Dabanda çatlar nədən yaranır ?

dabanda çatlar
dabanda çatlar  

Dabanda çatlar şikayəti ilə klinikamıza tez-tez randevular alınır. Cünki, dabanların çatlaması xəstələrdə ciddi diskomfort yaradır. Ağrı və göynəmə ilə özünü biruzə verən daban partlaması ən çox qadınlarda müşahidə edilir. Əksərən hər iki dabanlarda çatlar müşahidə edilir. Paralel şəkildə dabanlarda qalınlaşma və qabıqlanma da görülə bilər. Bəzi xəstələrdə daban çatlaması ayaq pəncəsinin alt tərəfini əhətə edən ümumi dəri xəstəliyi fonunda yaranır. Belə pasientlərdə ayaq pəncəsi qabıqlı, qızartılı və qaşıntılı olur. Ayaqda dərin çatlar isə əlavə olaraq ağrı və göynəmə simptomları da verə bilir. Dermatoloq Mehdi İskəndərli onu da əlavə edir ki, dabanlarda çatlama problemi olan xəstələrdə ovuçlarda çat və qalınlaşma da müşahidə edilə bilər. Əsasən barmaq uclarında çatlama və qabıqlanma görülür. 

Dabanda çatlar müxtəlif ekzogen və endogen səbəblərdən yarana bilər. Daban partlaması ən çox dəmrov xəstəlikləri fonunda  yaranır. Dəmrov xəstəliyi dərinin qabıqlanması, qalınlşması, qızarması ilə özünü göstərən bir qrup dəri xəstəlikləridir. Dəmrovun çoxlu növü vardır. Dabanlarda qalınlaşma və çatlar əsasən kontakt allergenlərlə uzun müddət təmasdan sonra yaranır. Ayağın göbələk xəstəlikləri də bütün ayaqda qaşıntılı qabıqlanma verə biləcəyi kimi dabanlarda da ağrılı çatlar yarada bilər. Belə olan halda ayaqaltında çatlar sadəcə dabanlara məhdud olmur ayaq pəncəsinin kənarlarında da yarana bilər. Pullu dəmrov xəstəliyi də dabanların çatlaması və qalınlaşmasına səbəb ola bilər. Artıq çəkisi olan obez insanlarda daban çatlamasına tez-tez rast gəlinir. Uşaqlarda daban çatlması nadir olsa da rast gəlinir. 

Dabandakı çatların səbəbi nə olursa olsun bu cür dəri problemlərinin həlli vardır. Yetər ki, pasientlər dabanlarda qalınlaşma və partlama əlamətlər aşkar etdiyi halda dermatoloq həkimə vaxtında müraciət etsin. Belə olan halda dəri həkimi daban çatlamasının səbəbi və tətikləyən faktorları əyani müayinələr ilə aşkara çıxarır. Diaqnoz qoyulduqdan sonra ayaqaltındakı çatların müalicəsi üçü lazımı həm xaricə, həm daxilə dərmanlar təyin edilir. Qeyd edək ki, daban çatlarının müalicəsi mümkündür. Hətta dabanların çatlmasının səbəbi dəqiq təyin edilərsə xəstəlikdən biryolluq qurtulmaq da mümkündür. 

     

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər