Başda qabıqlanma səbəbi kimi bir çox dəri xəstəlikləri suçlu ola bilər. Psoriaz xəstəliyi saçlarda kəpəklənmə verən ən önəmli dəri xəstəliklərindən biridir. Dəridə və saçlarda pullanma yaratdığı üçün buna pullu dəmrov xəstəliyi də deyilir. Belə xəstələrdə sadəcə saçlı dəridə qabıqlanma yaranmır. Eyni zamanda başda şiddətli qaşıntı və qızartı da özünü göstərə bilər. Başda psoriaz bəzi xəstələrdə ənsə nahiyyəsindən başlayır. Lakin bəzilərində saçın ön hissəsində qabıqlı qızartılar meydana gəlir. Digər xəstələrdə saç tökülməsi problemi də əlavə oluna bilər. Dermatoloq Mehdi İskəndərli əlavə edib ki, başında qabıqlı qızartılar olanlarda paralel şəkildə qulaqarxasında kəpək və qulaq keçəcəyində qabıqlanma meydana gələ bilər

Dəri həkimi Mehdi İskəndərli vurğulayıb ki, başda qabıqlanma səbəbi yalnız pullu dəmrov xəstəliyi ilə əlaqəli yaranmır. Saçlarda qabıqlanma verən başqa dəri xəstəlikləri də vardır. Dermatit xəstəliyi skalpda qaşıntılı qabıqlanma problemi yarada bilər. Bu xəstələrdə də qulaqarxasında qabıqlnma meydana gəlir. Saçlarda kəpəklənmə zaman içərisində üzün və bədənin digər nahiyyələrinə də yayıla bilər. Qaşlarda qabıqlanma və burunətrafı qızartılar dermatit problemi olanlarda ən sıxa görülən dəri problemlərdindən bir necəsidir. Dermatit xəstəliyinin də müxtəlif səbəbləri və klinik formaları mövcuddur. Bu baxımdan saçlarda qabıqlı qızartıları olan bütün xəstələri psoriaz kimi qəbul etmək olmaz

Dermatologiya uzmanı Mehdi İskəndərli söyləyir ki, başda qabıqlanma səbəbi nə olursa olsun hər bir halda xəstəliyin müalicəsi mümkündür. Lakin, başda kəpəklənmə verən çoxlu sayda bir birinə bənzəyən dəri xəstəlikləri olduğu üçün diaqnozun dəqiqləşdirilməsi üçün dermatoloq xəstədən əlavə laborator, histopatoloji, radioloji, mikrobioloji, allergik və s. testlər tələb edə bilər. Lakin dəri biopsiyası ən sıx istənilən dəri testi kimi başda qaşıntı və qızartı səbəbini təyin etməkdə ən münasib testlərdən biridir.  Dəri biopsiyası və histopatoloji analiz vasitəsi ilə 100%-lik dəqiqliklə saçlı dəridə qabıqlanma probleminin səbəbini təyin etmək mümkündür. Uzman həkim Mehdi İskəndərli sonda qeyd edib ki, skalpda qaşıntılı qabıqlanma problemini ən müasir yollarıla müalicə etmək mümkündür. Bu baxımdan xəstələr ümidsiz olmamlıdırlar. 

 

 

 

Uzm. Dr. Mehdi İskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.