Papillomaların müalicəsi necə aparılmalı ?

Papillomaların müalicəsi dermatologiyada bir çox üsullarla aparılır. Dermatoloq həkimlər tərəfindən ən çox üstünlük verilən metod maye azot və ya krioterapiya üsulu hesab edilir. Maye azot üsulu ilə sadəcə papillomalar deyil, digər dərinin xoşxassəli törəmələrinin yandırılması da icra edilir. Daha dəqiq desək genital ziyillərin yandırılması, molluskum kontagiozumun ləğvi, ət xallarının müalicəsi, kandilomaların yandırılması, əllərdə və ayaqda ziyillərin müalicəsi və digər cinsiyyət bölgəsinin törəmələrinin müalicəsi məhz bu üsula dayanır. Dermatoloq Mehdi İskəndərli onu da qeyd edib ki, sadəcə  xoşxassəli dəri törəmələrinin yandırılması deyil, eyni zamanda  dərinin bədxassəli törəmələrinin yandırılması da maye azot üsuli ilə mümkündür. 

Papillomaların müalicəsi dəri həkimi tərəfindən ağrısız və təhlükəsiz şəraitdə aparılır. Maye azotla müalicə zamanı yerli keyitmə proseduruna belə ehtiyac duyulmur. Krioterapiya metodu ilə papillomaların dondurulması sırasında sızlama və göynəmə hissindən əlavə ağrı hiss edilmir. Maye azot -196 dərəcədə olur. -196 dərəcədə istənilən dəri törəməsi dərhal destruksiyaya uğrayır və qısa zamanda toxumalarda nekroz hadisəsi baş verir. Prosedurdan 7-10 gün ərzində papillomalar nekroza uğrayayaraq qaralıb ortadan qalxır. Dəri həkimi Mehdi İskəndərli əlavə edir ki, krioterapiya müalicəsi uşaqlarda və hamilə qadınlara da tətbiq edilir. Hamilə qadınlarda genital kandilomaların ləğvi əksərən krioterapiya ilə müalicə üsuluna əsaslanır. Uşaqlarda molluskum müalicəsi maye azotla da icra edilə bilər. 

Papillomaların müalicəsi sırasında ciddi olmayan yan təsirlər meydana gələ bilər. Dermatologiya uzmanı Mehdi İskəndərli qeyd edir ki, su toplayan qovuqcuqlar, qaşıntı, qızartı ən sıx görülən yan təsirlərdir. Atrofik çapıqlar, ağ rəngli ləkələr, qəhvəyi ləkələr də sıx görülən yan təsirlərdəndir. Lakin, ümumilikdə krioterapiya proseduru ciddi həyati təhlükəli yan təsirlərə sahib olmayan bir müdaxilədir. Müxtəlif mənşəli papillomalardan əziyyət çəkən uşaqlar, böyüklər, hamilə qadınlar bu üsula müraciət edə bilərlər. Prosedur törəmələrin sayından asılı olaraq 10-15 dəqiqə vaxt aparır. Dr. Mehdi İskəndərli sonda əlavə edib ki, bütün xallar və törəmələr maye azotla götürülə bilməz. Ehtiyac olarsa dermatoloq törəmələrin diaqnostikası üçün dermatoskopiya apara bilər. 

 

 

 

Uzm. Dr. Mehdi İskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.