Göbələk xəstəliyi şikayəti ilə Kutanoz Klinikaya tez-tez randevular alınır. Cünki dərinin göbələk xəstəliyi yolxucudur və zamanla uşaqlara da keçə bilər. Uşaqlarda qaşıntılı qızartılar bir çox hallarda böyüklərdən keçən göbələk infeksiyası ucbatından ola bilər. Genital qaşıntı şikayəti ilə müraciət edən böyüklərin bir qisminə məhz dərinin funqal infeksiyası diaqnozu ilə müalicələr başlanılır. Dərinin göbələk problemi geniş klinik spektruma malikdir. Dərinin dermatomikoz xəstəliyi üzdə, bədəndə, cinsi bölgədə, ayaqlarda qaşıntılı qabıqlı qızartılar verən qızarıqlıq ilə özünü göstərir. Saçlarda tökülmə ilə özünü göstərən trixomikoz xəstəliyi əsasən pediatrik populasiyada yaranır. Uşaqlarda saç tökülməsi problemi varsa dərinin göbələk infeksiyası haqqında da peşəkar dermatoloq düşünür. Dırnağın göbələk infeksiyası və ya onikomikoz zamanı dırnaqda qalınlaşma və saralma görülür. Hətta ağız boşluğunda ağ ləkələr verən funqal infeksiya növləri vardır. Dəridə dairəvi qabıqlı qızartılar hər zaman göbələk patologiyası ilə əlaqəli olmur. Pullu dəmrov zamanıda oval formalı qabıqlı qızartı meydana gələ bilər. Dəqiq diaqnostika üçün dəri həkimi göbələk testi tələb edə bilər.
Göbələk xəstəliyi müalicəsi son zamanlar müşkülə çevrilmişdir. Göbələk xəstəliyinin müalicəsi sonrası qısa zamanda təkrarlaması ən sıx görülən problemdir. Bundan əlavə göbələkdən əziyyət çəkən pasientlər vaxtında müraciət edməkiləri üçün ailədaxili epidemiya səviyyəsinə gələ bilir. Bu zaman dərinin funqal infeksiyasının müalicəsi həm uzun çəkir, həm də çətinləşmiş olur. Bütün dəri xəstəliklərində olduğu kimi dərinin göbələk problemi zamanı da profilatika şərtdir. Xüsusən dəriyə təmas edən paltarların və digər geyim vasitələrinin gündəlik dəyişilməsi dermatoloq tərəfindən tövsiyyə edilə bilər. Hətta xəstənin digər nahiyyəsindəki, məsələn dırnaq göbələyi də lazımdırsa müalicə edilməlidir. Bəzi hallarda dırnaqda göbələk problemi ayaqdakı qırmızı səpgilərin səbəbi ola bilər. Belə olan halda göbələk xəstəliyinin müalicəsi məhz dırnaqlardan başlaya bilər. Dərinin göbələk xəstəliyi yalnız dermatoloq tərəfindən müalicə edilir. Cünki diaqnozun dədiqləşdirilməsi üçün yalnız dəri həkiminin istifadə etdiyi xüsusi lampalara və dermatoskopa ehtiyac ola bilər. Göbələk infkesiyasının müalicəsi zamanı isə dermatoloq yerli kremlər, şampunlar və daxilə antifunqal tabletlər təyin edir.
20 Responses
Salam həkim məndə cinsiyyət orqanizmin yanında qawinma qızarma birdə sepki əmələ gəlib nə ola bilər
Salam. Göbələkdən tutmuş bir çox dəmrov mənşəli dəri xəstəliyi ola bilər. Diaqnozu dəqiqləşdirmək üçün əyani müayinələr lazımdır. Cünki dəmrovlar yolxucu ola bilər və gecikdirmədən müalicələr başlanılmalıdır. Hörmətlə
Mendede olub bilmirem nece eliyim siz nese eliye bildiniz?
Salam məndə əlimin üstündə birdə ayağımın çox yerində qızartı qaşıntı var indi də gözümün üstündə yaranıb. Necə mualicə edə bilərəm bu hal 1 ilə yaxındır ki var
Və qurtarmır məlumat verməyinizi xaiş edirəm. indidən təşəkkürlər!
Salam. Göbələyin ev şəraitində həlli yoxdur. Özfaəliyyəti xəstəliyi ancaq yaya bilər, yaxınlarınıza ötürə bilər. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam Doktor. Məndə cinsiyyət orqani və ətraflarda qaşınma kimi qıcıqlanmalar var. İnfeksiya yoxdu, qızartı yoxdu səpki yoxdu. Göbələk ola bilər?
Salam. Göbələk əksərən qızartı verir. Ola bilər başqa xəstəlikdir. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam doktor mende kureyimden buddan birde genetaliyada xalqavari qizartilar emele gelmiwdi dunen analiz verdim mitseli gobeleyi cox miqdarda awkar oldu (deriden siyrindi HOK) teyin etdiler Doktor sizin gebulunuza nece gelmek olar ve bunu malicesine komek ede bilesrsizmi
Salam. Bu cür əlamətlər verən dəri xəstəliklərin müalicəsiylə məşquluq. Müraciət edə bilərsiz. Ünvan: Kutanoz Klinika. Atatürk prospekti. Ayna Sultanova parkının yanı. Bazar xaric hər gün 10:00-15:00 arası, sadəcə 4-cü gün 17.00-21.00 arası xəstə qəbul edilir. Canlı növbə ilə xəstələr qəbul edilsə də randevu verilir. Uzaqda olub gələ bilməyənlər üçün ödənişli onlayn telesəhiyyə xidməti də vardır. Qeyd edilən vatsap nömrəsi ilə əlaqə saxlayaraq əlavə suallarınızı verə bilərsiz. ☎️: (051) 444 66 44, 🌐: http://www.mehdiiskandarli.com 🍃🌺☘️
Salam mende saçımda var göbeley onan nece azad ola bıileremm.?Başımda göbeley var onan nece azadd olan bıileremm.?
Salam. Böyüklərdə başda göbələk nadirən olur. Ola bilər sizdə başqa xəstəlikdir. Diaqnozu dəqiqləşdirmək lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam mənim oğlumun 10 yaşı var .5aya catır ki başının 3 yerində qabıqlı kəpək var .amma qırmızı deyil qaşınmır .oğlum həddindən artıq tərləyir bu nə ilə əlaqədardı .dəmrvun əlaməti deyil ki .Xahiş edirəm cavablandırasız
Salam. Bəli dəmrov ola bilər. Ancaq dəmrovun 1001 növü var. Mənşəyini təyin etmək lazımdır hər şeydən əvvəl. Sonra müvafiq müalicələr təyin edilə bilər. Hörmətlə
Salam saçımda topa tökülmə var sadəcə bir yerde olub təzəlikcə ne ola bilər ki o zəhmət olmasa cavab yazardınız da
Salam. Saç tökülmə məqaləsini tapıp oxuyun ətraflı səbəblər haqqında məlumat verilir. Göbələk xəstəliyi də saç tökülməsi verə bilər. Hörmətlə
Salam məndə cinsiyyət orqanının üsdündə qızartı var analiz verdim göbələk çıxdı amma qaşıntı yoxdu dərman vurmuşam indi önün yanlarında qızarıb nə məsləhət görürsüz hansı dərman vursam bundan canım qurtarar ?
Salam. Göbələk xəstəliyi bir kremlə düzəlməz. Kompleks müalicələr və reseptlərlə sağala bilərsiz. Əlavə profilaktik tədbirlər də görülməlidir. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Doxdur salam.menim uşaqın saçı tök ülüb.analizd de dediki göbelekdir siz malice ede bilersiz
Salam dokdor .uşağımın saçı tökülür bütün başına göbelek düşüb müalice etdirdim yenə köhne veziyyete qayıdıb .qebulunuza gele bilerem
Salam. Müraciət edə bilərsiz.