Hidroksixloroxin dərmanı COVID-19 profilaktikası üçün təsdiqlənmişdir. Belə ki, Hindistanın COVID-19 ilə Milli Mübarizə Mərkəzi bu dərmanın bəlli qruplarda, məhdud qaydada, SARS-CoV-2 infeksiyasından qorunmaq üçün profilaktik məqsədlə istifadəsini rəsmi qaydada təsdiqləmişdir. Hidroksixloroxin dərmanı əsasən iki qrup populasiyada istifadəsinə icazə verilir:
- Təsdiqlənmiş və ya şüphəli qəbul edilən COVID-19 xəstəsi ilə təmasda olan tibbi personallara
- Təsdiqlənmiş və ya şüphəli qəbul edilən COVID-19 xəstəsinin təmasda olduğu yaxın qohumlarına
Dəri həkim Mehdi İskəndərli Hindistanın COVID-19 ilə Milli Mübarizə Mərkəzinə istinadən vurğulayır ki, xinin preparatlarının istifadəsində əsas məqsəd bu iki qrup insanların SARS-CoV-2 virusunun inkubasiya perioduna girmədən onları qorumaqdır. Hidroksixloroxin dərmanının dozası isə həkim tərəfindən təyin edilir və 3-7 həftə boyunca qəbul edilir. 15 yaşından aşağı uşaqlarda istifadəsi qadağan edilib. Retinopatiya olanlarda istifadəsi əks göstərişdir. Cünki, bu dərmanın korluq yaratma kimi ciddi yan təsiri vardır. Hidroksixloroxin dərmanı COVID-19 profilaktikası zamanı istifadə edilsə də, xəstələrə ümumdünya səhiyyə təşkilatının tövsiyyə etdiyi ümumi gigiyena və qoruyucu qaydalara da paralel şəkildə əməl edilməsi məsləhət bilinir.
Dermatoloq Mehdi İskəndərli Hindistanın COVID-19 ilə Milli Mübarizə Mərkəzinə istinadən onu da qeyd edir ki, bu dərmanın yalnız apteklərdən həkim resepti ilə alınmasını mümkündür. Sıravi vətəndaşlara ciddi yan tərislərindən dolayı həkim resepti olmadan satılması və istifadəsi yasaqlanmışdır. Hidroksixloroxin dərmanı yalnız məhdud, riskli qruplarda istifadəsinə icazə verilir. Kütləvi şəkildə, COVID-19 riski omayanlarda qorumaq məqsədi ilə istifadəsi qadağandır.
Qeyd edək ki, hidroksixloroxin preparatı yeni dərman deyildir. Bu dərman 1955-ci ildə FDA tərəfindən qırmızı qurd eşənəyi, revmatoit artrit müalicəsi üçün təsdiq edilmişdir. Bu dərman bir çox dəri xəstəlikləri üşün dəri həkimləri tərəfindən tez-tez təyin edilir. Lakin, son dönəmlər bu dərmanın antiviral özəlliyi də ortaya çıxmışdır. Belə ki, COVID-19 xəstəliyi ilə mübarizə sırasında bir sıra xəstələrdə bu dərmanın antiviral tərəfini müşahidə etmişlər. Xəstəlik müddətini qısaltdığı söylənilir