Əllərdə qaşıntı hansı səbəbdən yaranır ?

llərdə-qaşıntı-1200x675.jpg

Əllərdə qaşıntı dermatologiya polikliniklərinə tez-tez müraciət edilən şikayətlərdən biridir. Əllərin qaşıntısı bir çox səbəblərdən yarana bilər. Bunlardan ən önəmli səbəb əllərdə quruluq problemidir. Əlin quru olması qaşıntının bir başa səbəbi ola bilər. Dərini qurudan səbəblər isə əl dərisi ilə təmasda olan allergenlərə bağlıdır. Məsələn, istifadə edilən sabunların aşağı keyfiyyətdə olması dərinin zədələnməsinə səbəb ola bilər. Bəzi insanlarda quru dəri problemi genetik pozuntularla əlaqəlidir. Belə xəstələrdə sadəcə əllərdə quruluq yaranmır. Bədənin bütün nahiyyələrində dəridə quruluq müşahidə edilir. Bu isə öz növbəsində dəridə qaşıntı şikayətini yaradır. Psixoemosional stres faktoru da əllərin qaşınmasına səbəb ola bilər. Belə xəstələrdə əllərin üst hissəsində və lokalizə qaşıntılar yaranır. 

Əllərdə qaşıntı peşə xəstəliyi ilə də əlaqəli ola bilər. Bəzi peşə sahiblərinin daima əlləri müxtəlif allergenlərlə təmasda olduğu üçün əldə qızartı və qaşıntı problemləri yarana bilər. Məsələn, rəssamların əlləri daima sulu və yağlı boyalarla təmasda olduğu üçün əl dərisi qaşıntılı və qızartılı vəziyyətə gələ bilər. Bəzən dəridə qaşıntı və qızartı problemi əlləri aşaraq bədənin digər yerlərinə də keçə bilər. Ümumiyyətlə allergik dəri xəstəlikləri olan insanlarda əllərdə qaşıntı şikayəti tez-tez rast gəlinir. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, əllərdə qaşınma infeksioz mənşəli dəri xəstəliklərinə bağlı da yarana bilər. Əsasən əl barmaq aralarında şiddətli qaşıntılar yaranır və qaşıntılar gecələr şiddətlənə bilir. 

Əllərin qaşınması görsənidiyi kimi polifaktorialdır. Yəni, çoxlu dəri xəstəlikləri və səbəblər əldə qaşıntı verə bilər. Peşəkar dəri həkimi ilk başda sadə görsənin dəri xəstəliyinin dəqiq diaqnostikasını aparmalıdır. Əl qaşınması yaradan səbəb tapılarsa bu problemdən biryolluq qurtulmaq da mümkündür. Dəri həkimi Mehdi İskəndərli onu da əlavə edir ki, problemin səbəbini tapmaq üçün histopatoloji, laborator, mikrobioloji, radioloji, allergik dəri testləri tələb edilə bilər. Diaqnoz və səbəb təyin edildikdən sonra problemin həlli çox asandır. Dermatologiya uzmanı qeyd edir ki, xəstə tərəfindən profilaktika düzgün və mütəmadı qaydada aparılarsa əllərdə qaşınma problemi tamamiylə aradan qalxa da bilər. 

 

 

 

Uzm. Dr. Mehdi İskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.