Psoriaz xəstəliyi (pullu dəmrov): əlamətləri, səbəbləri və müalicəsi

psoriaz xəstəliyi

Psoriaz xəstəliyi (pullu dəmrov) – əlamətləri, səbəbləri və müalicəsi

Psoriaz xəstəliyi — xalq arasında çox vaxt pullu dəmrov və ya pullu dəmrov xəstəliyi kimi tanınan, dəridə qızartı, pulcuqlanma, qaşınma və bəzən çatlama ilə gedən xroniki iltihabi dəri xəstəliyidir. İnsanlar tez-tez klinikamızda “psoriaz nədir”, “psoriaz xəstəliyi”, “psoriaz niyə yaranır”, “psoriaz xəstəliyinin müalicəsi”, “psoriaz üçün krem”, “psoriaz üçün maz”“pullu dəmrov müalicəsi” kimi suallar verirlər. Bu bələdçidə həmin sualların hamısına sistemli cavab verilir.

Dəmrov xəstəliyinin bir növü olan psoriaz yoluxucu deyil, yəni insandan insana keçmir. Bununla belə, xəstəlik uzunmüddətli gedişə malik ola, alovlanma və sakitləşmə dövrləri ilə müşahidə oluna bilər. Düzgün diaqnoz, fərdiləşdirilmiş müalicə və gündəlik dəri baxımı ilə xəstəliyi çox hallarda nəzarətdə saxlamaq mümkündür.

psoriaz xəstəliyi



Psoriaz nədir?

Psoriaz nədir? Psoriaz dəridə hüceyrələrin normadan daha sürətli yenilənməsi ilə gedən, immun mexanizmlərlə əlaqəli xroniki dəri xəstəliyidir. Nəticədə dəridə sərhədləri aydın görünən qızarmış sahələr, üzərində ağabəniz və ya gümüşü pulcuqlar əmələ gəlir. Xəstəlik bəzən yalnız bir neçə ocaqda görünür, bəzən isə daha geniş sahələri tuta bilər.

Pasiyentlər bunu çox vaxt “sadə dəmrov”, “kəpək”, “allergiya” və ya “göbələk” hesab edirlər. Halbuki psoriaz xəstəliyi fərqli mexanizmə malikdir və müalicəsi də eyni olmur.

 

saçlarda kəpələnmə


Pullu dəmrov nədir?

Pullu dəmrov nədir? “Pullu dəmrov” gündəlik dildə psoriaz üçün işlədilən ifadələrdən biridir. Xüsusilə dəri üzərində quru, qabıqlı, pulcuqlu sahələr gördükdə insanlar bunu bu adla tanıyırlar. Tibbi baxımdan bu termin çox vaxt psoriaz, xüsusən də vulqar psoriaz üçün istifadə olunur.

Yəni sadə dillə desək, psoriazpullu dəmrov çox hallarda eyni xəstəliyi ifadə edir, sadəcə biri tibbi, digəri isə xalq arasında işlənən addır.


Psoriaz keçicidirmi?

Psoriaz keçicidirmi? Xeyr. Psoriaz yoluxucu deyil. Əl verməklə, eyni evdə qalmaqla, dəri təması ilə, geyim paylaşmaqla və ya gündəlik münasibətlə başqasına keçmir. Bu sual axtarışlarda çox verilir və cavab qətidir: psoriaz yoluxucu xəstəlik deyil.

başda qabıqlanma


Psoriaz niyə yaranır?

Psoriaz niyə yaranır? Psoriazın bircə səbəbi yoxdur. Xəstəliyin yaranmasında bir neçə amil birlikdə rol oynayır:

 

  • genetik meyl
  • immun sisteminin pozulmuş reaksiyası
  • stress
  • bəzi infeksiyalar
  • dərinin zədələnməsi
  • soyuq və quru hava
  • siqaret və alkoqol
  • bəzi dərmanlar

 

İnsanlar dermatoloqa həm “psoriaz niyə yaranır”, həm də “dəmrov xəstəliyi niyə yaranır” sualını verirlər. Hər iki halda əsas fikir budur: xəstəlik təkcə “qanın çirklənməsi”, “qan qatılaşması” və ya “pintilik” səbəbindən olmur; altda yatan iltihabi və immunoloji mexanizmlər dayanır.

 

Psoriaz xəstəliyi necə yaranır?

Cədvəli tam görmək üçün sağa-sola sürüşdürün.

MərhələNə baş verir?Nəticə
1. Genetik meylBəzi insanlarda psoriaza meyillilik irsi olaraq daha yüksək olur.Xəstəlik üçün zəmin yaranır.
2. İmmun sisteminin aktivləşməsiİmmun sistem dəridə iltihabi reaksiyanı artırır.Dəridə qızartı və iltihab yaranır.
3. Dəri hüceyrələrinin sürətli yenilənməsiDəri hüceyrələri normadan xeyli daha sürətlə çoxalır.Qalınlaşma və pulcuqlanma başlayır.
4. Klinik görünüşDəridə sərhədi aydın, qızarmış, qabıqlı lövhələr əmələ gəlir.Psoriaz ocaqları / pullu dəmrov görünüşü formalaşır.

pullu dəmrov xəstəliyi


Pullu dəmrov əlamətləri

Pullu dəmrov əlamətləri və ya psoriaz əlamətləri pasiyentdən pasiyentə dəyişə bilər. Ən tipik əlamətlər bunlardır:

 

  • qızarmış, sərhədi aydın görünən sahələr
  • üzərində ağ və ya gümüşü pulcuqlar
  • qaşınma, göynəmə və ya həssaslıq
  • dəridə quruluq və çatlama
  • bəzən qanama
  • saçlı dəridə qalın qabıqlanma
  • dırnaqlarda çuxurlanma, qalınlaşma və ya ayrılma

 

Ən çox tutulma yerləri bunlardır:

  • dizlər
  • dirsəklər
  • saçlı dəri
  • bel və sağrı nahiyəsi
  • dırnaqlar
  • bəzən qoltuqaltı və qasıq büküşləri

 

saç dibində qabıqlanma


Psoriazın şəkilləri və növləri

Dərisində qızartı olanlar “psoriaz şəkilləri” ilə diaqnoz qoymaq istəyirlər. İnsanlar öz səpgilərini gördükləri şəkillərlə müqayisə edərək son nəticəyə gələcəyini düşünür. Ancaq tək şəkilə baxaraq diaqnoz qoymaq olmaz. Psoriaz müxtəlif formalarda görünə bilər:

 

1) Plak tipli psoriaz

Ən çox rast gəlinən formadır. Qızarmış, qalınlaşmış, üzəri pulcuqlu lövhələrlə görünür.

 

2) Quttat psoriaz

Daha çox damcıvarı xırda səpgilərlə gedir. Bəzən boğaz infeksiyasından sonra başlaya bilər. Uşaqlarda çox rast gəlinir

 

3) İnvers psoriaz

Büküş sahələrində — qoltuqaltı, qasıq, süd vəzi altı kimi yerlərdə görünə bilər. Pulcuq az, qızartı daha hamar ola bilər.

 

4) Pustulyoz psoriaz

Daha nadir formadır. İrinli görünüşlü səpgilər müşahidə oluna bilər və diqqətli qiymətləndirmə tələb edir.

 

5) Eritrodermik psoriaz

Nadir, lakin daha ağır formadır. Dərinin geniş hissəsini tuta bilər.

 

qollarda dəmrov xəstəliyi


Vulqar psoriaz nədir?

Vulqar psoriaz ən çox rast gəlinən psoriaz formasıdır və gündəlik dildə çox vaxt məhz “pullu dəmrov” dedikdə bu forma nəzərdə tutulur. Diz, dirsək, saçlı dəri və gövdədə qabıqlı, qızarmış lövhələr yaranması vulqar psoriaz üçün tipikdir.


 

Psoriazı nə alovlandıra bilər?

Cədvəli tam görmək üçün sağa-sola sürüşdürün.

TriggerNecə təsir edir?Misal
Stressİltihabi aktivliyi artıraraq alovlanmaya səbəb ola bilər.Uzunmüddətli psixoloji gərginlik
İnfeksiyalarXüsusilə bəzi infeksiyalardan sonra səpgilər arta bilər.Boğaz infeksiyası
Dəri travmasıZədə nahiyəsində yeni psoriaz ocaqları yarana bilər.Cızıq, kəsik, günəş yanığı
Soyuq və quru havaDərinin quruluğunu və həssaslığını artırır.Qış ayları
Siqaret və alkoqolBəzi pasiyentlərdə gedişi pisləşdirə bilər.Davamlı istifadə
Bəzi dərmanlarAlovlanmanı tetikleyə və ya xəstəliyi artıra bilər.Həkimlə dəyərləndirilməlidir

 

Psoriazın ən çox tutulduğu sahələr

Cədvəli tam görmək üçün sağa-sola sürüşdürün.

Tutulan sahəTipik görünüşQeyd
Saçlı dəriQalın qabıqlanma, pulcuqlanmaKepeklə qarışa bilər
DirsəklərSərhədi aydın, qızarmış, qabıqlı lövhələrƏn klassik nahiyələrdəndir
DizlərQuru, qalın, pulcuqlu lövhələrTez-tez simmetrik görünür
Bel və sağrı nahiyəsiYayılmış qabıqlı sahələrBəzən geniş yayılır
DırnaqlarÇuxurlanma, qalınlaşma, ayrılmaGöbələklə qarışa bilər
Büküş sahələriDaha hamar qızartı, az pulcuqİnvers psoriaz üçün tipik ola bilər

 

Dırnaq və oynaq tutulması

Psoriaz təkcə dəri ilə məhdudlaşmaya bilər. Bəzi pasiyentlərdə dırnaq psoriazı inkişaf edir. Dırnaqlarda xırda çuxurlar, rəng dəyişikliyi, qalınlaşma və ya dırnağın yataqdan ayrılması görünə bilər.

Bəzi hallarda isə psoriatik artrit inkişaf edir. Aşağıdakı hallar varsa, əlavə diqqət lazımdır:

 

  • səhərlər oynaq tutulması
  • barmaqlarda və oynaqlarda ağrı
  • şişkinlik
  • bel və daban nahiyəsində davamlı ağrı

 

beldə qabıqlı qızartı


Diaqnoz necə qoyulur?

Psoriaz diaqnozu çox vaxt dermatoloqun klinik baxışı ilə qoyulur. Həkim səpgilərin görnüşünü, yerləşməsini, dırnaqları və saçlı dərini qiymətləndirir. Bəzi hallarda başqa xəstəliklərlə qarışdığı üçün əlavə müayinə və ya biopsiya lazım ola bilər.

Bu mərhələdə xüsusilə aşağıdakı xəstəliklərlə fərqləndirmə vacibdir:

 

  • ekzema
  • seboreya
  • göbələk infeksiyaları
  • liken planus
  • pityriazis rosea

 

bədənədə qırmızı qabıqlı səpgilər


Psoriaz xəstəliyinin müalicəsi

Psoriaz xəstəliyinin müalicəsi hər kəsdə eyni olmur. Müalicə seçimi bunlardan asılıdır:

 

  • xəstəliyin tipi
  • yayğınlığı
  • tutulduğu nahiyə
  • şiddəti
  • pasiyentin yaşı
  • dırnaq və oynaq tutulmasının olub-olmaması

 

1) Yerli müalicə

Yüngül hallarda müxtəlif yerli vasitələrdən istifadə oluna bilər. Bunlara nəmləndiricilər, pulcuqlanmanı azaltmağa yönələn vasitələr və iltihabı azaltmağa kömək edən preparatlar daxildir.

 

2) Fototerapiya

Bəzi pasiyentlərdə işıq müalicəsi faydalı olur. Xüsusilə daha yayğın və davamlı hallarda nəzərdən keçirilə bilər. Lakin dəri xərçəngi riski var. 

 

3) Sistemik müalicə

Daha ağır formalarda və ya həyat keyfiyyətini ciddi pozan hallarda daxilə qəbul olunan müalicələr lazım ola bilər.

 

4) Bioloji müalicə

Bəzi seçilmiş hallarda bioloji preparatlar istifadə oluna bilər. Bu qərar dermatoloq tərəfindən verilməlidir.

 

dirsəkdə qabıqlanma


Psoriaz üçün krem və mazlar

Xəstələr özbaşına “psoriaz üçün krem”, “psoriaz üçün maz”, “psoriaz mazları”, “pullu dəmrov üçün maz”“dəmrov üçün maz” deyib apteklərə müraciət edirlər. Bu başa düşüləndir, çünki pasiyentlərin çoxu ilk olaraq yerli vasitə axtarır. Amma vacib məqam budur: hər psoriaz üçün eyni krem və ya eyni maz uyğun olmur.

 

Məsələn:

 

  • saçlı dəri üçün uyğun olan vasitə bədən üçün eyni dərəcədə uyğun olmaya bilər
  • üzdə olan psoriaz üçün seçilən vasitə daha ehtiyatlı olmalıdır
  • büküş nahiyələrində istifadə olunan məhsullar ayrıca yanaşma tələb edə bilər
  • qalın pulcuqlu lövhələrdə yanaşma fərqli ola bilər

 

Yəni “psoriaz üçün ən yaxşı krem” hamı üçün eyni bir məhsul demək deyil. Doğru seçim səpginin yeri, tipi və şiddətinə görə dəyişir.

 

gövdədə qırmızı səpgilər

 

Psoriaz üçün krem və maz seçimi necə fərqlənir?

Cədvəli tam görmək üçün sağa-sola sürüşdürün.

MeyarNiyə vacibdir?Müalicəyə təsiri
Tutulan nahiyəSaçlı dəri, bədən, üz və büküş sahələri eyni deyil.Məhsulun forması və gücü dəyişə bilər.
Səpginin qalınlığıQalın lövhələr daha fərqli yanaşma tələb edir.Pulcuqlanmanı azaltmağa yönəlmiş seçimlər lazım ola bilər.
Qaşınma və iltihabBəzi hallarda qaşınma daha ön planda olur.Sakitləşdirici və iltihabı azaldan yanaşma seçilə bilər.
Dəri həssaslığıÜz və büküşlərdə dəri daha həssas ola bilər.Daha ehtiyatlı seçim lazımdır.
Pasiyentin yaşıUşaq və böyüklərdə yanaşma fərqli ola bilər.Müalicə fərdiləşdirilməlidir.

Evdə qulluq və gündəlik tövsiyələr

Psoriaz müalicəsi təkcə reseptlə bitmir. Gündəlik dəri baxımı da çox vacibdir:

 

  • dərini qurutmayan yumşaq təmizləyicilər istifadə edin
  • isti su ilə uzun duşdan qaçın
  • duşdan sonra nəmləndirici çəkin
  • səpgiləri qaşımayın və kobud sürtməyin
  • stressi azaltmağa çalışın
  • siqaret və alkoqoldan uzaq durun
  • müalicəni özbaşına dayandırmayın

 

Psoriazlı dəri travmaya həssas ola bilər. Cızıq, sürtünmə və yanıq bəzən yeni səpgiləri alovlandıra bilər.

 

psoriazın müalicəsi


Ekzema, seboreya və digər oxşar xəstəliklərdən fərqi

Xəstələr “ekzema nədir”“seboreya nədir” deyib özlərinə psoriaz diaqnozu qoyması təsadüfi deyil. Çünki insanlar bu xəstəlikləri tez-tez bir-biri ilə qarışdırırlar.

 

Psoriaz və ekzema fərqi

 

  • psoriazda pulcuq daha qalın və sərhədlər daha aydın ola bilər
  • ekzemada qaşınma daha ön planda ola bilər
  • ekzemada bəzən sulanma və daha həssas görüntü olur

 

Psoriaz və seboreya fərqi

 

  • seboreya çox vaxt saçlı dəri, qaş arası, burun kənarı kimi yağlı sahələrdə olur
  • psoriazda lövhələr daha qalın və sərhədli görünə bilər
  • bəzən saçlı dəridə bu ikisi qarışa bilər

 

pullu dəmrovun müalicəsi


Uşaqlarda psoriaz

Uşaqlarda psoriaz böyüklərdə olduğu kimi dəridə qızartı, pulcuqlanma və bəzən qaşınma ilə özünü göstərə bilər. Bəzi uşaqlarda səpgilər daha nazik, daha az pulcuqlu və ya fərqli nahiyələrdə görünə bilər. Xüsusilə saçlı dəri, dirsəklər, dizlər, bədən büküşləri və bəzi hallarda üz nahiyəsi tutula bilər.

Uşaqlarda psoriaz bəzən boğaz infeksiyasından sonra başlayan damcıvari səpgilərlə də ortaya çıxa bilər. Bu səbəbdən hər qabıqlanan və ya qızaran səpgini sadəcə allergiya, göbələk və ya ekzema kimi qəbul etmək düzgün deyil. Dəqiq diaqnoz üçün dermatoloq müayinəsi vacibdir.

Uşaq yaşında müalicə daha diqqətlə seçilməlidir. Çünki böyüklərdə istifadə olunan hər vasitə uşaqlar üçün uyğun olmaya bilər. Buna görə uşaqlarda psoriaz şübhəsi olduqda özbaşına krem və ya maz istifadəsi əvəzinə həkim qiymətləndirməsi daha doğrudur.

kürəkdə qabıqlı qırmızı səpgilər


Nə zaman dermatoloqa müraciət etməli?

 

  • səpgilər yayılırsa
  • dəridə qaşınma və ağrı artırsa
  • saçlı dəri, üz və ya genital sahə tutulubsa
  • dırnaqlarda dəyişiklik varsa
  • oynaq ağrısı və səhər tutulması yaranıbsa
  • özbaşına istifadə etdiyiniz kremlər fayda vermirsə
  • səpgilər atipik görünürsə və diaqnozdan əmin deyilsinizsə

 

dirsəkdə qırmızı qabıqlı səpgilər


Qısa yekun

Psoriaz xəstəliyi və ya pullu dəmrov çox vaxt eyni xəstəliyi ifadə edir. Bu xəstəlik yoluxucu deyil, lakin xroniki gedişə malikdir. Psoriaz niyə yaranır? sualının cavabı çoxfaktorludur. Psoriaz əlamətləri və ya pullu dəmrov əlamətləri müxtəlif ola bilər. Psoriaz xəstəliyinin müalicəsi isə fərdi seçilməli, psoriaz üçün krempsoriaz üçün maz kimi vasitələr kor-koranə deyil, düzgün dermatoloji qiymətləndirmədən sonra seçilməlidir.

 

ayaqda qabıqlı qızartı

 

Tez-tez verilən suallar


Psoriaz nədir?

Psoriaz dəridə qızartı, qalınlaşma və pulcuqlanma ilə gedən xroniki iltihabi dəri xəstəliyidir.

 

Pullu dəmrov nədir?

Pullu dəmrov çox hallarda psoriaz üçün işlədilən xalq arasında yayılmış addır. Elmi ədəbiyyatda da belə gedir. 

 

Psoriaz keçicidirmi?

Xeyr, psoriaz yoluxucu deyil və insandan insana keçmir.

 

Psoriaz niyə yaranır?

Genetik meyl, immun mexanizmlər, stress, infeksiya, dəri travması və bəzi digər faktorlar rol oynaya bilər.

 

Pullu dəmrov əlamətləri hansılardır?

Qızartı, pulcuqlanma, qaşınma, quruluq, çatlama və bəzi hallarda dırnaq dəyişiklikləri görünə bilər.

 

Vulqar psoriaz nədir?

Ən çox rast gəlinən psoriaz formasıdır və tipik lövhəvari, qabıqlı səpgilərlə özünü göstərir.

 

Psoriaz üçün krem varmı?

Bəli, yerli müalicələr istifadə oluna bilər, amma hər pasiyent üçün eyni krem uyğun deyil.

 

Psoriaz üçün maz istifadə etmək olarmı?

Bəzi hallarda olar, lakin seçim səpginin yeri, tipi və şiddətinə görə dəyişir.

 

Pullu dəmrov müalicəsi mümkündürmü?

Bəli, xəstəliyi çox hallarda nəzarətdə saxlamaq mümkündür, amma müalicə fərdiləşdirilməlidir.

 

Psoriaz ekzema və ya seboreya ilə qarışa bilərmi?

Bəli, xüsusilə yüngül və ya atipik hallarda qarışa bilər. Dəqiq diaqnoz üçün dermatoloq müayinəsi vacibdir.

psoriaz xəstəliyi

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir