Günəşdən niyə qorunmaq lazımdır?

Günəş şüaları istilik və işıq mənbəyi kimi təbiət proseslərinin əsasını təşkil etməklə yanaşı insan dərisində bir sıra dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Günəş şüalarının tərkibinə daxil olan ultrabənovşəyi şüalar (UBŞ) dəri xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbkarıdır.

UBŞ-ın səbəb olduğu dəri problemləri aşağıdakılardır:

1. Dəri xərçəngi
2. Günəş yanığı
3. Günəş allergiyası
4. Revmatizmal dəri xəstəlikləri
5. Herpes
6. Rozasea
7. Erkən yaşlanma və ya fotoyaşalanma

 

Yuxarıda sadalanan xəstəlikləri olan saydaşlarımız günəşdən qorunmanı müalicə məqsədiylə özünə verdiş bilməli və həyat tərzinə çevirməlidir. Adı keçən dəri xəstəlikləri olmayan sağlam şəxslər isə gələcəkdə əmələ gələbiləcək dəri xərçəngini və erkən yaşlanmanı əngəlləmək üçün profilaktik məqsədlə günəşdən qorunmalıdırlar. Bu səbədən günəşdən qorunmaq üçün ”5 faktora” yəni, eynək, uzun ətəkli geyimlər, şlyapa, kölgələnmək və SPF kremlərdən istifadəni mütəmadi etmək lazımdır. Tənbəllik etmədən günəşdən qorunmaq lazımdır ki, gənç və sağlam qalaq.

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər