Dermatoloq / Dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi

Təşəkkürnamə

Şəfasına qovuşmuş bir qisim pasientlərdən gəlmiş məmnuniyyət məktubları

Sarkoidoz xəstəsi.

5,0 rating
11/10/2019

Ömrüm boyu minnətdaram məni xilas edən həkimimə.

Zarina Əsgərova

Herpes xəstəsi

5,0 rating
19/09/2019

Həkim məni müalicə edib. Super nəticə gördüm. Həqiqətən çox savadlı həkimdir. Dəqiqləşmiş diaqnoz və müalicə ilə məni tamamiylə sağaltdı. Çox sevinirəm ki, səhiyyəmizin yaralı, xəstə vaxtında bu cür savadlı həkimlərə rast gəlirik və bizə kömək olurlar. Bununla da xalqımızda irin bağlamış səhiyyəmizə qarşı az da olsa inam hissi yaradılır.

Pasiyent Əli Şıxaliyev

Akne (Sızanaq) xəstəsi

5,0 rating
19/09/2019

Sizin pasiyent olduğum üçün çox əminliklə deyə bilərəm ki, “Roaccutanla” mənim sızanaqlarımı tamamiylə sağaltdınız v 100%-lik nəticə gördüm. Dərmanın demək olar ki, heç bir fəsadını görmədim. Kimin dəri problemi varsa doktora müraciət etsin, mütləq uğurlu nəticə görəcəksiniz.

Pasiyent Mehriban Kərimova

PLEVA xəstəsi

5,0 rating
19/09/2019

Çünki, sizin sayənizdə oğlum həyatda qaldı. Allah sizdən razı olsun. Yaxşı ki, sizin kimi həkimlər ölkəmizdə var. Sizinlə qürur duyuruq.

Pasiyent Ruslan Rəhimlinin valideyni

Psoriaz (Pullu Dəmrov) xəstəsi

5,0 rating
13/09/2019

Anam aylardı dəri xəstəliyindən əziyyət çəkirdi. Neçə həkimin qəbulunda olmuşdu amma, vəziyyəti günü-gündən pisləşirdi. İki ay öncə Uzm.Dr. Mehdi İskəndərinin qəbulunda oldu. Çətin olsa da çox dərin təşkil olunmuş müayinə və müalicələrdən sonra xəstə şəfasına qovuşdu. Ailəlikçə sizə minnətdarıq doktor. Belə çətin işin öhdəsindən dəqiq diaqnoz və müalicələr aparan həkimlərimiz çox olardı. İşlərinizdə uğurlar arzulayırıq. Hər zaman bu cür öndə olun.

Fərid Mahmudov

Ölümcül “Toksik Epidermal Nekroliz” xəstəsi

5,0 rating
12/09/2019

Doktor!
Çox sağ olun!
Siz atama ikinci həyat verdiniz.

Pasiyent övladı Ramil Haqverdiyev

Rozasea xəstəsi

5,0 rating
12/09/2019

Məncə həkim həm də yaxşı psixoloq olmalıdır. Həkim necə xəstəni dinləyib dərdinə dərman tapırsa xəstə də həkimi dinləməlidir. Dr. Mehdi də məhz bu cür həkimlərdəndir. O mənim də həkimimdir. Allah ondan razı olsun.

Pasiyent Səməd Günəş

Qırmızı qurd eşənəyi (lupus) xəstəsi

5,0 rating
12/09/2019

“Hörmətli həkimim Mehdi İskəndərli bu günə qədər gördüyüm ən çalışqan, işini sevərək görən, həm xəstə ilə həm də xəstənin yaxınları ilə empatiya içində olan yeganə həkimdir. Mən bir neçə xəstəxanada oldum, müxtəlif müalicələr aldım amma, heç bir nəticə görmədim. Daha sonra Allahım sizi qarşıma çıxardı. Sizin sahənizdə şəfa tapa biləcəyimə inandım və müalicənin ilk günlərindən etibarən nəticə görməyə başladım. Allah sizdən razı olsun! Haqqınızı halal edin! Belə həkimimizin olması bizim üçün böyük uğurdur. Ömür boyu sizə minnətdar olacağam. Hər şey üçün çox təşəkkür edirik! Çox sağolun!”

Pasiyen Pərvin Elçinli

Ölümcül Pemfiqus xəstəsi

5,0 rating
12/09/2019

“Mən bir xəstə kimi 11 həkim gəzdim fəqət, mənim xəstəliyim barəsində heç birisi bir söz deyə bilmədi, bilənlər isə müalicə edə bilmədi. Sağ olsun bizim Mehdi həkim dəqiq diaqnoz qoydu və müalicəyə başladı. Müalicə qısa müddətdə təsirini göstərdi və indi Allaha çox şükür yaxşıyam. Allah köməyi olsun Mehdi həkim ki, bizim kimi xəstələri sağaldır.”

Pasiyent Qoşqar Əliyev



Rəy bildir



Ümumi reytinq

5
5,0 rating
5 ulduzdan 5 (Ümumilikdə 4 rəydən}
Əla100%
Çox yaxşı0%
Yaxşı0%
Pis0%
Çox pis0%

HAQQIMDA


Doktor ilə görüş vaxtı təyin et

İŞ SAATLARI




Doktor ilə əlaqə yarat

ƏLAQƏ MƏLUMATLARI


(051) 444 66 44

(051) 444 66 44


Randevu Al



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.