Elektron müayinə

ŞƏRTLƏR VƏ QAYDALAR

Şərtlər və qaydalarımız yüksək tibbi xidmət naminə hazırlanmışdır






Şərtlər və qaydalar haqqında


”NARMEN LLC” şirkətinə aid olan www.mehdiiskandarli.com saytında  elektron müayinə xidmətindən istifadə zamanı tətbiq edilən şərtlər və qaydalarla tanışlıq: 

Giriş

www.mehdiiskandarli.com saytının elektron müayinə (e-müayinə) şöbəsində online tibbi xidmət verilir. E-müayinəsi zaman hər bir pasient dəri, dırnaq, saç, ağız boşluğu və cinsi yolla keçən zöhrəvi xəstəliklərə aid şikayətlərlə müraciət edə bilər. E-müayinəsi nəticəsi olaraq həkim pasientlərə resept təyin edir. Lakin, e-müayinə xidmətindən istifadə edə bilmək üçün aşağıdakı şərtlər və qaydalarla tanış olmalısınız. Şərtlər və qaydalarla razı olduğunuz təqdirdə e-müayinə xidmətindən yararlana biləcəksiniz. Əks təqdirdə e-müayinə xidmətindən istifadə edə bilməyəcəksiniz.

Qaydalar və şərtlər

1. E-müayinə xidmətindən istfadə edə bilmək üçün www.mehdiikandarli.com saytında qeydiyyatdan keçməlisiniz
2. Qeydiyyatdan sonra onlayn qaydada e-müayinə ödənişi edilir.
3. Ödəniş ƏDV daxil 60 AZN təşkil edir və 15 gün ərzində keçərlidir.
4. Qeydiyyatdan keçədikdən sonra şikayətləriniz e-müayinə portalı, whatsapp, email, feysbuk, instaqram və digər sosial media vasitələri üzərindən qəbul edilir.
5. Şikayətlər yazılı mətn, video və şəkil formatında ola bilər.
6. Şikayətləriniz əsasında həkim sizə ilkin diaqnoz və ya son diaqnoz qoyur.
7. Müalicə məqsədi ilə təyin edilən resept emailinizə və digər sosial media vasitəsiylə sizə göndərilir
8. Müalicənin nəticəsini öyrənmək üçün həkim pasientdən təkrar dəri, saç, dırnaq, ağız boşluğu və analiz nəticələrinin çəkilmiş videosunu və şəkillərini tələb edə bilər.  
9. Həkim ehtiyac olduğu təqdirdə sizi əyani kliniki müayinələr üçün xəstəxanaya dəvət edə bilər və xəstənin müalicə-profilaktikasını kliniki şəraitdə davam etdirə bilər.
10. Əyani müayinə üçün klinikaya müraciət etdiyiniz zaman ödəniş qəbzinizi təqdim ediyiniz təqdirdə sizdən təkrar ödəniş alınmayacaq.  
11. Bütün dəri xəstəlikləri e-müayinə ilə həll edilə bilməz.
12. Bir qism xəstəliklər üçün həkim sizi mütləq klinikaya dəvət edəcəkdir.
13. Şikayətləriniz 24 saat ərzində cavablandırlacaq 
14. Şikayətlərinizə baxılandan sonra heç bir halda ödəniş geri qaytarılmayacaq. 


Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.