Məmə altında qaşınma nədən yaranır ?

məmə-altında-qaşınma.jpg

Məmə altında qaşınma problemi ilə müraciət edən qadın pasientlərimizə tez-tez randevu verilir. Məməaltı qaşınma verən dəri xəstəlikləri çoxsaylıdır. Bunlardan bəziləri dərinin müvəqqəti xəstəlikləri olsa da, digəriləri xroniki və uzun müddətli müalicələr tələb edən dəri xəstəliklərdirMəmələrin alt hissəsində qaşıntı şikayəti əksərən paralel şəkildə qızartı, qabıqlanma problemləri ilə də müşayət olunur. Lakin, bir çox xanım pasientlərin müayinəsi zamanı məməaltı nahiyyədə qaşıntı səbəbi ola biləcək qızarıqlıq, qabıqlanma, suluqlanma və s. kimi əlamətlər görülmür. Yəni, məmə altında qaşıntı sadəcə sağlam dərinin özündən qaynaqlanır.  Bəzilərində paralel şəkildə qulaqarxasında, qasıqda da qaşıntı olur. Dermatoloq Mehdi İskəndərli vurğulayıb ki, məməaltı bölgədə qaşınma verən dəri xəstəlikləri yuxarıda da qeyd edildiyi kimi müxtəlif klinik formada özünü büruzə verir. Müalicədən öncə dermatoloq məmə altı nahiyyənin düzgün müayinəsini aparır. Diaqnostik ipucları tapandan sonra dəqiqləşdirici testlər tələb edir. Müxtəlif mənşəli dermatitlər, dəmrovlar, avtoimmun dəri xəstəlikləri də döşaltı bölgədə qızarıqlıq və qaşınma səbəbi ola bilər.

Məmə altında qaşınma əksərən ekzogen faktorlara bağlı yaranır. Həmçinin daxili xəstəliklərin fonunda məmələrin alt hissəsində qaşınma və qızartı problemi meydana gələ bilər. Məsələn, genetik pozuntular fonunda meydana gələn döşaltı qızarıqlıq problemlərinin bir qismi ürək xəstəlikləri ilə paralel şəkildə özünü göstərir. Yəni, döş altında qaşınmalı qızartı meydana çıxandan sonra xəstə özündə tənginəfəslik, ayaqlarında şişkinlik və sinənin sol tərəfində ağrılar hiss edə bilər. Lakin, bu cür xəstəliklər nadirən görülür, fəqət inkarı üçün mütləq dermatoloq rəyi lazımdır.  Qadın pasientlərin obez olması və əlavə olaraq yanaşı gedən daxili xəstəliklərin mövcudiyyəti məmə altında qaşıntı probleminin insidentini artırır. Məsələn, çəkisi artıq olan xanımlarda məmə altında bişməcə fonunda müxtəlif infeksioz dəri xəstəlikləri yaranır ki, bu da məməaltında qaşıntı ilə bərabər, qızartı, qabıqlanma, yaralar, eroziyalar və axıntı verə bilər. Buna bağlı xəstələrdə ciddi diskomfort yaranır, əmək və həyat keyfiyyəti aşağı düşür. Sonda dermatologiya uzmanı bu problemdən əziyyət çəkən xanımları əmin etmək istəyir ki, döşaltı qaşıntı probleminin çarəsi vardır.  

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


11 şərh var

  • Efsan

    18/04/2024 at 01:14

    Salam.meme altinda mende de qaainti olur rengi gah qara olur gah qirmizi qasinma tutandada az qaliram derimi qoparim.sesbeb goresen ne olar.nece mualice etmek olar

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Səbəbi bilmədən dərman istifadəsini tövsiyyə etmirik. Müayinə edib diaqnoz qoyulandan sonra müalicələr təyin edə bilərik. Hörmətlə

  • Anonim

    10/04/2024 at 18:57

    Salam məndə uşaq döş əməndən sonra bir neçə saat qaşıntı olur, maz sabun bir çox şey istifadə etmişəm xeyiri yoxdur. Neden ola bilər?

    Reply

  • Seyran

    17/10/2023 at 11:15

    Salam mende sinemde qida borusunun ustunde qirmizı ləkə əmələ gəlib Bunun sebebi nedir

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. 1001 səbəbi var qırmızı ləkələrin. Mütləq baxış lazımdır. Müraciət edə bilərsiz. Hörmətlə

  • İradə

    26/11/2021 at 23:18

    Salam. Məndə artıq 1 aya yaxındır ki döş altında qızarıqlıqlar var . Həmin qızarıqlardan su gəlir , qabıqlayır iyi gəlir . Bunun səbəbi nədir və necə müalicə olunmalıdır . Zəhmət olmasa cavab yazardız

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Döşaltı qızartılara səbəb olan dəri xəstəliyi çoxdur. Diaqnozu dəqiqləşdirmək üçün əyani müayinələr lazımdır. Müraciət edə bilərsiniz yardım edərik sizə. Hörmətlə

  • İradə

    26/11/2021 at 23:17

    Salam. Məndə artıq 1 aya yaxındır ki döş altında qızarıqlıqlar var . Həmin qızarıqlardan həm su gəlir , həm qabıqlayır həm də iyi gəlir . Bunun səbəbi nədir və necə müalicə olunmalıdır . Zəhmət olmasa cavab yazardız

    Reply

  • Lale

    21/11/2021 at 05:36

    Men iki aydi ana olmuwam uwaqim sud vererken sinemde sud qalib berkiyib men ne edim

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Əgər süd vəzilərində bərkimə varsa mammoloq həkimə və ya ümumi cərraha müraciət etmənizi tövsiyyə edirik. Hörmətlə

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN