Hidroksixloroxin molekulasının tarixi qədim ink mədəniyyətinə qədər gedib çıxır. 1600-ci illərdə İspanlar İnk imperiyasının istilası zamanı müşahidə etmişlər ki, yerlilər hərarəti yüksək olan insalara müəyyən ağacın qabığından hazırlanmış məcun verirlər. Bu məcunun təsirindən xəstələrin hərarətinin düşməsini və sağalmasını görmüşlər. Madrid yaxınlığında yerləşən Chinchon kontunun rəhbərinin həyat yoldaşı olan Maria Tereza de Borbonun düşməyən hərarəti varmış. Müalicə etmək üçün 1630-cu ildə inklərin istifadə etdiyi ağacın qabığından hazırlanmış məcunu xəstəyə veririlər. Xanımın hərarəti düşmüş və sağalmışdır. Bu hadisədən sonra həmin ağacın adına kontun adı verilmişdir. Chinchona ağacı. Azərbaycan dilində isə kinə ağacı deyilir. Sonrakı dönəmlərdə məlum olmuşdur ki, müəmmalı hərarət qalxması əslində malyariya paraziti ilə əlaqəli imiş. Kinə ağacının qabığının ekstraktı isə malyariya əleyhinə təsir göstərdiyinə görə xəstələr sağalırmış.
–
1820-ci ildə ilk dəfə Caventou və Pelletier tərəfindən kinə ağacının ekstraktının bioloji aktiv maddəsi aşkar edilmiş və adını kinin və ya xinin qoymuşlar. İkinci dünya müharibəsinə qədər kinə ağacı qabığı ekstraktı sadəcə malyariya müalicəsində uğurla istifadə edilmişdir. Lakin, ikinci dünya müharibəsi zamanı bu dərmanın tarixində yeni dönüş başlamışdır. Belə ki, kinə ağacı qabığı ispanların monopoliyasında olduğu üçün ABŞ və digər qərb ölkələri xinin molekulasını sitentik yolla əldə etməyə çalışırdılar. Bu yolda Perkin mavisi, metilen mavisi, prontosol, mepakrin, mefloxin maddələri sintez edilmişdir. Lakin, malyariya əleyhinə təsiri az olduğu üçün kütləvi istehsala buraxılmamışdır.
–
Lakin, 1934-cü ildə Almaniyada Bayer şirkətində xloroxin və ya xlorokin dərmanı istehsal edilmişdir. Malyariya xəstəliyinin müalicəsi üçün yararlı olan ilk sintetik molekula olsa da ciddi yan təsirlərinə görə toksik dərman qəbul edilərək istehsalı dayanmışdır. İkinci dünya müharibəsi illərində ABŞ əsgərlərini malyariyadan qorumaq adına elmi araşdırma çərçivəsində müxtəlif xinin qrupuna aid olan molekulalar istifadə edilmişdir. Elmi araşdırmanın nəticəsi olaraq almanların imtina etdiyi xloroxin molekulası ən uğurlu antimalyariyal dərman olaraq qəbul edilmişdir. Lakin, xininlərin ABŞ əsgərlərində malyariya profilaktikası üçün istifadəsi zamanı oynaq ağrıları, üzündə qızartı, günəş allergiyası olan əsgərlərin şikayətlərində düzəlmə də müşahidə edilmişdir. Yəni revmatoloji və dermatoloji xəstəliklərin müalicəsində də ümidlər yaranmağa başlamışdır. Bunun üçün 1950-ci illərdə sintetik yolla xloroxindən hidroksixloroxin molekulası əldə edilmişdir. Ardı var…tıkla