Siz öz dəri tipinizi bilirsinizmi?

deri-tipi-1200x674.jpg

Dərinin pigmentlənmə dərəcəsinə görə altı tipi vardır. Dərisinin rəngi ən açıq olan şəxslər I dəri tipinə sahibdirlər. Dərisinin rəngi ən tünd olan şəxslər isə VI dəri tipinə sahibdirlər. Dəri tipi I olan şəxslərdə pigmentlənmə dərəcəsi zəyif olduğu üçün günəşin kanserogen ultrabənövşəyi şüalarından daha pis qorunurlar. Dəri tipi VI olan şəxslərdə dərinin pigmentlənmə dərəcəsi çox yüksək olduğu üçün günəşin kanserogen ultrabənövşəyi şüalarından daha mükəmməl qorunurlar. Deməli, dəri tipi I olanlar dəri xərçəngi əmələ gəlmə baxımından yüksək riskli şəxslərdir. Bu baxımdan dəri tipi I olanlar günəş şüalarından qorunmaq üçün yüksək SPF günəş qoruyucu kremlərdən istifadə etməlidirlər. Azərbaycanda ən geniş yayılmış dəri tipi III və IV-dür. Hər bir insan öz dəri tipini bilməlidir və dəri xərçəngini başda melanoma, bazalioma (BCC), yastı hüceyrəli karsinoma (SCC) əngəlləmək üçün müvafiq dərəcədə günəşdən qoruyucu kremlərdən istifadə etməlidir. Açıq rəngli dəri tipinə sahib olanlar ən azı +50 SPF, tünd rəngli dəri tipinə sahib olan şəxslər isə ən azı +30 SPF günəş qoruyucu kremlərdən istifadə etmələləri məsləhət edilir.

Siz öz dəri tipinizi bilirsinizmi?

Bilmirsinizsə şəkildəki cədvələ baxaraq dəri tipinizi təxmin edə bilərsiniz. Qeyd edək ki, dəri tipinizi ən doğru təyin edən yalnız dermatoloq ola bilər.

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN