ən çox rast gəlinən dəri xərçəngi tipləri hesab olunur və çox zaman günəş (UV) təsiri ilə əlaqələndirilir. Bədxassəli dəri törəmələri və şişlərinin insidenti get-gedə artmaqdadır.
Dermatoonkoloq kimdir?
Dermatoonkoloq – dəri xərçənginin erkən diaqnostikası, dermatoskopik qiymətləndirmə, biopsiya qərarı, müalicə planı və izləmə strategiyası ilə məşğul olan dermatoloq (dermatoveneroloq) həkimdir. Dermatoonkoloqların əsas vəzifəsi dəri xərçənginin erkən diaqnostikasını təmin etməkdir. Cünki, daxil orqanları bədxassəli törəmələrində olduğu kimi dəri xərçəngindən də yalnız erkən diaqnoz və müalicə ilə qurtulmaq mümükündür.
Nə vaxt dermatoonkoloqa müraciət etməli?
- Yeni əmələ gələn və sürətlə böyüyən xal
- Şəkli, rəngi, ölçüsü dəyişən xal (nevus)
- Qanayan, qabıqlanan, “sağalmayan yara” tipli lezyon
- Üzdə, burun-qaş nahiyəsində, qulaqda və ya günəş görən sahələrdə davamlı “yaraya bənzər” düyün
- Uşaqda böyük/anadangəlmə xal və valideyndə narahatlıq
Praktik tövsiyə: Şübhəli törəmə “gözləməklə” yaxşılaşmırsa və ya dəyişirsə, dermatoskopik xal müayinəsi ilə qiymətləndirmə daha doğrudur.
Dəri xərçənginin əsas növləri
Dermatoonkologiya dəri xərçənginin iki növünü təyin edir. Melanotik dəri xərçəngi və non-melanotik dəri xərçəngi. Bundan əlavə dəridə yaranan lakin hüceyrə mənşəyi dəriyə aid olmayan dəri xərçəngi də yarana bilər.
1) Melanoma
Melanoma piqment hüceyrələrindən qaynaqlanan dəri xərçəngidir və digər tiplərlə müqayisədə daha aqressiv gediş göstərə bilər. Erkən mərhələdə aşkarlanması həyati önəm daşıyır. Melanoma melanotik dəri xərçənginin klassik nümunəsidir. Qara rəngli xallara bənzəyən xərçəng növüdür və metastaz vermə qabiliyyətinə malikdir. İrəliləmiş formada qanayan qara xallar kimi özünü göstərir. Qara xalda açıq yaralar da meydana gələ bilər. Melanoma anadangəlmə xallardan yarana bilər. Anadangəlmə xallar melanoma riski daşıyır. Ona görə andangəlmə xalların və qəhvəyi ləkələrin çarəsinə vaxtında baxılmalıdır. Lakin melanoma sağlam dəridən başlanğıc götürə bilər. Bu zaman melanoma ilk vaxtlarda adi xala bənzəyə bilər. Melanoma dərinin açıq sahələrində yaranır. Üzdə, qollarda, əllərdə, baldırda və s. Yəni günəşin birbaşa vurduğu sahələrdə. Melanoma saçlı dəridə də yarana bilər. Hətta dırnaq qaralma ilə özünü göstərən akral melanoma barmaq uclarında da yaranır.
2) Bazal hüceyrəli karsinoma (BCC, bazalioma)
BCC ən sıx görülən non-melanotik dəri xərçəngidir. Adətən yavaş böyüyür, lokal invaziv ola bilər və metastaz çox nadir hallarda müşahidə olunur. Bazalioma bazal hüceyrəli karsinoma (BCC) köhnə adıdır. Nadirən qara olur. Əsasən dəri rəngində olur. Bazal hüceyrəli karsinoma metastaz vermir. Yənu uzaq orqanlara metastaz verərək xəstəni öldürmür. Lakin yerli invaziya yolu ilə olduğu nahiyyəni eybəcərləşdirərək funksional pozuntular yarada bilər. Dermato-onkoloq tərəfindən erkən mərhələdə bazal hüceyrəli karsinomanın müalicəsi krioterapiya təşkil oluna bilər. BCC-nin növündən asılı olaraq immunomodulyator topikal terapiya ilə müalicələr yazıla bilər. Dəri cərrahiyyəsinin bir parçası olaraq dəri xərçəngi cərrahi yolla ləğvi də mümkündür. Bu işdə dermatoloq ilə bir yerdə plastik cərrahlar da iştirak edə bilər. Böyük ölçülü BCC müalicəsi zamanı şüaterapiyası da verilir.
3) Yastı hüceyrəli karsinoma (SCC)
SCC də non-melanotik dəri xərçənginə daxildir. Risk qrupundan və lezyonun xüsusiyyətlərindən asılı olaraq lokal müalicə, bəzən daha geniş yanaşma tələb edə bilər.
Dəri xərçənginin risk faktorları: kimlər daha çox risk altındadır?
- Günəş/UV şüaları ilə uzunmüddətli təmas, tez-tez günəş yanıqları
- Açıq dəri tipi, çox sayda xal, atipik (qeyri-adi) xallar
- İmmunitetin zəifləməsi (seçilmiş hallarda)
- Yaş artdıqca riskin yüksəlməsi (xüsusən non-melanotik dəri xərçəngində)
- Ailə anamnezi (bəzən)
Melanoma və dəri xərçənginin əlamətləri (ABCDE)
Melanoma şübhəsi üçün praktik “ABCDE” qaydası istifadə olunur:
- A – Asimmetriya: xalın bir yarısı digərinə oxşamır
- B – Border (kənar): kənarlar nizamsız, “dişli” görünür
- C – Color (rəng): bir lezyonda bir neçə rəng çaları
- D – Diameter: ölçü artımı (klassik olaraq >6 mm, amma daha kiçik də ola bilər)
- E – Evolution (dəyişiklik): zamanla forma/rəng/ölçü dəyişikliyi, qanama, qaşınma
Non-melanotik dəri xərçəngində isə tez-tez “sağalmayan yara”, qanayan düyün, qabıqlanan səth, parlaq/çəhrayı düyün kimi əlamətlər önə çıxır.
Dəri xərçəngi diaqnozu necə qoyulur
Dermatoskopiya (dermoskopiya) / xal müayinəsi
Onkodermatoloq əsasən dermatoskop müayinəsi ilə törəmələrin mənşəyini təyin edir və diaqnoz qoyur. Dermatoskopiya nəticəsinə uyğun olaraq dəri həkimi törəmənin çarəsinə baxır. Dermatoskop lupaya bənzər alətdir. Dermatoloq müayinə sırasında bədxassəli əlamətlər aşkarlayarsa törəmənin xaric edilməsi üçün pasiyenti cərraha istiqamətləndirə bilər. Tərəddüt içərisində qalarsa dəqiqləşdirmələr üçün törəmədən biospiya ala bilər. Əgər xoşxassəli olduğunu təyin edərsə o zaman törəməni saxlaya da bilər. Dermatoskopiya – şübhəli xal və törəmələrin daha detallı qiymətləndirilməsinə kömək edən qeyri-invaziv müayinə üsuludur. Bu, “xalın xoşxassəli və ya şübhəli” xüsusiyyətlərini ayırd etməyə yardım edir. Dermatoskop aləti vasitəsi ilə dəri xərçənginin təyini üsuludur. Lakin günümüzdə dermoskopik müayinı vasitəsi ilə dəri xəstəliklərini eləcə də xoşxassəli dəri törəmələrini də tanımaq olur.
Dəri biopsiyası və histopatoloji müayinə
Əgər törəmə klinik və dermatoskopik olaraq şübhəlidirsə, diaqnozu dəqiqləşdirmək üçün dəri biopsiyası (histopatoloji müayinə üçün nümunə) tələb oluna bilər.
Dəri xərçənginin Müalicəsi:
Dəri xərçənginin müalicəsi sadəcə cərrahi müdaxilələrə dayanmır. Kremlər, həblər ilə də bəzi dəri xərçəngi müalicəsi aparılır. Dəri xərçənginin yandırılması üsulları da vardır. Ənənəvi olaraq dəri xərçəngi krioterapiya üsulu ilə də dondurularaq yandırıla bilir.Dəri xərçənginin müalicəsi lezyonun tipinə, ölçüsünə, yerləşməsinə və risk qrupuna görə seçilir. Müalicə seçimlərinə cərrahi və qeyri-cərrahi üsullar daxildir.
1) Cərrahi eksizya (kəsib çıxarma)
Bir çox halda əsas müalicə variantıdır.
2) Mohs mikroqrafik cərrahiyyə
Xüsusən üzdə və yüksək riskli sahələrdə seçilmiş hallarda istifadə olunan dəqiq cərrahi metodlardan biridir.
3) Krioterapiya (maye azotla dondurma)
Seçilmiş hallarda maye azot istifadə oluna bilər.
4) Fotodinamik terapiya (PDT) və topikal müalicələr
Müəyyən tip lezyonlarda fotodinamik terapiya, topikal 5-FU və ya imiquimod kimi yanaşmalar həkim qərarı ilə tətbiq oluna bilər.
5) Radioterapiya və sistem müalicələr (seçilmiş hallarda)
Bəzi hallarda radioterapiya və ya onkoloji komanda ilə birlikdə sistem müalicə planı tələb oluna bilər.
Dəri xərçəngindən qorunma:
Melanoma, bazalioma (BCC), yastı hüceyrəli karsinoma (SCC) əsasən günəşin ultrabənövşəyi şüalarının vurduğu bölgələrdə meydana gəlir. Bu səbəbdən soydaşlarımıza hər zaman günəşdən həm fiziki, həm də kimyəvi yollarla qorunması tövsiyyə olunur. SPF kremlər istifadə edilməlidir.
- Günəşin güclü olduğu saatlarda (xüsusən yayda) uzun müddət birbaşa günəş altında qalmamaq
- SPF günəş kremi + fiziki qorunma (paltar, papaq, kölgə)
- Yeni və dəyişən xalları izləmək; şübhə varsa gecikdirmədən müayinə
- Çox sayda xal olan şəxslərdə periodik “xal müayinəsi” planı
Tez-tez verilən suallar (TVS)
Dəri xərçəngi öldürür?
Bəzi tiplər (xüsusən melanoma) gecikmiş mərhələdə metastaz yarada bilər. Buna görə erkən diaqnoz əsasdır.
BCC (bazalioma) metastaz verirmi?
BCC adətən lokal invaziv olur və metastaz çox nadirdir, amma gecikmiş hallarda ciddi destruksiya yarada bilər.
Xala “bıçaq dəyməz” fikri doğrudur?
Şübhəli və ya çıxarılması tövsiyə olunan xalların vaxtında xaric edilməsi diaqnostika və müalicənin bir hissəsi ola bilər. Qərar müayinə və riskə görə verilir. Xala bıçaq dəymək olmaz ifadəsi artıq köhnəlmiş bir ifadədir. Heç bir əsası yoxdur. Əksinə çıxarılmalı olan xallar çıxarılmasa gələcəkdə dəri xərçənginə çevrilərək insanın həyatına son qoya bilər.
Dermatoskopiya nə üçün lazımdır?
Şübhəli xal və törəmələri daha detallı qiymətləndirməyə kömək edir və biopsiya ehtiyacını düzgün seçməyə yardımçı olur.
Biopsiya ağrılıdırmı?
Adətən lokal keyitmə altında aparılır. Biopsiyanın növü və həcmi lezyona görə seçilir.
Hansı hallarda təcili müraciət etməliyəm?
Sürətlə böyüyən, qanayan, sağalmayan yara tipli lezyon, qısa müddətdə dəyişən xal və ya yeni şübhəli törəmə olduqda gecikdirməyin.
Qəbul və əlaqə
Dəri xərçənginin erkən diaqnostikası üçün dermatoskopik xal müayinəsi və şübhəli törəmələrin qiymətləndirilməsi məqsədi ilə müraciət edə bilərsiniz:
- Qəbul üçün yazıl: Randevu
- WhatsApp: +994514446644
XİDMƏTLƏR
İŞ SAATLARI
| BAZAR.E | 10:00-15:00 | Randevu al |
| ÇƏRŞƏNBƏ.A | 10:00-15:00 | Randevu al |
| ÇƏRŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
| CÜMƏ.A | 10:00-15:00 | Randevu al |
| CÜMƏ | 10:00-15:00 | Randevu al |
| ŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
ƏLAQƏ MƏLUMATLARI
DERMATOONKOLOGİYA İLƏ BAĞLI DAHA ÇOX ÖYRƏN

Dermatoskopik müayinə nədir ?
Dermatoskopik müayinə (bəzən dermoskopik müayinə, dermatoskopiya və ya dermoskopiya

Bazal Hüceyrəli Karsinoma Dəri Xərçənginin Ən Geniş Yayılmış Forması
Bazal hüceyrəli karsinoma (BHK) – dərinin bazal qatında yerləşən hüceyrələrdən yaranan bədxassəli

Dəri xərçəngi nədir ?
Dəri xərçəngi dərinin onkoloji problemi hesab edilir. Hər bir orqan və sistemin bədxassəli










