B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Dırnaqda qaralma varsa nə etməli ?

dırnaqda qaralma

Dırnaqda qaralma hadisəsi tez-tez görülən dırnaq problemləri arasında yer alır. Dırnaq xəstəlikləri arasında dırnaqların rəng dəyişməsi problemi ilə klinikamıza tez-tez müraciətlər olunur. Dırnaqda tündləşmə halları qadınlarda daha çox meydana gəlsə də kişilərdə də dırnaqların qaralması probleminı rast gəlinir. Xanımlarda dırnaqların tündləşməsi daha çox hallarda ayaq dırnaqları cəlb olunur. Əsəsən özünü dırnaqda qara xəttlər şəklində göstərir. Dırnaqda qara zolaqlar adətən sədəfin dəriyə birləşən hissəsindən başlayaraq dırnaq ucuna qədər uzanır. Bəzən dırnağın qaralması sədəfin tamamını əhatə edə bilər. Dermatoloq həkimin sözlərinə görə dırnaq qaralmasının səbəbi ən çox travmalarla əlaqəlidir. Kəskin zərəbədən sonra dırnağın altındakı kapilyarların zədələnməsinə bağlı olan hemorragiya hadisəsinə əsaslanır. Zamanla qan pıxtısı qaralaraq dırnaq sədəfinə tündə qəhvəyidən tutmuş qara rənginə qədər ton verir. Bu cür dırnaq qaralmaları təhlükəsizdir və zamanla düzəlir. Dr. Mehdi İskəndərli qeyd edir ki, dırnağın tündləşməsi bəzən dermatoonkologiya mövzusu ola bilər. Lakin, bu hər zaman dəri xərçəngi əlaməti deyil. Dəqiqləşmə üçün dermatoloqa gedilməlidir. 

 

Bəzən, dırnaqda qaralma bəzən spontan yaranır. Yəni dırnaqda qara zolaqlar hər hansı travmadan sonra meydana gəlmir. Belə olan halda dırnaqda qara rəngli xəttlər daha diqqətə laiqdir. Cünki, bəzi dəri xərçəngi məhz dırnağın altında yaranır və onlar ilk mərhələlərdə qara zolaqlar şəklində özünü göstərə bilər. Dərinin ən bədxassəli xərçəngi olan melanomanın çoxlu klinik formaları vardır. Onlardan biri də akral melanoma xəstəliyidir. Akral melanoma xəstəliyi adətən aşağı və yuxarı ətraflarda hər hansı bir nahiyyədə yarana bilər. Dırnaqətrafı sahələrdə başladığı təqdirdə dırnaqda qaraltı meydana gəlməsi müşahidə edilə bilər. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, dırnağın zolaqlı qaralması problemi hər zaman dəri xərçəngi probleminə işarə deyildir. Xoşxassəli xallar dırnaq yatağından başlanğıc götürüdüyü halda da dırnaqların qaralması halında rast gəlinə bilər. Bəs dırnaqda qara zolaqlar aşkar edildikdə nə etməli ? Mütləq ən yaxın zamanda dəri həkimi ilə məsləhətləşmələr aparılmalıdır. Dermatoloq həkim dermatoskopiya və lazım olarsa patoloji müayinələrlə dırnaqdakı qara xəttlərin mənşəyini təyin edəcəkdir cv cv

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər