Sızanaq xəstəliyinin müalicəsi və roaccutane

Sızanaq-xəstəliyinin-müalicəsi-1200x714.png

Sızanaq xəstəliyinin müalicəsi uzun müddət tələb edir. Akne xəstələri tərəfindən mütəmadi qaydada çivzələrə qulluq tələb edilir. Sızanaq terapiyası üçün yerli antibakterial kremlər, keratolitik losionlar, retionid kremləri, hormonlar kremlər istifadə edilir. Lakin, bir qədər şiddətli akne formalarında daxilə antibiotiklər, hormonal həblər verilir. Fəqət bu dərmanlardan savayı son zamanlar bütün mütərəqqi səhiyyə sisteminə sahib ölkələrdə sızanaqların müalicəsi yeni üsullarla aparılır. Belə ki, retinoid qrupu içərisində baxılan oral izotretinoin molekulası və ya soydaşlarımız tərəfindən roaccutane dərmanı kimi tanınan terapevtik maddə akne xəstəliyinin müalicəsi üçün çox uğurla istifadə edilməkdədir. 

Möcüzəvi təsirlərə malik oral izotretinoin dərmanı sızanaq xəstəliyinin müalicəsi üçü çox önəmli preparatdır. Roaccutane dərmanı ilə yağlı dəri problemi həll edilir. Paralel şəkildə yağlı saçlar problemi aradan qalxır. Üzdəki irinli çivzələr aradan qalxır. Daxilə qəbul edilən izotretinoin dərmanı ilə hətta sızanaq xəstəliyindən biryolluq qurtulmaq da mümkündür. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, roaccutan dərmanı ilə akne xəstəliyinin tam müalicəsi vəd edilə bilər. Cünki, bu dərman potent antiakne təsirlərə sahibdir. Bir çox sızanaq xəstələri oral izotretinoin dərmanı ilə üzdəki sızanaq probleminə biryolluq çarə tapa bilmişlər. 

Fəqət unutmaq lazım deyil ki, sızanaq xəstəliyinin müalicəsi üçün bu dərman yalnız peşəkar dermatoloq tərəfindən təyin edildikdən sonra qəbul edilməlidir. Dəri həkimi Mehdi İskəndərli vurğulayır ki, oral izotretinoin dərmanı qaraciyərə ciddi toksik təsirə malikdir. Bundan başqa döldə eybəcərliklər yarada biləcəyi üçün hamilə qadınlara və hamiləlik planlaşdıranlara əks göstərişdir. Roaccutane dərmanı qəbul edilidiyi müddətcə qan donoru ola bilməz. Qanda hiperlipidemiya yaratma xüsusiyyəti vardır. Dodaqlarda quruluq bütün xəstələrdə yaranır. Bundan əlavə nadir görülən yan təsirləri də vardır. Bu dərman 6-8 ay müddətində peşəkar dəri həkimi tərəfindən təyin edilməklə və xəstənin müalicə sırasında həkim nəzarətində qalmağı şərti ilə təyin edilir. Sızanaq xəstəliyinin müalicəsi zaman və xəstələr tərəfindən səbr tələb edir. Dermatologiya uzmanı Mehdi İskəndərli əlavə edir ki, yalnız vaxtı-vaxtında həkim kontrollarına gələnlər və təmkinli olanlar şəfasına qovuşur.

 

 

 

Uzm. Dr. Mehdi İskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.