Şəkildə gördüyünüz hollivud ulduzları Emma Ston, Keti Perri, Kameron Diaz və digərləri sızanaqdan əziyyət çəkmiş məşhurlardır. Onlar sızanaq problemlərini gənə, qurd, parazit əleyhinə dərmanlarla, plazmaferez və digər əsasız metodlarla müalicə etməyiblər. Cünki, ABŞ səhiyyəsində belə bir praktika yoxdur. Onlar öz sızanaq problemlərini “roaccutane” olara tanıdığımız oral izotretinoin ilə biryolluq həll etmişlər. Bu dərman sızanağın müalicəsində kardinal çözüm vəd verən sehirli preparatdır. Lakin, bu dərman ciddi yan təsirlərindən dolayı yalnız dermatoloq tərəfindən təyin edilə bilər və xəstə nəzarətə götürülə bilər. Bu dərman hər xəstəyə təyin edilmir. Yalnız tibbi göstəriş olduqdan sonra dermatoloq tərəfindən seçilmiş xəstələrə verilir.