dəridə-bərkimə-səbəbi.jpg

Dəridə bərkimə səbəbi multifkatorialdır. Yəni, dəridə bərkimə bir çox dəri xəstəlikləri səbəbindən yarana bilər. Dəridə sərtləşmə verən çoxlu sayda ekzogen və endogen səbəblər və xəstəliklər mövcuddur. Dəri bərkiməsi ən çox avtoimmun səbəblərə görə yaranır. Yəni, belə xəstələrdə immun hüceyrələri xəstənin özünün normal hüceyrələrinə qarşı hücum etdiyinə görə dərinin dərin qatlarında kollagen liflərinin sürətli artması müşahidə edilir. Bu isə dərinin dermis və yağ toxuması deyilən təbəqələrində qalınlaşma prosesinə səbəb olur. Kişilərə nisbətən qadınlarda dəri bərkiməsi daha çox görülür. Qadınlarda əsasən qarın dərisində bərkimə daha sıx müşahidə edilir. Lakin, kürək, bel, qollar, aşağı ətraflarda bərikmə də görülə bilər. 

Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, dəridə bərkimə səbəbi nə olursa olsun, belə xəstələrin diaqnozu vaxtında qoyulmalıdır ki, dəridə bərkimə və sərtləşmə prosesinin qarşısı alınsın. Cünki, bu prosesin qarşısı alınmaz isə hadisə dərinin əksər sahələrini, hətta üz nahiyyəsinə qədər gəlib çıxa bilər. Bundan əlavə dəri sərtləşməsi o qədər dərinləşə bilər ki, xəstədə funksional pozuntular yarada bilər. Bu isə xəstənin ən adi hərəkətlərinə əngəl yarada bilər. Əllərdə bərkimə və sərtləşmə də tez-tez görülür. Belə xəstələrin barmaq hərəkətlərində məhdudiyyət yarana bilir. Zamanla dəridə qalınlaşma fonunda əllərdə ağrılı yaralar da meydana gəlir. Belə xəstələrdə baldırlarda bərkimə də müşahidə edilə bilər. 

Dəri həkimi Mehdi İskəndərli bildirir ki, sadəcə böyüklərdə deyil, uşaqlarda dəri bərkiməsi də müşahidə edilə bilər. Uşaqlarda dərinin sərtləşməsi də böyüklərdə olduğu kimi immun sistemə bağlı yaranır. Yəni avtoimmun prosesə bağlı olaraq belə xəstələrdə dəridə bərkimə səbəbi kimi dermisdə və hipodermisdə kollaqen sintezinin normadan artıq olması göstərilir. Dəri bərkiməsinin səbəbi olaraq sistem xəstəlikləri də göstərilə bilər. Yəni belə xəstələrdə daxili orqan və sistemlərin də problemləri aşkar edilə bilər. Dermatologiya uzmanı Mehdi İskəndərli əlavə edir ki, dəri sərtliyi olan xəstələr xüsusi laborator, radioloji, histopatoloji və s. testlərdən keçirilir. Müayinələrin nəticəsindən asılı olaraq xəstəyə müvafiq müalicələr təyin edilir.  Dəridə bərkimənin müalicəsi vardır. 

 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


2 şərh var

  • Gulşən

    03/03/2021 at 01:24

    Salam doktor,sizinlə necə əlaqə saxlaya bilərik?Usagima o diaqnoz qoyulub,amma mən inanmiram

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam Gülşən xanım. Buyurun. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN