Dəridə quruluq problemi pasiyentlər tərəfindən tez-tez şikayət edilən dəri xəstəliklərindən biridir. Quru dəri şikayəti olanlarda paralel şəkildə dodaq quruluğu şikayətləri də olur. Belə xəstələr ağızda quruluq, vaginal quruluq, göz quruluğu şikayətlərini dilə gətirirlər. Dəri quruluğu probleminin həm endogen, gəm də ekzogen səbəbləri ola bilər. Yəni quru dəri problemi daxili xəstəliklər fonunda yarana biləcəyi kimi, xarici səbəblərdən də yarana bilər. Hətta dəri quruluğu yaradan genetik dəri xəstəlikləri də vardır. Məsələn, irsi dəri xəstəliyi sayılan ixtiyoz quru dəri probleminin əsas səbəbi ola bilər. İxtiyoz xəstəliyi olanlarda qabıqlı dəri və quru dəri problemləri olur. Daxili xəstəliklər fonunda yaranan dəri quruluğu problemini araşdırmaq üçün dermatoloq xəstədən laborator, radioloji, patoloji və s. kimi testlər istəyə bilər.Dəridə quruluq problemi xarici faktolara da bağlı ola bilər. Pasiyentin istifadə etdiyi mənşəyi məlum olmayan kremlər, sabunlar, şampunlar, kosmetik vasitələr quru dəri problemini yarada bilər. Məsələ, üzdə quruluq problemini yaradan səbələrdən birisi vurulan kremlər və kosmetik vasitələrdir.
Dərinin quruması həm də mövsüm və iqlimlə də əlaqəli ola bilər. Qış aylarında dəri quruyur, yay aylarında isə dəri quruluğu nisbətən azalır. Günə ərzində insan 2 – 2.5 litr su istifadə etməlidir. Günlük su tükətmə səviyyəsi aşağı olan insanların dərisində quruluq yarana bilər. Belə xəstələr gün ərzində 2 – 2.5 litr su içdiyi təqdirdə dəri quruluğu aradan qalxır. Bəzi ailələrdə dəri quruluğu problemi genetik olur və ailə fərdlərinin bir neçəsində mövcud ola bilər. Görsəndiyi kimi dəridə quruluq probleminin “1001” səbəbi ola bilər. Belə olan halda xəstələr dermatoloq həkimə müraciət etməlidirlər ki, səbəbləri araşdırsın və dəri quruluğu probleminin qaynağını aşkara çıxarda bilsin. Bu xəstəlik müalicə olunandır və qarşısı alınandır. Quru dərinin daxili orqanların xəstəlikləri fonunda yarana biləcəyini nəzərə alaraq belə xəstələrin özfəaliyyət göstərmədən bir başa dəri həkiminə müraciət etməsini tövsiyyə edərdik.
12 Responses
Salam dr.menim derim cox qurudu.neinki el ve uzde.hetta butun bedenimde deri tarimda qalir quruluqdan.ne qeder krem,nemlendirici vasiteler etsemde muveqqeti komek edir.daxilden o nem,yagliliq yaranmir.agiz boslugu da quru olur.umumiyyetle mende selikli qisalar hamisi lazimindan daha qurudu.bu neden olar? Sinir sistemi ile elaqedar olar? Cunki nevroz problemim de var.ele bilirem damarlarimin ici de quruyub.
Salam Vüsalə xanım. Suala görə təşəkkürlər. Məqalədə də qeyd edildiyi kimi dəri quruluğu sistem problemlərinə bağlı da yarana bilər. Araşdırma aparmaq lazımdır. Problemin daxildən gəlmədiyinə əmin olmaq lazımdır. Hörmətlə
Salam axmnz xeyir menim əlimin ustu qırmızı qizariqlar yaranamaqa basliyir, dəri altı, soyuq olarkən şişkinlik olur bunun səbəbi nədir xahiş edirəm sualımı cavabsız qoymayın.
Salam Aysel xanım. Sualınıza görə təşəkkürlər. Bu cür əlamətlər verən dəri xəstəlikləri çoxdur. Bəziləri həqiqətən soyuğa bağlıdır. Bəzilər isə tam başqa səbəblərdən yaranır. Yaxşı olarkı ki, problemin kəskin vaxtında müraciət edəsiniz o zaman sizə yardım edərik. Diaqnozu dəqiqləşdirərdirk sonra isə müvafiq müalicələr təyin edərdik.
Axwamviz xeyir dr Mehdi. Menim derim hem qurudu men de 8 10 yaw aralarindan qawinma var. Son 3 aydi lekeler yaranib bedenim de ve getdikce artir ustu qizartilidi hemde qawinir isti su deyen en cox qawinma verir. Komeg edersiz mene bir zehmet xaiw?
Salam Teymur bəy. Görünür sizdə dəri quruluğu başqa dəri xəstəliyinə ikincil yaranıb. Əsasə xəstəliyin diaqnozu və müalicəsini aparsaq dəri quruluğu da aradan qalxar. Müraciət edin yardım edərik sizə.
Menim yaşım azdı heç bir krem,makyaj əşyası işlədiyimə baağmayraq dəri qurudu həmdə çooxlu qızaeıqlar olur amamma sonra keçir sonra genə olur və genədə kecir bu nədən ola bilər
Salam həkim. Oğlumun 7 di yaşı var. Əllərində və ayaqlarında quruluq var.Qabıqlanır və biraz çatlayır. Nədən ola bilər? Zəhmət olmasa
Salam. Dəridə quruluq çox səbəbdən yarana bilər. Genetik səbəblərdən tutmuş xarici ekzogen səbəbləri ola bilər. Bu suala yalnız əyani müayinədən sonra dəqiqliklə cavab vermək olar. Müraciət edə bilərsiz yardım edərik sizə.
Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam dr.mənim dərim yağlı dəri olmasına baxmayaraq son zamanlar elimde qızarma catlama qaşınma var həm 7ilə yaxındır ki başımda eyniylə əlim kimi qizariq və ağ kəpək var qaşıntı da verir müalicə almağıma baxmayaraq keçmir nə edim
Salam. Səbəbi aşkar edilməlidir çatlamaların. Çatlama verən dəri xəstəliyi çoxdur. Müraciət edə bilərsiz yardım edərik sizə. Səbəbi bilinmədən verilən losionların faydası olmaz. Hörmətlə
Salam dr quru deriyle nemli derini nece mueyyen etmek olar