Uşaqlarda qəhvəyi ləkələr təhlükəlidirmi ?

uşaqlarda-qəhvəyi-ləkələr-1200x602.jpg

Uşaqlarda qəhvəyi ləkələr anadangəlmə və sonradan qazanılmış ola bilər. Anadangəlmə qəhvəyi ləkələr uşaq doğulduqdan həmən sonra aşkar edilir. Bütün qəhvə rəngli ləkələr doğuşdan aşkar edilmir. Bəzi uşaqlarda kongenital qəhvəyi ləkələr iki yaşına qədər olan periodda istənilən vaxt meydana çıxa bilər. Dəridə anadangəlmə qəhvəyi ləkələr əksərən genetik pozuntular fonunda yaranır. Bunların müalicəsi və aradan qaldırlması mümkün olmur. Lakin, dəridə kongenital qəhvəyi ləkələr ciddi sistem və sindromik xəstəliklərdən xəbər verə bilər. Genodermatoz deyilən dərinin genetik xəstəlikləri bir çox hallarda dəridə qəhvəyi və ağ ləkələr ilə başlaya bilər. Bu baxımdan valideynlər dəridə ağ və qəhvəyi ləkələr problemlərinə qarşı biganə olmamlıdırlar və zamanında dermatoloqa müraciət etməlidirlər.

Uşaqlarda qəhvəyi ləkələr əksərən ciddi xəstəliklərin xəbərcisi olur. Belə ki, genetik dəri xəstəlikləri dəridə ləkələr və törəmələr şəklində başlasa da uşaq böyüdükçə sistem xarakteri daşıyır və daxili orqan xəstəlikləri də törədir. Əsasən əqli gerilik, epilepsiya başda olmaqla nevroloji problemlər, skolioz, kifoz, lordoz kimi sümük problemləri, endokrin sistem xəstəlikləri, immunçatışmazlıq və s. kimi problemlər yarana bilər. Belə ciddi xəstəliklərin həyati təhlükəli fəsadlarının qarşısını zamanında almaq üçün erkən diaqnoz vacibdir. Dermatoloq Mehdi İskəndərli əlavə edir ki, erkən diaqnoz üçün valideynlər uşaq dərisinin qəhvəyi ləkələri ilə peşəkar dermatoloqa müraciət etməlidirlər. 

Dəri həkimi Mehdi İskəndərli həm də onu qeyd edir ki, uşaqlarda qəhvəyi ləkələr hər zaman genetik dəri problemləri ilə əlaqəli yaranmır. Bəzi hallarda dəridə qəhvəyi ləkələr qazanılmış olur və müalicələrə tabe olaraq aradan qalxır. Hətta bəzi qəhvəyi ləkələrin tam müalicəsi mümkündür. Dərinin qəhvəyi ləkələri bir çox hallarda infeksioz mənşəli olur. Bu cür qəhvəyi ləkələrin müalicəsi daha asandır. Lakin, uşaqlarda dəri bərkiməsi ilə özünü göstərən qəhvəyi ləkələr də yarana bilər. Əsasən aşağı ətraflarda və bədəndə bu cür qəhvə rəngli ləkələr zamanla sərtləşir. Dəridə bərkimə verən bu cür dəri xəstəliklərinin müalicəsi çətin olsa da mümkünsüz deyildir. Valideynlər qətiyyən ümidsiz olmamlıdırlar. Uşaqda qəhvəyi ləkə problemi çarəsiz deyildir. 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


17 şərh var

  • Rehime

    13/05/2023 at 21:42

    Salam hekim menim 24 yasim var ve bedenimde qehveyi rengde lekeler emele gelir evelce qasinti olur sonra leke cixir hemen qasinan yere nedendi o onun birdefelik caresi varmi gedsin birde olmasin cox narahat edir meni bu qasinti leke

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Qəhvəyi ləkənin mənşəyindən asılıdır. Bəzi ləkələr var ki, biryolluq həlli vardır. Müraciət edə bilərsiz. Yardım edərik sizə.

  • Zəhra seyidova

    06/04/2022 at 22:46

    Salam dr.mənim qardaşım qızının 3 yaşı var və gobək hissəsində iki açıq qəhvəyi rəngdə ləkə var..bu təhlukəli ola bilər?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Bəli qəhvəyi ləkələrin mütləq mənşəyi vaxtında təyin edilməlidir və çarəsinə vaxtında baxılmalıdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə

  • Ayten

    08/12/2021 at 13:21

    Salam hekim .Sizinlə necə əlaqe yarada bilərik .Zəhmət olmasa deyerdizdə

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam.
      Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️

  • Aysu

    21/08/2021 at 11:49

    Salam hekim 24 gunlul oglum var.Anadan olanda ciyninde qehveyi leke var idi. Emisi oglundada var o lekelerde. Ama onda coxdur onda 3 4 cu ayda emele gelibmis. Emisindede nevrofibromotoz var…. 40 yasi var.
    Ama yoldsasimda yeni usagin atasinda birce sag qolunda 1 denr qehveyi leke var. Normaldir yeni. Hec bir problemi yoxdur. Indi men bilmek isteyirem goren oglumdaki lekede nevrofibromotozdyr? Dogulanda usag hekimunden soruwdum orda baxilanda dediki kecib gedecek. Ama men o lekeye oxsadiram.. belkede hekim bilmirki ata ternfde var bular.

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Bu sualın cavabını vermək üçün mütləq əayni müayinələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə

  • Anonim

    03/08/2021 at 04:30

    Salam həkim.Menim kürək nahiyəmin müəyyən yerlərində ölçüləri kiçik biraz da orta olan açıq qəhvəyi ləkələr var.Anadangelme deyil,sonradan yaranıb.Salisil spirti ilə silende ləkənin rəngi solur amma birdəfəlik getmir.Sebebi nə ola bilər?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Belə əlmaətlər verən dəri xəstəliyi çoxdur. Mənşəyini təyin etmək üçün mütləq əyani müayinələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə.

  • Şehnur

    11/07/2021 at 02:27

    Salam hekim menim qızımın dogusdan her iki üzündə boynunda böyük qehvəyi rengde ləkə var .İndi 10-yası var ləkə evvelden nece idi hələdə qalıb . Bunun müalicəsi varmı ? Saglam usagdı

    Reply

  • Şehnur

    11/07/2021 at 01:54

    Salam hekim.Mənim qızımın 10 yaşı var.dogusdan üzünün her iki tərəfində,birde boynunda böyük qəhvəyi rəngdə ləkə var .Bunun müalicəsi varmı .usaq saglamdı

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Bu suala cavab vermək üçün xəstə müayinə edilməlidir. Ləkənin mənşəyi təyin edilməlidir. Müalicə üsulları ləkənin növünə görə dəyişir. Hörmətlə

  • Bəyim

    03/07/2021 at 14:08

    Salam doktor mənim oğlumun 4 yaşı var kürəyində və çiynindən aşağıda qəhvəyi ləkələr əmələ gəlib bu hansı xəstəliyin əlaməti ola bilər

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Müayinə etmədən bu suala cavab vermək çətindir. Cünki, elə ləkələr var heç bir daxili xəstəlikdən xəbər vermir. Onu sadəcə qorumaq lazımdır və ya ləğv etmək lazımdır. Eləsi var bəli yoxlamağa ehtiyac yaradır. Müraciət edə bilərsiz sizə yardım edərik. Hörmətlə

  • Sevinc

    28/05/2021 at 14:35

    Salam doktor mənim qızım 9 aylıq dı .Doğunla qarnın da 3 yerdə qəhvəyi ləkə var idi. Və getdikcə artır.Yoxlatmışıq neyrofibtomatozis ola bilər deyilib.Amma sual altındadır o xəsdəliyin heç bir əlaməti yoxdur uşaqda.Bu soradan öznü biruzə verə bilər ? Yoxsa ilk başdan bildirir ?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam Sevinc x. Bəli sonradan yava yavaş neyrofibromatozun digər əlamətləri də verə bilər. Hörmətlə

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN