Qadınlarda sızanaq xəstəliyi hormonal pozuntularla əlaqəlidirmi?

qadınlarda-sızanaq-xəstəliyi.jpg

Qadınlarda sızanaq xəstəliyi fərqli mexanizmlərlə cərəyan edə bilər. Kişilərdən fərqli olaraq qadınlarda sızanaq problemi hormonal pozuntular fonunda meydana gələ bilər. Xüsusən yumurtalıq kistalarına bağlı yaranmış sindromik vəziyyətlərin verdiyi akne problemləri hallarına praktikamızda rast gəlinir. Belə xanımlarda adətən sızanaqlar mensturasiya (aybaşı) öncəsi kəskinləşməyə başlayır, yeniləri meydana gəlir, köhnələri qızışır. Bəzilərində tüklənmə problemləri ortaya çıxır. Xəstələr mensturasiya pozulmaları olduğunu da etiraf edirlər. Belə xəstələrin bəzilər prediabetdən və artıq çəkidən də əziyyət çəkirlər. Hormonal pozuntular sadəcə yumurtalıq problemlərinə bağlı yaranmır. Bəzi xəstələrdə hormonal pozuntular böyrəküstü vəzin hormonlarına bağlı yaranır və ciddi sindromik hallara gətirib çıxarda bilir. Dermatoloq Mehdi İskəndərli onu da əlavə edir ki, qadınlarda hormonal sızanaqlar hər zaman yaranmır. Yəni, əksərən xanımlarda akne problemi hormonal pozuntular və onların fəsadları ilə əlaqəli deyil. Fəqət, dermatologiya uzmanı daima tətikdədir və sızanağı olan xanım pasientlər ehtiyac olduğu təqdirdə bu istiqamətdə testlərdən keçirdilir və qadınlarda sızanaq xəstəliyinin əsas səbəbi təyin edilir. 

Qadınlarda sızanaq xəstəliyi dəri və əlavələrində daha geniş təsirə malikdir. Belə ki, saç yağlanması, dəri yağlılığı, saç töklüməsi, saçlarda seyrəlmə də hormonal pozuntlara bağlı yarana bilər və sindromik halların bir parçası ola bilər. Bu baxımdan peşəkar dermatoloq ətraflı anamnez topladıqdan sonra ehtiyac olduğu təqdirdə qadın pasientlərdə hormonal pozuntuları aşkarlamaq üçün xəstəni xüsusi laborator və radioloji müayinələrdən keçirdə bilər. Əldə edilmiş nəticələr isə müalicənin istiqamətini və müddətini təyin edir. Kişilərdə isə sızanaq problemlərinin hormonal pozuntulara bağlı yaranması daha nadirdir lakin mümkündür. Odur ki, peşəkar dəri həkimi həm kişi, həm də qadın pasientlərdə sızanaq problemlərini hormonal xəstəliklər yönündən araşdırmağı bacarır və bu istiqamətdə lazımi tədbirləri görə bilir. Klinikamıza müraciət edən çivzəli xanım pasientlər mütləq hormonal xəstəliklər nöqteyi nəzərdən diqqət edilir və ehtiyac olduğu təqdirdə müvafiq testlərdən keçirilir. Dəri həkimi Mehdi İskəndərli sonda vurğulayır ki, qadınlarda akne xəstəliyi dəf ediləbilməyən problem deyildir. Zamanında dermatoloqa müraciət edilərsə xəstəlikdən çopurlaşma vermədən qurtulmaq mümkündür.

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


8 şərh var

  • Rəna

    30/01/2020 at 12:03

    Doktor, salam. Mənim sol əlimin baş barmağının yuxarı iç hissəsində (birinci büküm) dərialtı nəsə proses gedir sanki. Onun nəticəsində həmin hissə şişir və ağrıyır. Sizə bu səbəblə əlaqədar yaxınlaşmaq olar?

    Reply

    • dermatoloq mehdi iskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      30/01/2020 at 12:19

      Salam Rəna xanım. Bəli yaxınlaşa bilərsiz. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ????: http://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur.

  • Narınc

    10/01/2020 at 21:45

    Dr siz hansı klinikada işləyirsiz?

    Reply

    • dermatoloq mehdi iskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      10/01/2020 at 22:46

      Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ????: http://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur.

  • Narınc

    10/01/2020 at 21:44

    Salam dr ekzema xesteliyinin müalicəsi var ?

    Reply

  • Afaq

    08/01/2020 at 23:30

    Salam doktor. Mənim üzümdə aknelərdən sonra onlarin izləri qalıb. Fotoda cox pis düşür. Mən nə edim üzümün dərisi hamar olsun.

    Reply

    • dermatoloq mehdi iskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      08/01/2020 at 23:35

      Salam Afaq xanım. Siz özünüz müdaxilə etməyin. Postakne izlərini yalnız dermatoloq həkim kosmetoloji prosedurlar ilə aradan qaldıra bilər.

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN