Bütün dəri xəstəliklərinin müalicəsi krem, məlhəm, maz, losion, şampun, sabun, nəmləndirici, tablet, həb, iynə, inyeksiya və s. ilə aparılmır. Bəzi dermatoloji və veneroloji problemlər vardır ki, onların müalicəsi mütləq cərrahi müdaxilə ilə və ya prosedural dermatologiya ilə mümkün olur. Əsasən törəmə mənşəli dəri problemlərinin həlli əksər hallarda cərrahi yolla icra edilir. Xal, nevus, melanom, bazalioma, dəri xərçəngi kimi problemlər total cərrahi eksiziya yolu ilə aradan götürülür. Ət xalı, papilloma, ziyil, kandiloma, molluskum, aktinik keratoz və s. kimi törəmələr isə maye azot olaraq bildiyimiz krioterapiya metodu ilə də aradan götürülməsi mümkündür. Dırnaq batması və dırnaq zədələnməsinə bağlı yaranamış problemlərin tək carəsi bəzən cərrahi müdaxilələr olur. Qalın döyənəklər, keratoderma kimi problemləri aradan qaldırmaq üçün küretaj üsulundan da istifade edilə bilər. Bir çox xoşxassəli dəri törəmələrini, başda seborreyalı keratoz, ksantalezma, ət xalı, ziyil, kandiloma, papilloma kimi problemlərini elektrokoaqulasiya metodları ilə də ləğvi mümkündür.

Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, dəri səpgilərinə, saç dərisinə, törəmələrə dərman preparatını bir başa inyeksiya yolu ilə yeridilməsi üsullarına da tez-tez müraciət olunur. Keloid deyilən dərinin hipertrofik çapığının müalicəsi məhz bu üsula əsaslanır. Skalp deyilən başın saçlı dəri nahiyyəsindəki problemlərin müalicəsində istifadə edilən mezoterapiya, PRP (platelet rich plasma) və kortikosteroid mənşəli hormonal preparatların yeridilməsi prosedural dermatologiyanın bir parçasıdır. Dəri xəstəliklərinin diaqnostikasında dəri biopsiyası üsuluna tez-tez müraciət edilir. Biopsiya zədələnmiş dəridən müxtəlif ölçülü dəri parçalarının histopatoloji analiz üçün cərrahi üsulla götürülməsidir. Dəri biopsiya sonrası yaraya tikiş vurulması mümkündür. Bütün cərrahi müdaxilələrin fəsadları ola biləcəyini hər bir pasiyent bilməlidir. Lakin, peşəkar dermatoloq tərəfindən həmin fəsadlar əksər hallarda uğurla aradan qaldırılır.

 
 
 
Həkimə sualınız var və ya görüş təyin etmək istəyirsiniz?

ÜMUMİ DƏRİ CƏRRAHİYYƏSİ İLƏ BAĞLI DAHA ÇOX ÖYRƏN

onkodermatoloq
Dəri Biopsiyası

Onkodermatoloq kimdir ?

Onkodermatoloq kimdir sualı ilə tez-tez müraciətlər olunur. Dermatoonkoloq və ya onkodermatoloq dəri xərçəngi və xərçəngönü dəri xəstəlikləri

Ətraflı »
anusda qaşınma
Ət Xalı

Anusda qaşınma səbəbi nədir ?

Anusda qaşınma şikayətləri ilə klinikamıza tez-tez müraciətlər olunur. İstər qadınlar, istərsə də kişilərdə anal dəliyin qaşınması problemləri sıx rast gəlinir. Anusda

Ətraflı »