Gənə xəstəliyinin müalicəsi varmı ?

gənə-.jpg

Gənə xəstəliyinin müalicəsi ölkəmizin dermatologiya gündəmində duran bir nömrəli sualdır. Pasientlər tərəfindən tez-tez gənə xəstəliyi müalicə olunurmu sualı ünvanlanır. Əvvala onu söyləmək lazımdır ki, gənə adında bir xəstəlik yoxdur. Elmi adı demodex folliculorum olan və zooloji olaraq gənələr qrupuna daxil olan bu mikrob üz dərisində yerləşən kommensal bir canlı kimi hər bir insanda mövcuddur. Daha dəqiq desək üz dərisindəki yağ vəzləri və tük köklərində yaşayan canlılardır. Bağırsaqlarda necə çoxlu sayda mikrob koloniyalar var, eləcə də üz dərisində demodex folliculorum dediyimiz gənə koloniyaları vardır. Dərisində heç bir səpgisi olmayan insandə belə gənə vardır. Bağırsağın normal florasına daxil olan bakteriyaları tamamiylə məhv etmək necə mümkünsüzdürsə, dərinin normal florasına daxil olan gənəni də tamamiylə təmizləmək mümküsüzdür. Bəs nədən bəzi xəstələr və həkimlər gənə xəstəliyinin müalicəsi adı altında bu parazitin dəridən tamamiylə təmizlənməsinə çalışırlar ?

Gənə müxtəlif tipli dəri xəstəliklərinin yaranmasında iştirak edirlər. Bu xəstəliklər də gənələrin sayları dəfələrcə artır və dəri xəstəliklərini törədirlər. Demodex folliculorum mikroblarının sayını azaltmaq üçün gənə əleyhinə preparatlar istifadə etmək olar. Lakin sadəcə gənə preparatları ilə dəri xəstəliklərini müalicə etmək mümkün deyildir. Gənənin də iştirak etdiyi dəri xəstəliklərinin müalicəsində başqa preparatlar da istifadə edilməlidir. Dermatoloq əgər düzgün kompleks müalicələr təyin edərsə xəstənin bütün şikayətləri aradan qalxaraq üz dərisi səpgilərdən azad olar. Fəqət dəridən götürülən gənə testi hər zaman müalicələrdən sonra belə müsbət çıxa bilər. Belə olan halda gənənin tam təmizlənməsi üçün əlavə müalicələrə gərək duyulmur. Cünki bu parazit heç bir zaman dəridən təmizlənə bilməz. Gənə xəstəliyinin müalicəsi adı altında demodex folliculorum mikrobundan qurtulmaq adına aparılan bütün müalicələr əbəsdir. Üzdə yaranan sızanaq, çivzə, akne problemlərində isə gənə mikroblarının heç bir rolu yoxdur. Ölkəmizdə çox təəəssüf ki, gənə xəstəliyinin müalicəsi adın altında sızanaq və ya akne müalicələri aparılır ki, bu da xətalıdır və bihudədir. Bu haqqda daha ətraflı növbəti yazılarımızda.

 

 

Uzm. Dr. Mehdi İskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


8 şərh var

  • Ruhengiz Memmedova

    30/12/2019 at 14:46

    salam Mehdi bey menim evladim bu xestelikden 14 ildi ki eziyyet cekir .Uzunde temiz salamt yer qalmayib. Iranda Rossiyada Azerbaycanda uzun muddet mualice alib amma hec bir irelileyis olmayib.Amma herden mualice olmadan bele sakitlesir bir muddet sonra yeniden baslayir. Cox uzun suren bir xestelikdi Artiq hec bir mualice almayir cunku bezib.Bize bir meslehet verin .Onceden tesekkur edirem.

    Reply

    • Uzm. Dr. Mehdi İskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      30/12/2019 at 16:55

      Salam Rühəngiz xanım. Suala görə təşəkükrlər. Bəli bu xəstəlik xroniki xəstəlikdir. Lakin müalicəsi var. Hətta xəstəliyi biryolluq itirməyi vəd edən üsullar da var. Bu problemi səbrlə, mərhələli şəkildə həll etmək mümkündür.

  • Meharet

    05/01/2020 at 23:12

    Salam Mehdi hekim.Menim de ovladimin 18-iz yasi var,ondada uzunde sizanaqlar emele gelib.Dermatoloqa apardim dedi usaqinin sizanaqindan analiz goturmek lazimdir.Buda ancaq Bakidadir.Guya deri altinda gene var.Sizden xahis edirem bu xestelik barede etrafli qeyitler edesiniz ve malicesi barede etrafli yazmagnizi rica edirem.

    Reply

    • Uzm. Dr. Mehdi İskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      05/01/2020 at 23:47

      Salam Məharət bəy. Suala görə təşəkkürlər. 18 yaşında bir xəstədə gənə problemi olmaz. Böyük ehtimal sızanaq xəstəliyindən əziyyət çəkir onun da müalicəsi tamam fərqlidir. Xəstəni müayinəyə gətirsəniz biz onu testlərdən keçirdib müvafiq müalicələr təyin edərik. Sızanaq vaxtında müalicə edilməsə üzündə getməyən çopurlar yarana bilər. Ona görə müalicələr erkən başlanılmalıdır. Hörmətlə
      https://mehdiiskandarli.com/akne-xesteliyi-veya-sizanaq/

  • Seva

    17/01/2020 at 00:12

    Salam doktur. Bu problem mendede var illerdi.hansi testlerden kecmeliyem.butun analizderden kecmisem problem yoxdu deyirler.birce gene var.hansi testlerden kecmeliyem geldikde

    Reply

    • Uzm. Dr. Mehdi İskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      17/01/2020 at 09:56

      Salam Sevda xanım. Sualınız görə təşəkkürlər. Dünyanın heç bir yerində xəstə müayinə edilmədən analiz təyin edilmir. Analiz təyini çox individual məsələdir və hər xəstə üçün müxtəlif olur. Analiz istəyinin standartı olmur. Hər şey xəstə müayinəsinin nəticəsindən sonra məlum olur. Bəzən olur heç analizlərə ehtiyac da olmur. Odur ki, tələsməyin. İlk öncə klinikaya gəlməyə çalışın. Ehtiyac olarsa analizləri biz sizə təyin edəcəyik.

  • EKBEROV TURAL

    29/03/2020 at 11:56

    Salam doktorum menim qardaşın 18 yaşı var bedeni coox qaşınır gene ola bilermi ??

    Reply

    • Uzm. Dr. Mehdi İskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      29/03/2020 at 18:32

      Salam Tural bəy. Suala görə təşəkkürlər. Gənələr əsasən üz dərisində problemlər yaradır. Bədəndə gənə qaşıntı vermir. Başqa səbəblər var onu araşdırmaq lazımdır.

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.