Ocaqlı alopesiya və ya ocaqlı dazlıq xəstəliyi

Alopecia_areata-1.jpg

Ocaqlı alopesiya və ya alopecia areata xəstəliyi avtoimmun mənşəli saç tökülməsi hesab edilir. Saç tökülməsi bədənin istənilən yerində yarana bilər. Əsasən başda tala tala tökülmə, qaş tökülməsi, kiprik tökülməsi və saqqal tökülməsi formasında meydana gəlir. Lakin, qasıqda, qoltuqda, bədəndə, aşağı və yuxarı ətraflarda tük tökülməsi də yarana bilər. Alopesiya adətən tala-tala saç tökülməsi ilə özünü biruzə verir. Ən ağır formalarda saç tökülməsi bütün başı və bütün bədəni əhatə edə bilər. Xəstəliyin yaranmasında həm endogen, həm də ekzogen səbəblər rol oyanıyr. Dermatoloq səbəbi və yanaşı gedən xəstəlikləri araşdırmaq üçün əlavə analizlər tələb edə bilər. Lakin ocaqlı alopesiya xəstəliyinin yaranması emosional stres, psixiatrik xəstəliklər ilə yaxından əlaqəlidir. Stres avtoimmun mexanizmləri işə saldıqdan sonra tük kökünə immun hüceyrələrinin hücum etməsi nəticəsində saçlar və tüklər tökülərək alopesiya yaranır. Ocaqlı alopesiya daxili xəstəliklərin avtoimmun pozuntusu fonunda da yarana bilir.  Ocaqlı dazlıq başqa dəri xəstəlikləri ilə də yanaşı gedə bilər. Uşaqlarda ocaqlı dazlıq mənfi proqnoz əlamətidir. 

Ocaqlı alopesiya xəstəliyinin müalicəsi çətindir, lakin mümkünsüz deyildir. Tökülmüş saçları bərpa etmək mümkündür. Həm yerli, həm daxilə verilən müalicələrlə ocaqlı dazlıq ilə əlaqəli saç tökülməsi problemini qismən, ya da tam şəkildə düzəltmək olur. Əlavə olaraq tala-tala saç tökülmə sahələrinə müxtəlif tərkibli inyeksiyalar da vurula bilər. Ocaqlı dazlıqdan əziyyət çəkənlər ümidsiz olmamalıdırlar. Bu xəstəliyin müalicəsi vardır. İstənilən halda ocaqlı alopesiya ilə əlaqəli saç tökülmələrindən əziyyət çəkən xəstələr davamlı qaydada mütləq dermatoloq nəzarətində qalmalıdırlar. Trixologiyanın bir parçası olsa da trixoloq axtarışı tələb etmir. Xəstəliyin proqressivləşərk total alopesiya və universal alopesiya formasına keçməsinin qarşısını almaq üçün həkimin təyin etdiyi müalicə və profilaktika tədbirləri də mütəmadi qaydada görülməlidir. Ənsədə saç tökülməsi mənfiq proqnoz əlamətidir. Xüsusən uşaqlarda ənsədə saçların tökülməsi xəstəliyin ciddiyətindən və ocaqlı saç tökülmənin müalicəsi və profilaktikasının çətinliyindən xəbər verir. Lakin valideynlər və pasientlər ümidsiz olmamlıdır. Ocaqlı alopesiyanın müalicəsi və profilaktikası vardır. Tökülən saçların bərpası mümkündür. 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


5 şərh var

  • Aytən İmanova

    26/07/2021 at 01:33

    Həkim, onu da qeyd edim ki ,zob xəstəliyindən də əziyyət cəkirəm.Bəlkə də ,o xəstəliyi yaradan odur məndə.Dazlaşmadan utaniram.Əsas da görunən yer olanda tramma yaşayir,özumə qapaniram.Həkimə muraciət etmisəm sadəcə həmin yerə sans.spirtlə silməyimi ve yod çəkməyimi ,quruduqdan sonra isə gənəgərcək yagini cəkməyimi deyib.Ama bu da dərimi yandirir.?

    Reply

  • Aytən İmanova

    26/07/2021 at 01:27

    Salam,həkim.Mən bu xəstəlikdən 4 ildir əziyyət çəkirəm.Müalicə olunuram tük gəlir.Ama növbəti yeni ildə yenidən tökülür.Pxixoloji təsir edir.Əvvəllər qaşınma yox idi.Sonradan qaşınma da var.Xahiş edirəm heç olmaya təbii yollarla necə əlac edilməlidir onu yazin.Bu il dermatoloq başıma iynə vururdu.Lakin əks tesir göstərdi.Hormonal problemlərim oldu.Şışkinlik yarandi.Məni görənlər nə qədər kokəlmisən deyə lag edirdilər.Halbu ki hormonal pozuntu idi.D vitamini çatişmamažligi və qan azligi var məndə.Hər il qan iynəsi vurulur mənə.

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Bu xəstəliyin təbi yollarla müalicəsi yoxdur. Başqa müalicələr verilə bilər. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə

  • Asif

    27/12/2020 at 12:28

    Salam Zehmet olmasa suali cavablandırardız . Mənim üz tükllərim yəni saqqalım tökülür keçəlləşir nə edə bilərəm?

    Reply

    • dermatoloq mehdi iskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      29/12/2020 at 19:28

      Salam Asif bəy. Müraciət edə bilərsiz yardım edərik. Öz başına və müayinəsiz dərman istifadəsini məsləhət etmirik. Tökülməni daha da artıra bilər. Ona görə müayinə və müalicə üçün klinikamıza müraciət edə bilərsiz. Hörmətlə

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN