Baldırda qaşıntı səbəbi nədir ?

Baldırda-qaşıntı-səbəbi.jpg

Baldırda qaşıntı səbəbi ilə randevu alan pasientlərin sayı çoxdur. Baldırlarda qaşıntı şikayəti ilə müraciət edənlərin  əksəriyyəti qadın pasientlərdir. Lakin, kişi xəstələr də baldırda qaşınma şikayəti ilə tez-tez müraciət edirlər. Hətta pediatrik qrupda da baldırların qaşınması probleminə rast gəlinir. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, aşağı ətraflarda qaşıntı əksər hallarda hər hansı bir qızartı və səpgi ilə özünü göstərmir. Baldırın qaşınması sağlam dərinin gicikməsi ilə başlayır. Dəridə qaşıntı o qədər şiddətli ola bilər ki, qaşımaya bağlı dəridə ikincili qızartılar və eroziyalar yarana bilər.  Lakin, bəzi insanlarda baldırda qaşınmanın səbəbi birincili qızartılar və qaşıntılı səpgilərin ucbatından olur. Belə xəstələrdə dizdən aşağı nahiyyədə qaşıntılı qızartılar, qəhvəyi ləkələr, qançırlar və yaralar  ola bilər. Dəri həkimi doktor Mehdi İskəndərli əlavə edir ki, aşağı ətraflarda qaşınma ayaq pəncəsi və topuqdan da başalaya bilər. Topuqda qaşıntı bir çox insanlarda qabıqlı qızartılar fonunda yarana bilər. Dəmrov mənşəli dəri xəstəlikləri topuğun qaşınması səbəbi ola bilər. 

baldırda qaşıntı səbəbi
Baldırda qaşıntı və qızartı

Baldırda qaşıntı səbəbi müxtəlif faktorlardan asıldır. Bəzi dəri xəstəlikləri var ki, əsasən dizdən aşağıda və topuqdan yuxarıda yaranır. Lakin, vaxtında müalicə edilmədiyi təqdirdə qaşıntılı qızartılar digər nahiyyələrə də keçə bilər. Belə olan halda baldırın qaşıntısı səpgiləri törədən dəri xəstəliyinin özündən qaynaqlanmış olur. Dermatoloq baldırda gicikmə səbəbi olan xəstəliyin mənşəyini təyin etmək üçün pasientdən laborator, mikrobioloji, radioloji, hətta histopatoloji analiz tələb edə bilər. Ayaqda qaşıntı səbəbi ola biləcək aktif eritema və qızartılar olduğu təqdirdə səpgilərdən dəri biopsiyası götürülə bilər. Dəri biopsiyası hesabına baldırda qaşınma səbəbi hətta 100%-lik dəqiqliklə təyin edilə bilər. Soydaşlarımız tərəfindən səhvən dərinin əkilməsi olaraq adlandırılan bu prosedur baldırda qançır verən dəri xəstəliklərin diaqnostikasında daha çox istifadə edilir. Cünki, bu xəstəliklər sadəcə aşağı ətrafda qaşıntı problemi ilə bitmir. Bu cür xəstəliklər sistemik xarakter daşıyaraq xaxili orqanlarda xüsusən böyrəkləri də zədələyə bilər. Odur ki, baldırların qaşınması və qızarması zamanı dermatoloq həkimə zamanıda müraciət edilməlidir. 

 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.