Qızıl yelin müalicəsi nə qədər çəkir ?

qizil-yelin-müalicəsi-2.jpg

Qızıl yelin müalicəsi üçün pasientlər tərəfindən tez-tez randevular alınır. Qızıl yel xəstəliyi aşağı ətraflarda tez-tez görülən dəri problemlərindən biridir. Əsasən baldırın ön tərəfində ağrılı qızartılı şişkinlik formasında göstərir. Lakin bədənin istənilən yerində qızıl yel xəstəliyinə bağlı dəridə ağrılı qızartılar yarana bilər. Bu xəstəlik infeksioz bir dəri xəstəliyidir. Bakterialar tərəfindən törədilən yumşaq toxumanın kəskin iltihabı reaksiyası dəri xəstəliyini meydana gətirir. Əsasən baldırda ağrılı qızartılar formasında özünü göstərir. Qeyd edilən dəri xəstəliyinin daha kəskin formasında dəridə su qabarcıqları da yarana bilər. Daha ağır formda qızdırma, halsızlıq və digər sistem əlamətləri də yarana bilər. Lakin, ayaqda ağrılı qızartılar ilə özünü göstərən dəri xəstəlikləri çoxdur. Baldırda ağrılı şişmə verən hər dəri xəstəliyiniə qızıl yel problemi kimi baxmaq olmaz

Qızıl yelin müalicəsi ilə məşqul olmadan əvvəl ən yaxşı dermatoloq öncə diaqnozu dəqiqləşdirir. Cünki, özünü qzıl yel xəstəliyinə bənzədən başqa dəri xəstəlikləri vardır ki, müalicələri daban-dabana ziddir. Odur ki, dəri xəstəliyinin səhv müalicəsindən yan keçmək üçün diaqnoz dəqiqləşdirilməsi mütləqdir. Dermatoloq Mehdi İskəndərli qeyd edib ki, qızıl yel xəstəliyi diaqnozu üçün həkim xəstədən əlavə olaraq laborator, radioloji, histopatoloji, mikrobioloji və s. testlərdən keçirdə bilər. Nadirən olsa da dəri biopsiyası tələb edilə bilər. Dəri həkimi Mehdi İskəndərli həm də onu qeyd edib ki, pasientlər bəzən bu xəstəlik üzərində özfəaliyyət göstərdikləri üçün qızıl yel fəsadlaşması və sepsis yəni mikrobun qana keçməsi baş veririr. Belə olan halda xəstənin həyatı üçün təhlükə yaranır, qızıl yel xəstəliyinin müalicəsi daha da qəlizləşir.

Qızıl yelin müalicəsi
Ayaqda ağrılı qızartı

Dermatologiya uzmanı sonda qeyd edib ki, qızıl yelin müalicəsi mümkündür. Qızıl yelin tam müalicəsi vardır. Dermatoloq həkimə zamanında müraciət edilərsə fəsadsız olaraq bu xəstəlikdən tam qurtulmaq mümkündür. Qızıl yel xəstəliyinin müalicəsi ilkin etaplarda başlanılarsa 2 həftə ərzində xəstəlikdən tam qurtulmaq mümkündür. Lakin bəzi xəstələr fəsadlaşma zamanı müraciət etdikləri üçün xəstənin hospitalizasiya edilməsi və həftələrcə çəkən uzun müalicələr alması tələb oluna bilər.

 

 

dermatoloq mehdi iskəndərli

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


3 şərh var

  • Ulkar

    05/10/2023 at 22:54

    Salam doxdur yoldasım gemidedi, ayağını tutub qızıl yel hastalığı, özü çıxa bilmir sadece dermanları aldıra bilir. Nece yardım ede bilerik ona zehmet olmasa kömek ederdiz. Düşdükden sonra müalice etdirecek. Müalice yolunu deyerdiz

    Reply

  • Mikayil Aslanov

    17/07/2021 at 09:07

    Dokdurla necese elaqe saxlamaq munkundu

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://www.pulludemrov.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN