Psoriazın müalicəsi varmı, pullu dəmrovun müalicəsi varmı sualı pasientlər tərəfindən tez-tez verilir. Bu sualın birmənalı cavabı vardır. Əlbəttə ki var! Psoriaz xəstəliyinin müalicəsi üçün çoxlu yeni dərman preparatları vardır. Hər il psoriazın yeni müalicə üsulları təklif edilir. Hal hazırda ölkəmizdə bu dərmanların əksər hissəsi psoriaz xəstələrinə təyin edilmir. Bunun müxtəlif səbəbləri vardır. Ən önəmli səbəb preparatların baha olmasıdır və xəstələrin bu cür dərmanları maddi cəhətdən qarşılaya bilməməsidir. Digər səbəb isə bir çox dermatoloq həkimlərin bu cür müalicə üsullarından ya xəbərsiz, ya da tətbiq qaydalarını bilməməsidir. Hal hazırda ölkəmizdə çox təəssüf ki, psoriaz xəstəliyinin müalicəsində ən çox istifadə edilən metod daxilə kortikosteroid (hormonal) mənşəli preparatların yeridilməsidir. Bu isə xətalı bir üsuldur və bu cür müalicə üsullarından həm həkimlər, həm də xəstələr uzaqlaşmalıdırlar. Pullu dəmrovun müalicəsi üçün yerli olaraq isə kortikosteroid mənşəli kremlərin və məlhəmlərin istifadəsi yan təsirlərindən dolayı yalnız peşəkar dermatoveneroloq tərəfindən təyin edildikdən sonra mümkündür.
“Psoriazın müalicəsi varmı” sualını tez-tez verən və yaralarına məlhəm gəzən pullu dəmrov xəstələrinə söyləmək istərdik ki, mərkəzimizdə psoriazın müalicəsi müasir üsullarla, yeni preparatlar vasitəsi ilə aparılır. Həm yerli, həm sistem müalicələri təyin edilir. Bəzi preparatlar hər gün deyil, həftəlik qəbul edilir, bəziləri isə iki həftədən bir, digərləri isə ayda bir qəbul edilir. Psoriazın ən yeni müalicə üsulları isə üç aydan bir dərman preparatlarının yeridilməsini tələb edir. Bu baxımdan ən son müalicə üsulları xəstələr üçün daha rahatdır. Xəstəliyin uzun müddətliyinə itirilməsi mümkündür. Psoriazın uzun müddətli remissiyası sadəcə həkimlərin deyil, eyni zamanda xəstələrdən də asılıdır. Vaxtında kontrol müayinələrinə gəlmək və lazımı analizlərdən keçmək. Bundan əlavə psoriaz xəstələri tərəfindən düzgün profilaktik tədbirlərın aparılması pullu dəmrov xəstəliyinə qalıb gəlməyin çox vacib şərtidir. Dermatoloq Mehdi İskəndərli dəri həkimi olaraq onu da qeyd edib ki, psoriaz xəstələri ümidlərini üzməməlidirlər. Pullu dəmrov xəstəliyinin müalicəsi vardır. Pullu dəmrov problemini uzun müddətliyinə itirəcək ən müasir müalicə üsulları hazırda mövcuddur.