Dermatoloq Mehdi İSKƏNDƏRLİ

HAQQINDA

Dermatoloq Mehdi İskəndərli 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsilini tamamlamışdır. 2009-2010-cu illərdə Sumqayıt Şəhər Ruhi-Əsəb Dispanserinde Həkim Psixiatr ixtisasını əldə etmişdir. 2011-2015-ci illərdə Türkiyənin İzmir şəhəri, Ege Universiteti Tibb Fakültəsi Dəri ve Zöhrəvi Xəstəlikləri kafedrasında rezidentura keçərək dəri həkimi yəni, dermatoloqveneroloq (dermatoveneroloq) ixtisasına yiyələnmişdir. Rozasea xəstəliyi ilə elmi araşdırması müdafiə etdiyi elmi işin əsas mövzsusu olmuşdur. Rozaseanın müalicəsi zamanı IPL cihazının rolu haqqında elmi işi münsiflər tərəfindən qəbul edilmişdir.

Dermatoloq Mehdi İskəndərli rezidentura sırasında dəfələrlə Türkiyədə, Avropada, Kanadada ve ABŞ-da təşkil olunan beynəlxalq elmi konfranslarda və elmi seminarlarda iştirak etmişdir. ABŞ-da, Avropada və Türkiyədə təşkil olunan elmi konfranslarda şifahi elmi məruzələrlə çıxış etmişdir. 2015-cil ildə Kanadanın Vankuver şəhərində keçirilən 23-cü dünya dermatologiya konqresində hələ rezident ikən psoriaz xəstəliyi ilə əlaqəli müşahidə etdiyi elmi yenilikləri ‘‘Overlap of bullous pemfigoid and pustular psoriasis” adlı şifahi elmi məruzə təqdim etmişdir.

Dermatoloq Mehdi İskəndərli professional dermatoloji xidmət verməklə bərabər elmi məqalələri Avropanın ve Türkiyənin nüfuzlu jurnallarında dərc edilmişdir. Pubmed yayım platformasında və ORCID sistemində yer almışdır. ”A case of Bannayan-Riley-Ruvalcaba syndrome. A new clinical finding and brief review” məqaləsində ilk dəfə genetik dəri xəstəliyinin yeni klinik əlamətini təsvir etmişdir. Mehdi doktor və həmkarlarının müəllifi olduğu ”Pemphigoid diseases as a sign of active psoriasis. A case report and brief review” məqaləsi ingilis dilindən alman dilinə tərcümə edilərək yenidə çap edilmişdir.

Dermatoloq Mehdi İskəndərli  Avropanın ən seçilmiş rezidentlərinin qəbul edildiyi ”Euorderm Excellence” rezident konqresinə daxil olan ilk və yeganə azərbaycanlıdır.  Avropa Dermatovenerologiya Akademiyasının (EADV) ”John Stratigos Memorial Scholarship” qrantının qalibidir. Amerika Dermatologiya Akadmeiyasının ”Strauss & Katz Fund Scholarship” qrantını əldə edib. Fransanın Nice şəhərində keçirilən ”Dermatoonkologiyanın Diaqnostikasında Müasir Yanaşma” kursunda təqdim etdiyi kliniki hal ən yaxşı üç mühazirədən birisi seçilmidir və mükafatlanıdırlmışdır. 2017-ci ildə Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalının dermatologiya kafedrasında üç aylıq ixtisasartıma keçmişdir. Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin təqaüdləri ilə təltif edilmişdir.

Dermatoloq Mehdi İskəndərli Kutanoz Klinikada  fəaliyyəti zamanı Azərbaycanda ilk dəfə Meymunçiçəyi (Mpox) diaqnozunu qoyan dermatoloq və xəstəliyi ilk dəfə  aşkar edən həkim kimi tarixə düşmüşdür. Dermatoloq Uzman Dr. Mehdi İskəndərli Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin üzvüdür. İngilis, Rus ve Türk dillərində sərbəst danışır. Uzm.Dr.İskəndərli Mehdi dermatoloq olaraq 2016-cı ildən etibarən Bakıda dermatoloji mərkəz olan Kutanoz Klinikada müstəqil uzman həkim olaraq dermatoloji xidmətlər verməkdədir. 

Akademik fəaliyyət

Uzm. Dr. Mehdi İskəndərli akademik fəaliyyətə rezidenturanın ilk illərində məşqul olmağa başlamışdır. Beynəlxalq konfranslarda çoxlu sayda yazılı məruzələri çap edilmişdir. Bir-neçə dəfə elmi məruzələrlə çıxış etmişdir. Elmi məqalələri yüksək indeksli jurnallarda çap edilmişdir. Beynəlxalq dermatovenerologiya cəmiyyətlərinin üzvüdür.

Dərc edilmiş elmi işləri

Mükafatlar
Beynəlxalq təcrübələri
Üzvlük
Sertifikatlar

Dermatoloq Mehdi İskəndərli fotolarda

HAQQIMDA

Doktor ilə görüş vaxtı təyin et

İŞ SAATLARI

BAZAR.E 10:00-15:00 Randevu al
ÇƏRŞƏNBƏ.A 10:00-15:00 Randevu al
ÇƏRŞƏNBƏ 10:00-15:00 Randevu al
CÜMƏ.A 10:00-15:00 Randevu al
CÜMƏ 10:00-15:00 Randevu al
ŞƏNBƏ 10:00-15:00 Randevu al
Doktor ilə əlaqə yarat

ƏLAQƏ MƏLUMATLARI

ELMİ JURNALDA
MƏQALƏYƏ RƏY VERMİŞDİR

ELMİ MƏQALƏSİ
JURNAL QABIĞINDA

ISKANDARLI et al.
İLƏ BAŞLAYAN
ELMİ MƏQALƏLƏR