Bizə güvənin

MƏXFİLİK SİYASƏTİ

Bütün gizli məlumatlarınız qorunur






Məxfilik siyasətimiz haqqında


”NARMEN LLC” şirkətinə aid olan www.mehdiiskandarli.com istifadəsi zamanı istifadəçilərdən əldə edilmiş məxfi məlumatlar haqqında qaydalar;

1. Məlumatların toplanması

Siz bu saytda qeydiyyatdan keçdikdə, hesabınıza daxil olduqda və çıxış etdikdə sizə aid olan bəzi məxfi məlumatlar avtomatik qaydada əldə olunur. Bu cür məxfi məlumatlara sizin adınız, soyadını, elektron poçtunuz, mobil nömrəniz, kredit kartı məlumatları, sağlamlığınız haqqında yazılı, şifahi və multimedia formatında infromasiyalar daxildir. 

2.  Məlumatların istifadəsi

Sizdən alınan məxfi məlumatlar istifadə edilə bilər. Elektron müayinənin səmərəliyni və tibbi xidmətin effektivliyini artırmaq naminə bu məlumatlara müraciət edilə bilər.  Pasientlərin tibbi maarifləndirməsi və bu yolla xəstəliklərin profilaktikası üçü əldə edilmiş məxfi məlumatlardan pasientlərin sağlamlığı naminə istifadə edilə bilər. Retrospektiv elmi araşdırmalar məqsədi ilə sizdən əldə edilmiş statistik xarakterli infromasiyalar istifadə edilə bilər. 

3.  Şəxsi məlumatların qorunması

Saytda daxil etdiyiniz bütün məxfi məlumatlar yalnız bizə aiddir və bu məlumatlar heç bir halda üçün şəxslərə nə satılır, nə də ötürülür. Pasientlərin şəxsi və tibbi məlumatları bizim portalda güvənli bir şəkildə qorunur və bu məlumatlar yalnız pasientlərin sağlamlığı naminə istifadə edilir. 

4.  Məlumatların üçüncü şəxslərə açıqlanması

Biz pasientlərin şəxsi və tibbi məlumatlarını satmırıq, dəyişmirik və kənar şirkətlərə ötürmürük.

5.  Məlumatların qorunması

Şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müxtəlif təhlükəsizlik əlavələrindən istifadə edirik. Xidmətlərimizdə SSL şifrələməsini fəal şəkildə istifadə edirik. Yalnız xüsusi tapşırıqla çalışan şəxslər (məsələn, texniki dəstək və ya ödənişlərin həyata keçməsi) şəxsi məlumatlara giriş edə bilər.

Məxfi məlumatların qeyd olunduğu serverlər və kompüterlər təhlükəsiz mühitdə saxlanılır.

Biz kredit kartların məlumatlarını saxlamırıq və kredit kartıilə bütün əməliyyatlar bankın saytında həyata keçir.

6.  «cookie» faylların istifadəsi

Bizim «cookie» faylları sayta giriş imkanlarını yaxşılaşdırmaq və təkrar sayta dönüşlərin müəyyən etmək üçün istifadə olunur. Bundan əlavə, onlar ən çox tələb olunan sorğuları izləməyə imkan verir. «cookie» faylları heç bir məxfi məlumatları ötürmür.

7.  Razılıq

Veb saytımızın xidmətlərindən istifadə edərək, avtomatik olaraq məxfilik siyasətilə razılaşırsınız.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN