İnsanın daxili orqanlarında ortaya çıxan xəstəliklərin dəridə əks ola biləcəyini öyrəndik. İnsan psixikasında olan patoloji dəyişikliklər də dəridə iz buraxa bilər. Bu xəstəliklər psixokutan xəstəliklər adı altında klasifikasiya olunur. Bəzi dəri xəstəlikləri vardır ki, psixi disbalans nəticəsində kəskinləşir. Fəqət elə dəri xəstəlikləri də vardır ki, onların yaranma səbəbi bir başa xəstədə mövcud olan psixi problemlərdir. Məsələn, aşağıda gördüyünüz saç, dırnaq və dəri xəstəlikləri olan xəstələrdə paralel olaraq psixiatrik xəstəliklər də təspit edilmişdir. Psixiatrik xəstəliklər nəzarətə götürüldükdən sonra xəstənin şikayətləri keçmişdir. Bu cür xəstələr dermatoloq və psixiatırların əlbirliyi nəticəsində müalicə edilmələdirlər.