Psoriaz xəstəliyi (pullu dəmrov) – əlamətləri, səbəbləri və müalicəsi
Psoriaz xəstəliyi — xalq arasında çox vaxt pullu dəmrov və ya pullu dəmrov xəstəliyi kimi tanınan, dəridə qızartı, pulcuqlanma, qaşınma və bəzən çatlama ilə gedən xroniki iltihabi dəri xəstəliyidir. İnsanlar tez-tez klinikamızda “psoriaz nədir”, “psoriaz xəstəliyi”, “psoriaz niyə yaranır”, “psoriaz xəstəliyinin müalicəsi”, “psoriaz üçün krem”, “psoriaz üçün maz” və “pullu dəmrov müalicəsi” kimi suallar verirlər. Bu bələdçidə həmin sualların hamısına sistemli cavab verilir.
Dəmrov xəstəliyinin bir növü olan psoriaz yoluxucu deyil, yəni insandan insana keçmir. Bununla belə, xəstəlik uzunmüddətli gedişə malik ola, alovlanma və sakitləşmə dövrləri ilə müşahidə oluna bilər. Düzgün diaqnoz, fərdiləşdirilmiş müalicə və gündəlik dəri baxımı ilə xəstəliyi çox hallarda nəzarətdə saxlamaq mümkündür.
Psoriaz nədir?
Psoriaz nədir? Psoriaz dəridə hüceyrələrin normadan daha sürətli yenilənməsi ilə gedən, immun mexanizmlərlə əlaqəli xroniki dəri xəstəliyidir. Nəticədə dəridə sərhədləri aydın görünən qızarmış sahələr, üzərində ağabəniz və ya gümüşü pulcuqlar əmələ gəlir. Xəstəlik bəzən yalnız bir neçə ocaqda görünür, bəzən isə daha geniş sahələri tuta bilər.
Pasiyentlər bunu çox vaxt “sadə dəmrov”, “kəpək”, “allergiya” və ya “göbələk” hesab edirlər. Halbuki psoriaz xəstəliyi fərqli mexanizmə malikdir və müalicəsi də eyni olmur.
Pullu dəmrov nədir?
Pullu dəmrov nədir? “Pullu dəmrov” gündəlik dildə psoriaz üçün işlədilən ifadələrdən biridir. Xüsusilə dəri üzərində quru, qabıqlı, pulcuqlu sahələr gördükdə insanlar bunu bu adla tanıyırlar. Tibbi baxımdan bu termin çox vaxt psoriaz, xüsusən də vulqar psoriaz üçün istifadə olunur.
Yəni sadə dillə desək, psoriaz və pullu dəmrov çox hallarda eyni xəstəliyi ifadə edir, sadəcə biri tibbi, digəri isə xalq arasında işlənən addır.
Psoriaz keçicidirmi?
Psoriaz keçicidirmi? Xeyr. Psoriaz yoluxucu deyil. Əl verməklə, eyni evdə qalmaqla, dəri təması ilə, geyim paylaşmaqla və ya gündəlik münasibətlə başqasına keçmir. Bu sual axtarışlarda çox verilir və cavab qətidir: psoriaz yoluxucu xəstəlik deyil.
Psoriaz niyə yaranır?
Psoriaz niyə yaranır? Psoriazın bircə səbəbi yoxdur. Xəstəliyin yaranmasında bir neçə amil birlikdə rol oynayır:
- genetik meyl
- immun sisteminin pozulmuş reaksiyası
- stress
- bəzi infeksiyalar
- dərinin zədələnməsi
- soyuq və quru hava
- siqaret və alkoqol
- bəzi dərmanlar
İnsanlar dermatoloqa həm “psoriaz niyə yaranır”, həm də “dəmrov xəstəliyi niyə yaranır” sualını verirlər. Hər iki halda əsas fikir budur: xəstəlik təkcə “qanın çirklənməsi”, “qan qatılaşması” və ya “pintilik” səbəbindən olmur; altda yatan iltihabi və immunoloji mexanizmlər dayanır.
Psoriaz xəstəliyi necə yaranır?
Cədvəli tam görmək üçün sağa-sola sürüşdürün.
| Mərhələ | Nə baş verir? | Nəticə |
|---|---|---|
| 1. Genetik meyl | Bəzi insanlarda psoriaza meyillilik irsi olaraq daha yüksək olur. | Xəstəlik üçün zəmin yaranır. |
| 2. İmmun sisteminin aktivləşməsi | İmmun sistem dəridə iltihabi reaksiyanı artırır. | Dəridə qızartı və iltihab yaranır. |
| 3. Dəri hüceyrələrinin sürətli yenilənməsi | Dəri hüceyrələri normadan xeyli daha sürətlə çoxalır. | Qalınlaşma və pulcuqlanma başlayır. |
| 4. Klinik görünüş | Dəridə sərhədi aydın, qızarmış, qabıqlı lövhələr əmələ gəlir. | Psoriaz ocaqları / pullu dəmrov görünüşü formalaşır. |
Pullu dəmrov əlamətləri
Pullu dəmrov əlamətləri və ya psoriaz əlamətləri pasiyentdən pasiyentə dəyişə bilər. Ən tipik əlamətlər bunlardır:
- qızarmış, sərhədi aydın görünən sahələr
- üzərində ağ və ya gümüşü pulcuqlar
- qaşınma, göynəmə və ya həssaslıq
- dəridə quruluq və çatlama
- bəzən qanama
- saçlı dəridə qalın qabıqlanma
- dırnaqlarda çuxurlanma, qalınlaşma və ya ayrılma
Ən çox tutulma yerləri bunlardır:
- dizlər
- dirsəklər
- saçlı dəri
- bel və sağrı nahiyəsi
- dırnaqlar
- bəzən qoltuqaltı və qasıq büküşləri
Psoriazın şəkilləri və növləri
Dərisində qızartı olanlar “psoriaz şəkilləri” ilə diaqnoz qoymaq istəyirlər. İnsanlar öz səpgilərini gördükləri şəkillərlə müqayisə edərək son nəticəyə gələcəyini düşünür. Ancaq tək şəkilə baxaraq diaqnoz qoymaq olmaz. Psoriaz müxtəlif formalarda görünə bilər:
1) Plak tipli psoriaz
Ən çox rast gəlinən formadır. Qızarmış, qalınlaşmış, üzəri pulcuqlu lövhələrlə görünür.
2) Quttat psoriaz
Daha çox damcıvarı xırda səpgilərlə gedir. Bəzən boğaz infeksiyasından sonra başlaya bilər. Uşaqlarda çox rast gəlinir
3) İnvers psoriaz
Büküş sahələrində — qoltuqaltı, qasıq, süd vəzi altı kimi yerlərdə görünə bilər. Pulcuq az, qızartı daha hamar ola bilər.
4) Pustulyoz psoriaz
Daha nadir formadır. İrinli görünüşlü səpgilər müşahidə oluna bilər və diqqətli qiymətləndirmə tələb edir.
5) Eritrodermik psoriaz
Nadir, lakin daha ağır formadır. Dərinin geniş hissəsini tuta bilər.
Vulqar psoriaz nədir?
Vulqar psoriaz ən çox rast gəlinən psoriaz formasıdır və gündəlik dildə çox vaxt məhz “pullu dəmrov” dedikdə bu forma nəzərdə tutulur. Diz, dirsək, saçlı dəri və gövdədə qabıqlı, qızarmış lövhələr yaranması vulqar psoriaz üçün tipikdir.
Psoriazı nə alovlandıra bilər?
Cədvəli tam görmək üçün sağa-sola sürüşdürün.
| Trigger | Necə təsir edir? | Misal |
|---|---|---|
| Stress | İltihabi aktivliyi artıraraq alovlanmaya səbəb ola bilər. | Uzunmüddətli psixoloji gərginlik |
| İnfeksiyalar | Xüsusilə bəzi infeksiyalardan sonra səpgilər arta bilər. | Boğaz infeksiyası |
| Dəri travması | Zədə nahiyəsində yeni psoriaz ocaqları yarana bilər. | Cızıq, kəsik, günəş yanığı |
| Soyuq və quru hava | Dərinin quruluğunu və həssaslığını artırır. | Qış ayları |
| Siqaret və alkoqol | Bəzi pasiyentlərdə gedişi pisləşdirə bilər. | Davamlı istifadə |
| Bəzi dərmanlar | Alovlanmanı tetikleyə və ya xəstəliyi artıra bilər. | Həkimlə dəyərləndirilməlidir |
Psoriazın ən çox tutulduğu sahələr
Cədvəli tam görmək üçün sağa-sola sürüşdürün.
| Tutulan sahə | Tipik görünüş | Qeyd |
|---|---|---|
| Saçlı dəri | Qalın qabıqlanma, pulcuqlanma | Kepeklə qarışa bilər |
| Dirsəklər | Sərhədi aydın, qızarmış, qabıqlı lövhələr | Ən klassik nahiyələrdəndir |
| Dizlər | Quru, qalın, pulcuqlu lövhələr | Tez-tez simmetrik görünür |
| Bel və sağrı nahiyəsi | Yayılmış qabıqlı sahələr | Bəzən geniş yayılır |
| Dırnaqlar | Çuxurlanma, qalınlaşma, ayrılma | Göbələklə qarışa bilər |
| Büküş sahələri | Daha hamar qızartı, az pulcuq | İnvers psoriaz üçün tipik ola bilər |
Dırnaq və oynaq tutulması
Psoriaz təkcə dəri ilə məhdudlaşmaya bilər. Bəzi pasiyentlərdə dırnaq psoriazı inkişaf edir. Dırnaqlarda xırda çuxurlar, rəng dəyişikliyi, qalınlaşma və ya dırnağın yataqdan ayrılması görünə bilər.
Bəzi hallarda isə psoriatik artrit inkişaf edir. Aşağıdakı hallar varsa, əlavə diqqət lazımdır:
- səhərlər oynaq tutulması
- barmaqlarda və oynaqlarda ağrı
- şişkinlik
- bel və daban nahiyəsində davamlı ağrı
Diaqnoz necə qoyulur?
Psoriaz diaqnozu çox vaxt dermatoloqun klinik baxışı ilə qoyulur. Həkim səpgilərin görnüşünü, yerləşməsini, dırnaqları və saçlı dərini qiymətləndirir. Bəzi hallarda başqa xəstəliklərlə qarışdığı üçün əlavə müayinə və ya biopsiya lazım ola bilər.
Bu mərhələdə xüsusilə aşağıdakı xəstəliklərlə fərqləndirmə vacibdir:
- ekzema
- seboreya
- göbələk infeksiyaları
- liken planus
- pityriazis rosea
Psoriaz xəstəliyinin müalicəsi
Psoriaz xəstəliyinin müalicəsi hər kəsdə eyni olmur. Müalicə seçimi bunlardan asılıdır:
- xəstəliyin tipi
- yayğınlığı
- tutulduğu nahiyə
- şiddəti
- pasiyentin yaşı
- dırnaq və oynaq tutulmasının olub-olmaması
1) Yerli müalicə
Yüngül hallarda müxtəlif yerli vasitələrdən istifadə oluna bilər. Bunlara nəmləndiricilər, pulcuqlanmanı azaltmağa yönələn vasitələr və iltihabı azaltmağa kömək edən preparatlar daxildir.
2) Fototerapiya
Bəzi pasiyentlərdə işıq müalicəsi faydalı olur. Xüsusilə daha yayğın və davamlı hallarda nəzərdən keçirilə bilər. Lakin dəri xərçəngi riski var.
3) Sistemik müalicə
Daha ağır formalarda və ya həyat keyfiyyətini ciddi pozan hallarda daxilə qəbul olunan müalicələr lazım ola bilər.
4) Bioloji müalicə
Bəzi seçilmiş hallarda bioloji preparatlar istifadə oluna bilər. Bu qərar dermatoloq tərəfindən verilməlidir.
Psoriaz üçün krem və mazlar
Xəstələr özbaşına “psoriaz üçün krem”, “psoriaz üçün maz”, “psoriaz mazları”, “pullu dəmrov üçün maz” və “dəmrov üçün maz” deyib apteklərə müraciət edirlər. Bu başa düşüləndir, çünki pasiyentlərin çoxu ilk olaraq yerli vasitə axtarır. Amma vacib məqam budur: hər psoriaz üçün eyni krem və ya eyni maz uyğun olmur.
Məsələn:
- saçlı dəri üçün uyğun olan vasitə bədən üçün eyni dərəcədə uyğun olmaya bilər
- üzdə olan psoriaz üçün seçilən vasitə daha ehtiyatlı olmalıdır
- büküş nahiyələrində istifadə olunan məhsullar ayrıca yanaşma tələb edə bilər
- qalın pulcuqlu lövhələrdə yanaşma fərqli ola bilər
Yəni “psoriaz üçün ən yaxşı krem” hamı üçün eyni bir məhsul demək deyil. Doğru seçim səpginin yeri, tipi və şiddətinə görə dəyişir.
Psoriaz üçün krem və maz seçimi necə fərqlənir?
Cədvəli tam görmək üçün sağa-sola sürüşdürün.
| Meyar | Niyə vacibdir? | Müalicəyə təsiri |
|---|---|---|
| Tutulan nahiyə | Saçlı dəri, bədən, üz və büküş sahələri eyni deyil. | Məhsulun forması və gücü dəyişə bilər. |
| Səpginin qalınlığı | Qalın lövhələr daha fərqli yanaşma tələb edir. | Pulcuqlanmanı azaltmağa yönəlmiş seçimlər lazım ola bilər. |
| Qaşınma və iltihab | Bəzi hallarda qaşınma daha ön planda olur. | Sakitləşdirici və iltihabı azaldan yanaşma seçilə bilər. |
| Dəri həssaslığı | Üz və büküşlərdə dəri daha həssas ola bilər. | Daha ehtiyatlı seçim lazımdır. |
| Pasiyentin yaşı | Uşaq və böyüklərdə yanaşma fərqli ola bilər. | Müalicə fərdiləşdirilməlidir. |
Evdə qulluq və gündəlik tövsiyələr
Psoriaz müalicəsi təkcə reseptlə bitmir. Gündəlik dəri baxımı da çox vacibdir:
- dərini qurutmayan yumşaq təmizləyicilər istifadə edin
- isti su ilə uzun duşdan qaçın
- duşdan sonra nəmləndirici çəkin
- səpgiləri qaşımayın və kobud sürtməyin
- stressi azaltmağa çalışın
- siqaret və alkoqoldan uzaq durun
- müalicəni özbaşına dayandırmayın
Psoriazlı dəri travmaya həssas ola bilər. Cızıq, sürtünmə və yanıq bəzən yeni səpgiləri alovlandıra bilər.
Ekzema, seboreya və digər oxşar xəstəliklərdən fərqi
Xəstələr “ekzema nədir” və “seboreya nədir” deyib özlərinə psoriaz diaqnozu qoyması təsadüfi deyil. Çünki insanlar bu xəstəlikləri tez-tez bir-biri ilə qarışdırırlar.
Psoriaz və ekzema fərqi
- psoriazda pulcuq daha qalın və sərhədlər daha aydın ola bilər
- ekzemada qaşınma daha ön planda ola bilər
- ekzemada bəzən sulanma və daha həssas görüntü olur
Psoriaz və seboreya fərqi
- seboreya çox vaxt saçlı dəri, qaş arası, burun kənarı kimi yağlı sahələrdə olur
- psoriazda lövhələr daha qalın və sərhədli görünə bilər
- bəzən saçlı dəridə bu ikisi qarışa bilər
Uşaqlarda psoriaz
Uşaqlarda psoriaz böyüklərdə olduğu kimi dəridə qızartı, pulcuqlanma və bəzən qaşınma ilə özünü göstərə bilər. Bəzi uşaqlarda səpgilər daha nazik, daha az pulcuqlu və ya fərqli nahiyələrdə görünə bilər. Xüsusilə saçlı dəri, dirsəklər, dizlər, bədən büküşləri və bəzi hallarda üz nahiyəsi tutula bilər.
Uşaqlarda psoriaz bəzən boğaz infeksiyasından sonra başlayan damcıvari səpgilərlə də ortaya çıxa bilər. Bu səbəbdən hər qabıqlanan və ya qızaran səpgini sadəcə allergiya, göbələk və ya ekzema kimi qəbul etmək düzgün deyil. Dəqiq diaqnoz üçün dermatoloq müayinəsi vacibdir.
Uşaq yaşında müalicə daha diqqətlə seçilməlidir. Çünki böyüklərdə istifadə olunan hər vasitə uşaqlar üçün uyğun olmaya bilər. Buna görə uşaqlarda psoriaz şübhəsi olduqda özbaşına krem və ya maz istifadəsi əvəzinə həkim qiymətləndirməsi daha doğrudur.
Nə zaman dermatoloqa müraciət etməli?
- səpgilər yayılırsa
- dəridə qaşınma və ağrı artırsa
- saçlı dəri, üz və ya genital sahə tutulubsa
- dırnaqlarda dəyişiklik varsa
- oynaq ağrısı və səhər tutulması yaranıbsa
- özbaşına istifadə etdiyiniz kremlər fayda vermirsə
- səpgilər atipik görünürsə və diaqnozdan əmin deyilsinizsə
Qısa yekun
Psoriaz xəstəliyi və ya pullu dəmrov çox vaxt eyni xəstəliyi ifadə edir. Bu xəstəlik yoluxucu deyil, lakin xroniki gedişə malikdir. Psoriaz niyə yaranır? sualının cavabı çoxfaktorludur. Psoriaz əlamətləri və ya pullu dəmrov əlamətləri müxtəlif ola bilər. Psoriaz xəstəliyinin müalicəsi isə fərdi seçilməli, psoriaz üçün krem və psoriaz üçün maz kimi vasitələr kor-koranə deyil, düzgün dermatoloji qiymətləndirmədən sonra seçilməlidir.
Tez-tez verilən suallar
Psoriaz nədir?
Psoriaz dəridə qızartı, qalınlaşma və pulcuqlanma ilə gedən xroniki iltihabi dəri xəstəliyidir.
Pullu dəmrov nədir?
Pullu dəmrov çox hallarda psoriaz üçün işlədilən xalq arasında yayılmış addır. Elmi ədəbiyyatda da belə gedir.
Psoriaz keçicidirmi?
Xeyr, psoriaz yoluxucu deyil və insandan insana keçmir.
Psoriaz niyə yaranır?
Genetik meyl, immun mexanizmlər, stress, infeksiya, dəri travması və bəzi digər faktorlar rol oynaya bilər.
Pullu dəmrov əlamətləri hansılardır?
Qızartı, pulcuqlanma, qaşınma, quruluq, çatlama və bəzi hallarda dırnaq dəyişiklikləri görünə bilər.
Vulqar psoriaz nədir?
Ən çox rast gəlinən psoriaz formasıdır və tipik lövhəvari, qabıqlı səpgilərlə özünü göstərir.
Psoriaz üçün krem varmı?
Bəli, yerli müalicələr istifadə oluna bilər, amma hər pasiyent üçün eyni krem uyğun deyil.
Psoriaz üçün maz istifadə etmək olarmı?
Bəzi hallarda olar, lakin seçim səpginin yeri, tipi və şiddətinə görə dəyişir.
Pullu dəmrov müalicəsi mümkündürmü?
Bəli, xəstəliyi çox hallarda nəzarətdə saxlamaq mümkündür, amma müalicə fərdiləşdirilməlidir.
Psoriaz ekzema və ya seboreya ilə qarışa bilərmi?
Bəli, xüsusilə yüngül və ya atipik hallarda qarışa bilər. Dəqiq diaqnoz üçün dermatoloq müayinəsi vacibdir.















