Dəri biopsiyası nədir və nə üçün alınır?

dəri biopsiyası

Dəri biopsiyası dəridəki səpgilərdən bir parça toxumanın histopatoloji analiz üçün cərrahi yolla əldə edilməsidir. Histopatoloji analiz zamanı dəridəki patoloji dəyişikliklər toxuma səviyyəsində təhlil edilir, xarakteri müəyyənləşdirilir və həkimə məlumat verilir. Verilən məlumatlar əsasında xəstəyə həkimi tərəfindən son diaqnoz qoyulur. Dəri biopsiyası ilə nümunənin alınmasında əsas məqsəd ilkin diaqnozun dəqiqləşdirilməsidir. Bəzi dəri xəstəlikləri vardır ki, onları klinik olaraq və ya çılpaq gözlə tanımaq mümkün deyildir. Bir çox dəri xəstəlikləri klinik olaraq bir-birinə bənzədiyi məlumdur. Bu səbəblə diaqnozu dəqiqləşdirmək naminə Dermatoloq tərəfindən dəri biopsiyasına tez-tez müraciət olunur. Dəri biopsiyası proseduru bir çox tibbi təhsili olmayanlar arasında səhvən dərinin əkilməsi kimi tanınır. Əslində isə bu iki dermatoloji prosedur bir birindən fərqlənir. Dərinin əkilməsi mikrobioloji testdir. Dəri biopsiyası isə dərini histopatoloji analizi hesab edilir. Dermatoloq Mehdi İskəndərli həm də əlavə edib ki, dəri xəstələri dəridən patoloji analiz üçün nümunə götürülməsinə qarşı qorxu və əndişə duymamlıdırlar. Cünku, dəri biopsiya proseduru  fəsadsızdır.

Pullu dəmrov (psoriaz) şüphəsi olan xəstədən ”shave” və ya ”təraş” üsulu ilə biopsiya alaraq diaqnozu dəqiqləşdirmək mümkündür. Dəri biopsiyalari tamamilə ağrısız və təhlükəsiz şəraitdə yerli keyitmə üsulu ilə dermatoloq tərəfindən icra olunur. Bu səbədən xəstələr bilməlidirlər ki, həkimi tərəfindən məsləhət edilən dəri biopsiyaları xəstəliklərinin adını dəqiqləşdirmək üçündür. Diaqnozu dəqiq olan xəstənin, müalicəsi də uğurlu olacağı yəqindir. Biopsiya sadəcə dəridən götürülmür. Ehtiyac olduğu təqdirdə ağız boşluğunun selikli qişasından, dırnaqdan və skalp dediyimiz saçlı dəridən də nümunə götürmək olar. Dəri biopsiyasını ixtisas həkimindən başqa digər ixtisas həkimləri götürə bilməz. Cünki dəri biopsiyasının götürülməsində xüsusi qaydalar vardır. Patoloji analiz üçün mütləq yararlı toxuma parçası götürülməlidir. Bunu isə peşəkar dəri həkimi təyin edir. Bəzən dəri səpgilərindən stioloji analiz üçün yaxma da götürülür. Dəri yaxması əsasən su qabarcıqları və qovuqcuqlu səpgilərdən götürülür. Sitoloji test üçün dəridən yaxma götürülməsi daha az invaziv bir prosedurdur. Yerli keyitməyə ehtiyac duyulmur və prosedur çox qısa çəkir.

dəri biopsiyası

 

 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər