Uşaqlarda ağ ləkələr verən pediatrik qrupda dəri xəstəliyi çoxdur. Bunların bəziləri müvəqqəti xarakter daşıyır, zamanla düzəlir. Bəziləri isə andangəlmə olduqları üçün daimi xarakter daşıyır. Anadəngəlmə ağ ləkələr bəzi hallarda genodermatoz deyilən irsi xəstəliklərin ilkin əlamətləri şəklində özünü göstərir. Belə xəstələrdə sadəcə ağ ləkələri deyil eyni zamanda dərinin müxtəlif mənşəli hamartoma dediyimiz xoşxassəli törəmələri, diş malformasiyaları, saç patologiyaları, dırnaq deformasiyaları da meydana gələ bilər. Bu cür ləkələr və dərinin digər əlavə dəyişiklikləri dermatoloq üçün əsas verir ki, xəstədə mərkəzi sinir sistemi, göz, sümük, gastroenteroloji və digər daxili orqan və sistemlərin araşdırmasını başlatsın və bunun üçün pediatrik konsultasiya istəsin.
Ümumiyyətlə dermatoloq ağ ləkələr ilə qarşılaşdıqda onların forması, ölçüsü, yerləşdiyi yeri, sayı və s. kimi parametirlərə əsaslanaraq bəyaz rəngli ləkənin mənşəyini təyin edir. Bəzi ağ ləkələrin etiologiyasında infeksioz patologiyalar durur. Müvafiq terapiya ilə aradan qaldırmaq olur. Bəziləri allergik fonda yaranır. Həyati ciddi təhlükəsi olmur və zamanla sağalır. Uşaqlarda ağ ləkələr bəzi hallarda isə avtoimmun xəstəliklər fonunda yaranır. Vitiliqo və ya ala xəstəliyini məhz bu qrupa daxil etmək olar. Anadangəlmə ağ ləkələrin bəziləri isə həm də lokal xarakter daşıya bilir. Yəni dərinin sadəcə bir nahiyyəsində yaranır lakin sayları artmır. Xəstənin ömrünün sonuna qədər eyni yerdə qalır. Bəzi anadangəlmə ağ ləkələr isə uşaq böyüdükçə sayları da, ölçüləri artır. Bu cür ağ ləkələri genetik xəstəliklərin ilkin əlamətləri qəbul etmək olar. Valdieynlərimizə məsləhətimiz odur ki, uşaqlarında istənilən rəngdə, xüsusən ağ rəngli ləkələrə biganə qalmasınlar. Onlar ciddi sistem xəstəliklərinin erkən xəbərçisi ola bilər. Erkən diaqnoz can qurtarır prinsipi ilə uşaqları dermatoloqa müayinə etdirmənizi məsləhət edirik.
27 Responses
salam.oğlumun qarnının sağ terefinde var.ölçüsü deyişmir,anadan gelme var. özü qarayanız usaqdı leke açıq noxudu. yayılmır bir yerdede qalıb . allergiyası var,epilepsiden mualicr alır. qorxusu varmı?
Salam Gülşən xanım! Suala görə təşəkkürlər. Ağ ləkə özü özlüyündə təhlükəli deyil, lakin ciddi sindromik xəstəliklərin ilkin əlaməti ola bilər. Həmin sindromik ciddi xəstəliklərin vaxtında üstünə düşmək üçün ağ ləkələrin növünü və mənşəyini təyin etmək çox vacibdir. Əgər epilepsiya problemi də varsa çox guman ki, sindromu var xəstənin. Araşdırılmasını məsləhət edərdim.
Doktor oğlum 1.10liqdir son bir ayda fərqinə vardım çünki əvvəl yox idi sinəsinde sol tərəfdə süd vəzi ətrafı dərisi ağarıb səbəb nə ola bilər
Salam. Bu suala müayinədən sonra cavab vermək olar. Səbəb çoxdur. Araşdırmaq lazımdır. Hörmətlə
Salam mənimde oğlumun sağ tərəfnde ağ ləkə var bunun qorxusu var? Amma böyüyür nə edə bilərəm?
Salam Qiyas bəy. Məqaləni əgər oxumusunuzsa orada qeyd etmişik ki, ağ ləkələrin 1001 səbəbi var. Xəstə əyani sürətdə müayinə edilməli və ləkənin adı qoyulmalıdır. Sonra müvafiq qaydada müalicə və profilaktika tədbirləri aparılmalıdır. Bəzi ləkələr müalicə edilmir lakin ciddi xəstəliklərin xəbərcisi olur. Odur ki, xəstəni klinikaya gətirmənizi tövsiyyə edərdik
Çox sağolun bu məlumata görə hara məsləhət görərdiz bu uşağı aparım? Hansı xəstəxanaya məsləhət görərdz?
Buyurun. Bizə müraciət edə bilərsiz.
Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ????: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur.
Salam doktor mənim oğlumun 8 yaşı var üzündə xırda ağ kəpəklənən ləkələr var ildən ilə artır bunun müalicəsi varmı varsa deyərdiz zəhmət olmasa
Salam. Belə əlamətlər verən dəri xəstəliyi çoxdur. Diaqnozu dəqiqləşdirməndən sonra sizin suala dəqiq cavab vermək olar. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam doktor mənim nəvəmin sağ çiynində bala ləkə əmələ gəlib son 1 həftə olar 10 aylıqdı uşaq bəlkə əvvəldə olub indi görmüşük bununla bağlı nə edə bilərəm?
Salam. Ləkələrin mənşəyini təyin etmək üçün əyani müayinələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam.doktor mənim qızımın 7 yaşı var gözünün üst qapagı körpəlikdən üzünün rəngindən bir iki ton açıq idi.son bir ayda dənizə getdikdən sonra özü qaralıb ama göz qapagının rəngi dahada hiss olunacaq dərəcədə açıgdı.birdə saat 15:00 da hovuza girib çıxandan sonra qollarında ayaqlarında ag ləkələr əmələ gəlib.ola bilərmi ki bu ləlkələr günəş şüalarından yaransın?
Salam. Ağ ləkələri törədən bəzi xəstəliklər günəş şüalarının təsirindən sonra arta bilər. Diaqnoz və mənşəyi təyin edilməlidir xəstəliyin. Müraciət edə bilərsiz yardım edərik sizə.
Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam hekim cavablandirsaz cox sevinerem. Qizimin kurek nahiyesinde balaca ag leke var idi bugun fikir vermisem qarin nahiyuesinde de yaranib(( artandir sizce hansisa bir xesteliyin gostericisidir?
Salam. Ağ ləkələrin 1001 növü var. Bəli bəzi ləkələr daxili xəstəliklər fonunda özünüz göstərir. Odur ki, ağ ləkələrin mənşəyini təyin etmək üçün əyani müayinələr lazımdır. Müraciət edə bilərsiniz yardım edərik sizə. Hörmətlə
Salam doktor. İdmana gedəndən sonra oğlumun göz qapabında və əllərində ağ ləkələr əmələ gəldi. analizində də liymba qurdu cıxdı . Digər qan analizləri normadadır. Ləlkələərin səbəbi göbələr yaxud da lyamba qurdu ola bilərm?
Salam doktor menim oglumun 4 yasi var yanaqin asagi hissesinde bir eded leke yaranib hekime gosterdim qurdun elametidir dedi sizce bu diaqnoz ne derecede dogrudur?
Salam. Ləkələri qurdlar törədə bilməz. Parazitar xəstəliklər həqiqətən dəridə müəyyən xəstəliklərin səbəbi ola bilər ancaq ləkələrin deyil. Hörmətlə
Salam. Qizimin alninda meri boyda az az ag lekeler dusdu neden ola biler hekim? Online gorus olurmu?
Salam. Bəli ödənişli onlayn konsultasiyadan yararlana bilərsiz. Daha dəqiq məlumatlar üçün aşağıdakı nömrə ilə əlaqə saxlamaq lazımdır. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️
Salam doktor. Oglumun 10 yasi var. Bedeninin her yerinde dairevi, ortasi ag lekeler var. Evvel az idi, indi butun bedenindedir. Herden qasinir. Hansi xestelik ve mualicesi barede deyerdiz zehmet olmasa
Salam. Ağ ləkələrin 1001 forması və növü var. Diaqnozun qoyulması və müvafiq müalicələr üçün xəstə görülməlidir. Müraciət edə bilərsiz yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️
Salam menim oglumun 9yasi var 2ildi olar ag leke dusub gedir bezi yerde qalir qarindan yuxarida qoz boyda birde goz usdunde basqa yerlerde gedib ordan burda cixir. Indi mualice edirem qorxuramki gedmesin
Salam. Qorxmayın. Müalicə üsulları var ağ ləkələrin. Müalicələrər davam edin. Düzəlməsə müraciət edə bilərsiz. Hörmətlə
Salam həkim. Mənim gözlərimin üstündə ve çəməndə ağ ləkə yaranmağa başlayıb. Tədricən artır. Həkimə getdim dedi tala ola bilər müalicəsi yoxdur. Vitiliqonun müalicəsi var?
Salam. Vitiliqonun müalicəsi çətindir ancaq çarəsiz deyildi. Müraciət edə bilərsiz müalicələr təyin edərik. Hörmətlə