Ocaqlı dazlıq xəstəliyi müalicəsi haqqında

ocaqli-dazliq-xəstəliyi-müalicəsi.jpg

Ocaqlı dazlıq xəstəliyi müalicəsi çətin və mürəkkəb prosesdir. Ocaqlı alopesiya xəstəliyi olan soydaşlarımızın müalicəsi və profilaktikası bəzən ömür boyu davam edə bilər. Lakin, bütün ocaqlı dazlıq problemi olanlara bu şamil edilmir. Təbii ki, bəzi xəstələrdə ocaqlı dazlıq xəstəliyi epizodik xarakter daşıyır. Ümumiyyətlə ocaqlı dazlıq xəstəliyinin müalicəsi saç tökülməsinin şiddətindən də asılıdır. Dermatoloq Mehdi İskəndərli əlavə edib ki, ocaqlı saç tökülməsi problemi əgər geniş sahələri əhatə edirsə bu xəstəliyin müalicə uzun müddət tələb də bilər. Əgər saçların ocaqlı tökülməsi lokal xarakter daşıyırsa problemin həlli daha az müddət ala bilər. 

Ocaqlı dazlıq xəstəliyinin müalicəsi yüngül formalarda yerli müalicələrlə aparılır. Ocaqlı saç tökülmələri olan yerlərə yerli kortkiosteridlər, D vitamini anoloqları, immunomodulator kremlər və qıcıqlandırıcı losionlar təyin edilir. Dəri həkimi Mehdi İskəndərli vurğulayır ki, dermatoloq ocaqlı alopesiya sahələri olan yerlərə inyeksiya yolu ilə preparatların yeridilməsi üsuluna da baş vurmaq olar. Uşaqlarda ocaqlı alopesiya xəstəliyinin müalicəsi bir qədər böyüklərdən fərqli yanaşma tələb edir. Uşaqların dərisi incə və tam yetkin olmadığı üçün böyükülər üçün nəzərdə tutulan müalicələr olduğu kimi təyin edilmir. Uşaqlarda ocaqlı alopesiya zamanla öz-özünə sağalma tendensiyası olduğu üçün trixoloq-dermatoloq gözləmə mövqeyi də göstərə bilər. 

Ocaqlı dazlıq xəstəliyi müalicəsi total alopesiya və universal alopesiya formasında olanlarda daha ağır dərmanlarla aparıla bilər. Sistemik kortikosteroidlər başda olmaqla digər immunosupressiv müalicələr xəstələr üçün təyin edilir. Dermatologiya uzmanı Mehdi İskəndərli qeyd edir ki, bu dərmanlar ciddi yan təsirlərə malik olduğu üçün xəstələr peşəkar dermatoloq tərəfindən nəzarətdə olmalıdırlar. Cünki, total dazlıq və universal dazlıq problemi olanlarda müalicələr uzun müddət davam edə bilər. Saçların ocaqlı tökülməsi ilə özünü göstərən bu xəstəliyin yeni müalicə üsulları vardır. Alopesiya areata xəstəliyinin müalicəsi çətin olsa da bu xəstələr ümidsiz olmamlıdırlar. Cünki, bir çox xəstələrdə müalicələr öz effektini verir. Bundan başqa trixologiya sahəsinin parçası olaraq alopesiya areata xəstəliyi müalicəsi üçün çoxlu elmi araşdırmalar aparılır və hər dəfə yeni müalicə üsulları ortaya qoyulur. 

 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN