21 yaşlı Rianon Duqlas inana bilmir ki, həyatının gənc çağlarında ona xərçəng diaqnozu qoyula bilər.

Bu xanım baldırında əmələ gələn qızartıların təraş sonrası meydana çıxan adi səpgilər olduğunu düşünmüşdür və dermatoveneroloqa müraciət etməyi lazım görməmişdir. Səpgilər bütün bədəninə yayılandan sonra dəri və zöhrəvi xəstəlikləri mütəxəssisinə müraciət etmişdir. Ətraflı araşdırmadan sonra müəyyən olmuşdur ki, Rianonun təraşa bağlı təxmin etdiyi qızartılar əslində qanın xərçəng xəstəliyi sayılan Hodgkin limfoması ilə əlaqəlidir. Rianon hal-hazırda həkimlərin nəzarətindədir, xərçəngi remissiyadadır, özünü yaxşı hiss edir. Rianonun dediyinə görə o heç zaman təsəvvür edə bilməzdi ki, dəridəki qızartılar daxili orqanların xəstəlikləri ilə əlaqəli meydana gələ bilər. Bundan sonra Rianon söz verib ki, hər zaman ətrafdakı dost və tanışlara dəridə meydana gələn adi səpgiləri gecikdirmədən dermatoveneroloqa göstərməyi məsləhət edəcək. Rianon öz həyat hekayəsini ona görə paylaşır ki, vücuduna və dərisinə etinasız yanaşanları oyatsın və dəri səpgiləri meydana çıxdığı zaman dermatoveneroloqa zamanında müraciət etməyi təşviq etsin.

https://www.dailymail.co.uk/health/article-4104964/Woman-21-thought-just-shaving-rash-discovers-actually-rare-form-CANCER.html

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər