Çivzə xəstəliyi (acne vulgaris) müalicəsində hansı xətalara yol verilir ?

çivzə xəstəliyi

Çivzə xəstəliyi və ya elmı adı “acne vulgaris” olan üz dərisində sızaqlar ilə özünü göstərən dəri xəstəliyinin müalicəsində bir çox mərkəzlərdə yanlış praktikalar tətbiq edilir. Sübuta dayanmış təbabətə istinad edilməyən üsul və medodlara başvurulur. Belə ki, çivzə xəstəliyinin mədə-bağırsaq sisteminin qurd dediyimiz parazitar infeksiyaları ilə əlaqəsi sübut edilməmişdir və ümumdünya səhiyyə təşkilatı protokollarında bu cür testlər və müalicələr tövsiyyə edilmir. Qurd deyilən parazitar invaziyalar dəridə bəzi dəri xəstəliklərini törədə bilər. Lakin, bütün dəri xəstələrini o cümlədən vulqar akne xəstəliyi yəni, adi sızanaq xəstələrinə bu cür müayinələr və müalicələr aparmaq xətalıdır. Bağırsağın disbakteriozu və ya florası ilə əlaqəli elmi araşdırmalar yekunlaşmadığı üçün bu istiqamətdə də müalicələrin aparılması yolverilməzdir. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, sızanaq xəstəliyinin diaqnostikası üçün bəzən xəstələr mədə-bağırsaq sisteminin uzun uzadı çekapların etdirirlər. Bu isə xəstəliyin dərinləşməsi baxımından zaman itkisi deməkdir. 

Çivzə xəstəliyi bir çox mərkəzlərdə elmi adı “demodex folliculorum” olan gənə xəstəliyi ilə səhv salaraq, gərəksiz müalicələr təyin edirlər. Bəli demodeks və ya gənə hər bir insanın dərisində yaşayan kommensal parazitdir. Onu dəridə o cümlədən üz dərisində törətdiyi bir çox dəri xəstəliyi vardır. Lakin, sızanaq xəstəliyinin yaranması və meydana gəlməsində heç bir rola malik deyildir. Bu istiqamətdə aparılan testlər və müalicələr zaman itkisidir, xeyirdən çox ziyanı vardır. Çivzə xəstəliyinin müalicəsi və profilaktikas yalnız ümumdünya səhiyyə təşkilatının protokollarına və sübuta dayanmış elmi araşdırmaları nəticəsinə istinad edilərək müayinə və müalicələr aparıla bilər. Digər üsul və metodların elmi cəhətdən isbatı yoxdursa bu cür praktikalardan uzaq durulmalıdır. 

Bundan əlavə sızanaq müalicəsi və profilaktikasında istəfadə edilən plazmoferez, bağırsaqların yuyulması, ozonoterapiya, hicama və s. kimi sübutu olmayan üsul və metodlara müraciətlər isə xəstəliyin ancaq proqressivləşməsinə və dərinləşməsinə xidmət edir. Xəstəliyin dərinləşməsi isə üz dərisində sızanaq izləri və çopurlar deməkdir. Odur ki, çivzələrdən əziyyət çəkən xəstələr müalicəsini sübuta dayanmış təbabət üzərindən apara bilən dermatoloq həkimlərə həvalə etməlidirlər. 

 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər